Ordumuzun hərbi qulluqçusu həlak olduYanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Asif Səfail oğlu Məhərrəmzadə qeyri-döyüş şəraitində həlak olub.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən bildiriblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

General Hüseyn Xan Naxçıvanskinin heykəli niyə ucaldılmır? - Video2016-cı ildə General adyutant Hüseyn Xan Naxçıvanskinin heykəlinin Sankt Peterburq şəhərində ucaldılması haqqında Azərbaycan dövlətinin maddi dəstəyi ilə bağlı qərar qəbul edilib. Bununla əlaqədar Sankt Peterburq şəhərində Rusiya ictimayyətinin və Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə həmin heykəlin təməl daşının açılış mərasimi keçirilib. Qərara əsasən heykəl 2017-ci ildə ucaldılmalı idi. Heykəlin hazırlanması və ucaldılması üçün smeta üzrə nəzərdə tutulmuş bütün xərcləri Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyinə göndəribdir. Bütün bunlara baxmayaraq, bu müddət ərzində səfirlik tərəfindən heykəlin smeta dəyərində nəzərdə tutulmuş qiymətinin 3/1 hissəsi ödənilib. Bununla da bu günə kimi bu məsələ dondurulmuş vəziyyətdə qalıb.
İŞİD-lə PKK arasında atışma başladı: ölənlər varSuriyada İŞİD-lə PKK arasında atışma başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, İŞİD Hasekə şəhərində PKK-nın nəzarətindəki həbsxanaya hücum edib.

Məlumata görə, hücumda məqsəd binada məhkum həyatı yaşayan 5 min İŞİD üzvünü xilas etmək olub.

Əvvəlcə bomba yüklü avtomobil partladılıb, daha sonra qarşıdurma başlayıb. Bundan başqa, yaxınlıqdakı neft şirkətinə məxsus tankerlər də məhv edilib.

Qarşıdurma nəticəsində hər iki tərəf xeyli sayda itki verib. Hadisə zamanı çox sayda İŞİD terrorçusunun həbsxanadan qaçdığı deyilir.

Məlumata görə, mülki şəxslər də bölgəni tərk etməyə başlayıb.

Hazırda hücum edən İŞİD üzvləri ilə PKK arasında atışmanın davam etdiyi bildirilir.
İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcəkCOVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Baş nazirin daha bir qərarı ilə laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.
Prokurorluq özünü asan matrosla bağlı cinayət işi açdıYanvar ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2021-ci ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilmiş, saat 11 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxmış və özünü yerə ataraq intihar etmişdir.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Avrasiya.net-ə bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilmiş, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

Faktla bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.
Hərbçimiz intihar etdi - RəsmiDövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu intihar edib.

Bu barədə Avrasiya.net-ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yanvarın 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin ötən ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.

Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir
Aqrar sahə müasir dövrümüzün əsas inkişaf istiqamətidirRuslan Vəliyev
ADAU-nun Təcrübə və Karyera Mərkəzinin mütəxəssisi


Ölkəmizdə iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun, xüsusilədə aqrar sektorun inkişafının təmin edilməsi dövlətimizin əsas prioritetlərindəndir. Bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın inkişafına nail olunması ilə yanaşı, qeyri-neft sektorunun da ümumi daxili məhsulda xüsusi çəkisi xeyli artmışdır.

Ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilmiş və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılmışdır.

Buna misal olaraq kənd təsərrüfatının əsas sahələrindən olan əkinçiliyin, heyvandarlığın sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, istehsal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayəsinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsini göstərmək olar. Eləcə də, ölkənin ixrac potensialının yüsəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tədbiqində istehsalçı, emalçı və istehlakçı arasında qarşılıqlı əlaqənin fornalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılmışdır.

