“AOPE” – Qrant müsabiqəsinin qalibi
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ötən il elan etdiyi qrant müsabiqəsinin qaliblərindən olan “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi layihənin icrasına start vermişdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihə çərçivəsində işğaldan azad edilmiş rayonlardan olan sahibkarlar üçün yaşıl artım və dayanıqlı inkişaf sahəsində peşəkar təlimlərin verilməsi və 200 nəfərədək iş adamının da iştirakı planlaşdırılan konfransın keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi “Böyük Qayıdış” gedişatında yerli sahibkarların yaşıl artım, orqanik məhsul istehsalı, ekoloji tullantıları az olan və idarə edilən, ekoloji balansın qorunmasına xidmət edən bizneslərin yaradılmasına üstünlük vermələrinə təşviq xarakterlidir. Fevral ayında Biləsuvar rayonu ərazisində məskunlaşmış keçmiş məcburi köçkün sahibkarları üçün ilk təlimlər başlayacaqdır. Bundan sonra Abşeron rayonu Masazır qəsəbəsi ərazisində məskunlaşmış keçmiş məcburi köçkünlərə təlimlər veriləcəkdir. May ayında isə yekun konfrans olacaqdır. Konfransda ekspertlərin də iştirakı ilə 3 panel müzakirələrinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” 2019-cu ildə təsis edilərək dövlət qeydiyyatına alınmışdır. Bu günədək 12 layihə icra edilmiş və müxtəlif həcmli tədbirlər keçirilmişdir. İctimai Birliyin əsas məqsədi ölkəmizdə orqanik məhsul istehsalının populyarlaşdırılması, yaşıl artım startegiyasına uyğun, o cümlədən ekoloji tarazlığın qorunmasına xidmət edən layihələrin icra edilməsidir.
Erməni təxribatı: Ordumuz dərhal hərəkətə keçdiFevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb", - məlumatda qeyd edilib.
"Ümid edirəm ki, digər Türk dövlətlərində də Türk Ağsaqqalları Birliyi kimi təşkilatlar yaradılacaq""Türk dövlətinin minillik ənənəsində önəmli yeri olan ağsaqqallar türk milləti üçün hər zaman məsləhətçi rolunda çıxış edib, bilik və təcrübələri ilə millətimizə xidmət göstəriblər. Qardaş Azərbaycanda Türk Dünyasına xidmət edəcək Türk Ağsaqqalları Birliyinin (TAİB) qurulmasına çox sevindim. Azərbaycanın ziyalılarından təşkil olunan TAİB-in bilgi və təcrübələri ilə həm Azərbaycanın, həm də Türk dünyasının yoluna işıq salacağına əminəm".

Bu sözləri Skandinaviya Türk Federasiyasının başqanı İlhan Esen Türk Ağsaqqalları Birliyinin yaranması ilə bağlı fikirlərini şərh edərkən bildirib.

İlhan Esen digər Türk dövlətlərində də Türk Dünyasının inkişafına töhfə verəcək Birliklərin qurulmasını arzuladığını deyib.

"Ümid edirəm ki, digər Türk dövlətlərində də Türk Ağsaqqalları Birliyi kimi təşkilatlar yaradılacaq. Yaradılan qurumlar Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası ilə birlikdə əməkdaşlıq edə bilər. Bu Birliklərin xətti ilə türk dünyası üçün gözəl layihələr həyata keçirə bilərik".

Federasiya lideri Türk Ağsaqqalları Birliyinin qurulmasında rolu olan hər kəsə təşəkkürünü bildirib.

"Bu tarixi ənənənin Azərbaycanımızda reallaşması həm Azərbaycan, həm də türk dünyası üçün son dərəcə əhəmiyyətlidir. Türk Ağsaqqalları Birliyinə, Azərbaycan və Türk dünyasına xidmət yolunda böyük uğurlar arzulayıram".
"Ramiz Mehdiyevin altdan-altdan suyu bulandıracağı şəksizdir"Ramiz Mehdiyevin ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında vəzifəsindən istefa vermək niyyətinin olduğunu bəyan etməsinə, yaşla əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirməsinə ən çox sevinənlərdən biri də təbii ki, mən oldum. Çünki R.Mehdiyev Prezident Administrasiyasına rəhbərlik etdiyi dönəmdə sədri olduğum partiyaya ən çox təzyiq göstərən, süni problemlər yaradan bir nömrəli şəxs olub. Ramiz Mehdiyev və onun “yetirməsi” - Prezident Administrasiyasının ləğv olunmuş ictimai-siyasi şöbəsinin sabiq rəhbəri Əli Həsənov vaxtilə bir sıra partiyalar kimi bizim partiyaya da ciddi əngəllər yaradan “duet” ortağı kimi yadda qalıblar. Bu baxımdan, AMEA prezidenti Ramiz Mehdiyevin dünən vəzifəsindən istefa verdiyini açıqlamasına sevinməyə haqqım çatır.