Aqrar sahənin inkişafını sürətləndirən amillərə fermerlərə dövlət dəstəyinin göstərilməsini, bu istiqamətdə aparılan hayihələri qeyd etmək olar. Dövlətimizin başçısının kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun hər keçən il böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, eyni zamanda mövcud olan texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə öz növbəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına kömək edir. Həmçinin qeyd etmək lazımdır ki, subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, fermerlər üçün güzəştli kredit imkanları da yaradılıb.

Ölkəmizdə kənd təsərrüfatının inkişafına yönəlmiş mühüm addımlardan biridə aqrar sığorta sisteminin tətbiqidir. Bu sığorta sistemi ölkə başçımızın “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və “Aqrar sığorta haqqında” qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmanının icrası ilə əlaqədar tətbiq olunur.

Aqrar sektorun daha sürətli inkişafı üçün qarşıda duran mühüm vəzifə və öhdəliklər vardır ki, hal-hazırda da bu istiqamətd əhəmiyyətli layihələr icra olunur. Dağlıq Qarabağ zonasında olan ərazilərmizidə Ermənistanın hərbi təcavüzü nəticəsində əkin sahələrimizə və kəndlərin inkişafını təmin edən ərzaq istehsalına mənfi təsirləri müşahidə olunur. Bu təcavüz nəticəsində təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf olub, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası sıradan çıxıb. Ümumilikdə hərbi təcavüz yüz mindən çox fermerin həyatına mənfi təsir göstərib. Artıq o günlər geridə qalıb. Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda kənd təsərrüfatının bərpası üçün ilkin işlərə, mühüm layihələrə başlanılıb. Bu torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq.

Bu inkişafa Zəngilanın Ağalı kəndində Azərbaycanda ilk dəfə “həyata keçirilən “Ağıllı kənd” layihəsi bu il aprelin 26-da dövlətimizin başçısı tərəfindən qoyulan layihənin icrası ilə bağlı hektarlarla ərazidə tikinti işləri aparılır. “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılacaq. Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək.

Burada xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. Kənddə biznes layihələri də icra olunacaq. Kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Kənddə Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına ixracyönümlü balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. Burada quşçuluq təsərrüfatı da yaradılacaq. Ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizm infrastrukturu formalaşdırılacaq və beləliklə otel infrastrukturu qurulacaq.

Kənd təsərrüfatının inkişafını sürətləndirəcək digər layihə isə Zəngilanda həyata keçiriləcək “Dost Aqropark”dır. Üç mərhələdə icra olunacaq layihənin təməli bu il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulub. Türk və azərbaycanlı investorlar tərəfindən icra olunan layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində cins qaramalların yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. Bunun nəticəsində də Azərbaycan kənd təsərrüfatı məhsulları baxımından artıq idxal prosesini zəiflədəcək, əsas ixracatçı ölkələr siyahısına daxil olacaq.

Bütün bunlarla yanaşı biz bu gün aqrar sahədə şəffaflığın, innovativ sistemlərdən istifadənin şahidi oluruq. Bu gün kənd təsərrüfatından söhbət getdikdə burada şəffaflıq, hesabatlılıq və operativlik kimi müasir vərdişlərə şahidlik edirik. Ölkə başçımızın müvafiq Fərmanına əsasən aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılıb. EKTİS-in yaradımasından sonra fermerlərimiz rahatlıqla qeydiyyatdan keçir, istənilən mövzuda məlumat əldə edir və ona operativ xidmət göstərilir. Bu sistemdə şəxsi kabinet yaratmaq, məlumatları ardıcıl şəkildə sistemə daxil etmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə informasiya məsləhət xidməti göstərirlər.

Bu gün aqrar sahədə sevindirici məqamlardan biri isə burada idarəçiliyi gənc kadrların formalaşdırmasıdır. Aqrar gəncliyin idarəçilikdə yer alması aqrar sektorun inkişafının sürətləndirilməsinə xidmət edir. Bu gün kənd təsərrüfatında gənc kadrların (aqronom, baytar, qida eksperti, menecer) fəaliyyətini müşahidə edirik. Sözsüz ki, aqrar sahədə potensiallı kadr bazasının formalaşdırılmasında aqrar təhsilin mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin rolu böyükdür. Biz bu gün demək olar ki, bütün kənd təsərrüfatlarında, DAİM-lərdə, aqrar sahədə fəaliyyət göstərən müəssisələrdə ADAU-nun məzunlarının uğurlu fəaliyyətinin şahidi oluruq.

Aqrar sahədə gəncliyin inişafı istiqamətində ölkəmizdə mühüm layihələr icra olunur. Biz bunlara Aqrar İnkişaf Könüllüləri Təşkilatını, Aqrar Məşğulluğun Artırılması Layihəsini, dövlət və özəl qurumlarda təşkil olunan təcrübə proqramlarını, kənd təsərrüfatı sahəsində keçirilən yerli və beynəlxalq layihələri qeyd edə bilərik. Qürurverici məqam isə bu layihələrin dövlətmizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən dəstəklənməsidir. Ölkə başçımızın Azərbaycan Dövlət Aqrar Universitetinə etdiyi səfərləri, burada aqrar təhsilin çox sahəli inkişafı ilə bağlı verdiyi tapşırıqları, Aqrar İnkişaf Könüllüləri ilə görüşü, kənd təsərrüfatı sahəsində mühüm sənaye komplekslərinin təməlqoyma və açılış tədbirlərində şəxsən iştirak etməsi, Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının fəaliyyətini dəstəkləməsi və ən əsası kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi mühüm Fərmanları ölkəmizdə aqrar sahənin yüksək inkişaf mərhələsini daha da sürətləndirir.


SOCAR Ermənistanda zavod alıb? - Rəsmi açıqlamaSOCAR Ermənistanda zavod alınması xəbərini təkzib edir.

Bununla bağlı şirkətdən Avrasiya.net-ə daxil olan məlumatda deyilir:

"Bu cür absurd iddialar heç SOCAR-ın miqyası ilə də uzlaşmır. SOCAR - Azərbaycanın qlobal brendidir, Türkiyədə ən böyük xarici investor, Azərbaycan və Gürcüstan kimi ölkələrdə ən böyük vergi ödəyicisi, Avropada əməliyyatları olan bir şirkətdir, Cənub Qaz Dəhlizi kimi nəhəng beynəlxalq layihələrin aparıcı gücüdür. Bizim hansısa vilayətdə olan bir bitum sexinə ehtiyacımız yoxdur. Ermənistanda isə ümumiyyətlə heç bir marağımız yoxdur".

Qeyd edək ki, erməni KİV-lərində SOCAR-ın Ermənistanda bitum zavodu alması ilə bağlı xəbərlər yayılıb.
Cavid Qurbanov atasına şeir YAZDIAzərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, sabiq millət vəkili Cavid Qurbanov bu yaxınlarda dünyasını dəyişmiş atası Qənbər Şəmşiroğlu (Qurbanov) haqqında şeir yazıb.

Avrasiya.net Cavid Qurbanovun atasının yoxluğuna həsr etdiyi “Ay ata” şeirini təqdim edir:

Sən olanda arxalı bir dağ idim
Qaldım sənsiz atasızam, ay ata.
İndən belə sənsizliyin dadını
Səhər – axşam dadasıyam, ay ata.
Biz dost idik, ata oğul ikimiz
El yüküydü, ağır idi yükümüz
Cüt olanda gur çıxardı səsimiz
Tək qalmışam susasıyam, ay ata.
Ataların yaşı olmur övladçün
Atasından qanad alar həyatçün
Çətin olsa məsləhətçün, imdadçün
Baş daşından tutasıyam, ay ata.
Yaşadacam gözlərinin nurunu
Qoruyacam ocağının qorunu
Bu həyatda sən qoyduğun yolunu
Ömür yolum biləsiyəm, ay ata.