Ancaq bunun da fərqindəyəm ki, Ramiz Mehdiyev kimi adamların istefa vermələri də bir hiylə, bir siyasətdir. Belələri sadəcə yaş amilinə görə və yaxud, evdə oturub kitab yazmaq niyyətilə istefa vermirlər. Bu adamın istefası hələlik rəsmən təsdiqlənməyib. O, sadəcə istefa vermək niyyətinin olduğunu bəyan edib. Ramiz Mehdiyev istefa ərizəsini Prezidentə təqdim edəcək.Ümid edirik ki, Prezident İlham Əliyev onun istefa ərizəsini qəbul edəcək və bununla da Ramiz Mehdiyevin Akadeniyadakı hökmranlığına son qoyulacaq.

Ancaq elə etmək lazımdır ki, bu adamın istefaya gedəndən sonra ölkənin ictimai-siyasi proseslərinə təsir imkanları ümumiyyətlə minimallaşdırılsın. Çünki Ramiz Mehdiyevin “evdə oturub kitab yazmaq” adıyla yenə də bir işlər çevirəcəyi, altdan-altdan suyu bulandıracağı şəksizdir. “Beşinci kolon”un iri çaplı fiqurları heç vaxt boş-bekar otura bilmirlər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Sergey Lavrov: "Öz ərazimizdə nə lazımdırsa, onu da edəcəyik"“Biz öz ərazimizdə özümüzə nə lazımdırsa, öz təhlükəsizliyimiz üçün nəyi vacib hesab ediriksə, onu da edəcəyik”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in sədri Zbiqnev Rau ilə görüşdən sonra mətbuata açıqlamasında söyləyib.

“Biz Qərbdən olan həmkarlarımızın ATƏT-in təhlükəsizlik və bölünməzlik üzrə prinsiplərini guya bizdən yaxşı bilirlər deyə bunu bizə başa salmasını qəbul etmirik. Bu lovğalığa, rusofobiyaya son qoymaq lazımdır”, - nazir vurğulayıb.
Rusiya qoşunlarını Ukrayna sərhədindən geri çəkdiUkrayna ilə sərhəddəki Rusiya qoşunlarının bir hissəsi öz bazalarına qayıdıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna ilə sərhəddə hərbi təlimləri başa çatan bəzi hərbçilər bazalarına qayıdıblar”,- nazirlik bəyan edib.

Qeyd edək ki, bu yaxınlarda Ukrayna ilə sərhəddə Rusiya və Belarus birlikdə hərbi təlimlər keçirirdi.
Vüqar Səfərlinin şikayəti üzrə məhkəmə BAŞLAYIBBakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla ittiham olunan Nadir Məmmədov, Şahin İbrahimov və Telman Tahirovun hökmdən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb.

Avrasiya.net-in məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərlinin vəkili Hikmət Əliyev vəsatət qaldıraraq məhkəmə baxışının qismən istintaqla keçirilməsini istəyib.

Məhkəmə vəsatətə qarşıdakı iclaslarda baxıla biləcəyini bildirib.

Baxış iclası martın 1-ə təyin olunub.

Xatırladaq ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.

Saxlanılanlar şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən, Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.
Rayonların ləğvinə dair layihə ilk oxunuşdan keçdiMilli Məclisin bu gün keçirilən plenar iclasında “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Avrasiya.net xəbər verir ki, dəyişikliyə əsasən, Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif olunur. Adı çəkilən rayonların inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Qanuna dəyişiklik səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Ata qızını boğub ÖLDÜRDÜSumqayıtda qətl hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Tuqzavod” yaşayış massivində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.
Ukrayna tələsi: ABŞ Rusiyanı Avropa bazarından çıxarırUkrayna böhranının kəskinləşməsi fonunda ABŞ-dan Avropaya maye təbii qaz ixracı artıb.

Axar.az xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” məlumat yayıb.

Məqalənin müəllifi Daniel Yerginin fikrincə, ABŞ-da neft və qaz hasilatının artması ölkənin geosiyasi və iqtisadi aktivinə çevrilib. Bu da rusiyalı rəqiblərini Avropa bazarından sıxışdırıb çıxarmağa imkan verir:

“Neft və qaz sənayesi 2020-ci ilin yazında pandemiyanın başlaması nəticəsində yaranan qiymət çöküşündən sonra bərpa olunmağa davam edir. Bu artım fonunda ABŞ yenidən dünyanın ən böyük neft və təbii qaz istehsalçısına çevrilib”, – Yergin bildirib.

Müəllif eyni zamanda Amerika neft sənayesinin uğurunu birbaşa Ukrayna böhranının kəskinləşməsi ilə əlaqələndirib:

"Ukrayna böhranı və Avropadakı enerji böhranı ABŞ-ın neft və qaz hasilatının qlobal təsirinə işıq salır".