Qeyd edək ki, Qənbər Qurbanov Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü idi.

Bundan başqa, Q.Qurbanov uzun illər icra strukturlarında bir sıra vəzifələrdə çalışmışdı.
Kipr odla oynayır: Türkiyənin cavabı ağır olacaq - GeneralCənubi Kipr dövləti PKK-PYD terror təşkilatının 12 yanvarda ölkədə ofis açmasına və fəaliyyətinə icazə verib. Bu, tamamilə yanlış addımdır və odla oynamaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. Onun sözlərinə görə, atılan addımların iki əsas məqsədi var:

“Cənubi Kiprin atdığı addımın iki əsas məqsədi var: birincisi, terrorla iç-içə olmaqdır. Biz bu hallarla əvvəldən tanışıq. Yunanıstan və Cənubi Kipr əvvəllər də PKK və ASALA-ya dəstək verib, burada onların düşərgələri olub. Sözügedən açılışa millət vəkillərinin, KİV nümayəndələrinin qatılması Şimali Kipr Türk Cümhuriyyətinin vətəndaşlarının qanına əlini batıran Cənubi Kiprin öz xislətini göstərməsi baxımından önəmlidir. İkincisi isə bu addım Türkiyəyə qarşı atılıb. Aralıq dənizində Türkiyəni Antalya körfəzinə sıxışdırmaq istəyən güclər indi də Cənubi Kipr kimi proksi dövlət üzərindən terror təşkilatlarını və separatçı qüvvələri işə salmaq istəyirlər. Ayrıca bu ofisin rəhbərliyinə PKK terror təşkilatına üzv olan bir şəxsin gətirilməsi Cənubi Kiprin sözügedən terror təşkilatı ilə əməkdaşlığını açıq şəkildə sübut edən məqamlardandır”.

General terror təşkilatının yalnız ofislə kifayətlənməyəcəyini, təhlükə anında isə Türkiyənin ən sərt şəkildə cavab verəcəyini vurğulayıb:

“Əlbəttə ki, atılan addımın davamı var. 12 yanvardan etibarən rəsmi şəkildə bu dövlətdə təmsil olunan terror təşkilatı üzvlərinə orada təlim keçməsi, yaşaması və s. məsələlər gündəmə gələcək. Türkiyənin vitse-prezidenti Fuad Oqtay başda olmaqla, XİN rəhbəri Mövlud Çavuşoğlu və AKP sədrinin müavini Numan Qurtulmuş Cənubi Kiprə anladığı üslubda lazımi cavabı verib. Bunlar ancaq 1974-cü ildə başlarına enən “Dəmir Yumruq” dilindən anlayırlar. Türkiyə Cənubi Kiprdəki terrorçuların Şimali Kiprdəki soydaşlarımıza və ölkəmizə qarşı terror aktı törətmələri halında beynəlxalq hüquqa görə onlara birbaşa müdaxilə haqqını özündə saxlayır. Suriyada və İraqdakı terrorçular Türkiyənin gücünü dəfələrlə görüblər. Ancaq Cənubi Kipr 1974-dən sonra bunu unudub. Lakin onlar addım atarkən və tərəf seçərkən çox diqqətli olmalıdırlar. Çünki rəsmi Ankara prosesi ciddi şəkildə izləyir və Cənubi Kiprin terrorçulara rəsmi şəkildə qucaq açmasını həm özünə, həm də Şimali Kiprə qarşı birbaşa təhdid olaraq qəbul edir, real təhlükə anında isə lazımi addımlar qətiyyətli şəkildə atılacaq.

Axar.azAZRUENآذ


Kipr odla oynayır: Türkiyənin cavabı ağır olacaq - General
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənubi Kipr dövləti PKK-PYD terror təşkilatının 12 yanvarda ölkədə ofis açmasına və fəaliyyətinə icazə verib. Bu, tamamilə yanlış addımdır və odla oynamaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. Onun sözlərinə görə, atılan addımların iki əsas məqsədi var:

“Cənubi Kiprin atdığı addımın iki əsas məqsədi var: birincisi, terrorla iç-içə olmaqdır. Biz bu hallarla əvvəldən tanışıq. Yunanıstan və Cənubi Kipr əvvəllər də PKK və ASALA-ya dəstək verib, burada onların düşərgələri olub. Sözügedən açılışa millət vəkillərinin, KİV nümayəndələrinin qatılması Şimali Kipr Türk Cümhuriyyətinin vətəndaşlarının qanına əlini batıran Cənubi Kiprin öz xislətini göstərməsi baxımından önəmlidir. İkincisi isə bu addım Türkiyəyə qarşı atılıb. Aralıq dənizində Türkiyəni Antalya körfəzinə sıxışdırmaq istəyən güclər indi də Cənubi Kipr kimi proksi dövlət üzərindən terror təşkilatlarını və separatçı qüvvələri işə salmaq istəyirlər. Ayrıca bu ofisin rəhbərliyinə PKK terror təşkilatına üzv olan bir şəxsin gətirilməsi Cənubi Kiprin sözügedən terror təşkilatı ilə əməkdaşlığını açıq şəkildə sübut edən məqamlardandır”.

General terror təşkilatının yalnız ofislə kifayətlənməyəcəyini, təhlükə anında isə Türkiyənin ən sərt şəkildə cavab verəcəyini vurğulayıb:

“Əlbəttə ki, atılan addımın davamı var. 12 yanvardan etibarən rəsmi şəkildə bu dövlətdə təmsil olunan terror təşkilatı üzvlərinə orada təlim keçməsi, yaşaması və s. məsələlər gündəmə gələcək. Türkiyənin vitse-prezidenti Fuad Oqtay başda olmaqla, XİN rəhbəri Mövlud Çavuşoğlu və AKP sədrinin müavini Numan Qurtulmuş Cənubi Kiprə anladığı üslubda lazımi cavabı verib. Bunlar ancaq 1974-cü ildə başlarına enən “Dəmir Yumruq” dilindən anlayırlar. Türkiyə Cənubi Kiprdəki terrorçuların Şimali Kiprdəki soydaşlarımıza və ölkəmizə qarşı terror aktı törətmələri halında beynəlxalq hüquqa görə onlara birbaşa müdaxilə haqqını özündə saxlayır. Suriyada və İraqdakı terrorçular Türkiyənin gücünü dəfələrlə görüblər. Ancaq Cənubi Kipr 1974-dən sonra bunu unudub. Lakin onlar addım atarkən və tərəf seçərkən çox diqqətli olmalıdırlar. Çünki rəsmi Ankara prosesi ciddi şəkildə izləyir və Cənubi Kiprin terrorçulara rəsmi şəkildə qucaq açmasını həm özünə, həm də Şimali Kiprə qarşı birbaşa təhdid olaraq qəbul edir, real təhlükə anında isə lazımi addımlar qətiyyətli şəkildə atılacaq.

Yunanıstan və Cənubi Kipr maşa dövlətləridir və onların müxtəlif dövrlərdə ASALA və PKK kimi terrorçuları öz ağuşuna alması beynəlxalq təhlükəsizlik baxımından da təhlükəlidir. Türkiyə və Şimali Kipr ancaq dünyada sülhün və sabitliyin bərqərar edilməsi üçün çalışır, heç bir başqa ölkənin torpağına da iddiası yoxdur. Ona görə də heç kim Türkiyənin qarşısında olmamalı, səbrimizi sınamamalıdır. Tarix ölkəmizə düşmənçilik edənlərin qarşılaşdıqları acı aqibət nümunələri ilə doludur. Bu acı aqibətə, məğlubiyyətə yenidən düçar olmaq istəyənlər yenə terrorçulara dəstək verməyə davam edə bilərlər”.