Vətən müharibəsinin görünməyən qəhrəmanları: xaricdən 2500 ədəd dərman niyə gətirilib? - VİDEOMüharibənin ən qızğın vaxtı hörmət etdiyimiz bir cənab general tərəfindən bizə deyildi ki, qanaxmadan çox şəhidlərimiz olur. Belə bir maddə var, hətta vena damarı belə yaralansa, bunu onun üzərinə qoysan, 4 saata kimi qanaxmanı saxlayır. Ancaq bu, bizdə yoxdur. NATO əsgərlərinə verilir. Allah Hacı Araz qardaşımızdan razı olsun. Həmin maddəni öz şəxsi vəsaiti hesabına 2 günə xaricdən gətirtdi.

Avrasiya.net xəbər verir ki, bunu iş adamı Ədalət Zamanov bildirib.

“Bizə də nəsib oldu, 2500 ədədi bütün korpuslara çatdırdıq. Araz qardaşımız müharibə başlanan gündən dekabra kimi öz vəsaiti hesabına Tərtər istiqamətində olan bir korpusun bütün ərzaq təminatını verib. Biz orada olanda hər gün 10-15 nəfər qadın və kişilərin necə çalışdıqlarının şahidi olmuşam. Allah Hacı Araz qardaşımızdan razı olsun. Malına-mülkinə bərəkət versin” - Ə.Zamanov qeyd edib.
Azadlıq mübarizəsinin lideri Dr. Fazıl Küçük vəfatının 38-ci ildönümündə anıldı – FOTOKıbrıs Türk Xalqının Azadlıq və İstiqlal Mübarizəsinin Lideri Dr. Fazıl Küçük vəfatının 38-ci ildönümündə Hamitköydəki Anıttəpədəki abidəsində təşkil edilən mərasimlə anılıb.

Avrasiya.net-in xəbərinə görə, Prezident Ersin Tatar və baş nazir Faiz Sucuoğlu ilə yanaşı, 2-ci prezident Mehmet Əli Talat, Türkiyənin Lefkoşa səfiri Ali M. Başçeri, KTBK komandanı general-mayor Sezai Öztürk, GKK komandiri general-mayor Zorlu Topaloğlu, Ana Müxalif CTP sədri Tufan Erhürman, bəzi nazirlər Erhürman , millət vəkilləri, dərnək, qurum, təşkilat və məktəb nümayəndələri, mülki və hərbi şəxslər, tələbələr və Küçük ailə üzvləri qatılıb.

Başçı Ersin Tatar, Dr. çıxışına Fazıl Küçükü sevgi, hörmət, həsrət və mərhəmətlə yad etdiyini bildirərək başlayıb, insanların varlığının bütün dünya tərəfindən görüldüyünü və qeydə alındığını bildirib.

Tatar 1937-ci ildə başlayan milli davanın Rum-Yunan ikilisi dəyişmədiyi üçün bu gün də davam etdiyini bildirib. O, Fazıl Küçükün 103 kənddən qovulan və evləri dağıdılan və yandırılan Kıbrıs türklərinə öz mülkünü verəcək, mühacir evləri tikdirəcək qədər fədakar olduğunu bildirib.

Bu gün Şərqi Aralıq dənizində baş verənlərə nəzər saldıqda Fazıl Küçükün nə qədər uzaqgörən olduğunun şahidi olduğunu qeyd edən prezident özünün, silahdaşlarının, həmçinin Qurucu prezident Rauf R. Denktaşın xatirəsini sevgi, hörmət, minnətdarlıq və mərhəmətlə yad etdiyini qeyd edib.

“Bu gün dövlətimiz var, cümhuriyyətimiz var, Türkiyə Cümhuriyyəti hər zaman bizimlədir və sinəsini bütün dünyaya sipər edir” deyən Prezident Tatar Kipr türklərinin adada suveren varlığı qəbul edilməzsə, Kıbrısda heç bir razılaşma olmayacağını vurğulayıb.

Ersin Tatar, Kıbrıs türklərinin haradan gəldiyini bilmək və bundan sonra xalqa edilən çağırışlarda suverenlik əsasında həll yolu üçün mübarizə aparmaq lazım olduğunu qeyd edərək, bu gün yeni anlayış, yeni bir baxış, KKTC-də yeni siyasət olduğunu qeyd edib. O, Fazıl Küçükün “Kıbrıs məsələsi Türkiyəsiz həll oluna bilməz” sözlərini xatırladaraq çıxışını yekunlaşdırıb.
İrana qırıcılarla hücum edildi – Sensasion iddiaNaməlum qırıcılar İran səmasına daxil olub, bir neçə tunel və raket platformasını dağıdıb.

Axar.az xəbər verir ki, bu haqda İranın “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Hadisənin yanvarın 16-da səhər saatlarında baş verdiyi iddia edilib. Verilən məlumatda gizli şəkildə İran səmasına daxil olan qırıcıların Babacani bölgəsində SEPAH-a məxsus tunelləri, eləcə də Kirmanşah və Həmədan vilayətlərində bir neçə raket buraxılış platformasını məhv etdikdən sonra ölkə sərhədlərindən çıxdığı bildirilib.

İranın hava hücumundan müdafiə sistemləri işə düşsə də, heç bir hədəfi vura bilməyib. Hadisə nəticəsində ölkənin qərbində bir neçə saat sərnişin təyyarələrinin uçuşlarının da təxirə salındığı qeyd olunub.

Məsələ ilə bağlı SEPAH-ın komandanlığından heç bir açıqlama verilməyib. SEPAH-a bağlı bəzi xəbər kanallarında isə dağıdılan platforma və tunellərin hərbi təlimlər zamanı şərti hədəf olduğu vurğulanıb.

Ərəb KİV-də iordaniyalı akademikin 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilibİordaniyalı akademik Mərvan Suda “Əl Ənbat”, “Şaab”, Cohina”, “Əl Hərir” və “Nəbd Əl Balad” mətbuat orqanlarında 20 Yanvar faciəsi haqqında məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, “Qorbaçovun faşist perestroykasının qanlı qırğını” sərlövhəli məqalədə 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin dünya tarixinin ən dəhşətli səhifələrindən biri olduğu vurğulanıb. Müəllif qeyd edib ki, həmin qırğına qədər olan dövrdə ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətinin fəallaşması Bakıda insanların böyük etirazına səbəb olmuşdu. O vaxtlar mövcud olan Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistanın tərkibinə daxil olmasına dair İrəvanda parlament tərəfindən qəbul edilmiş qərar azərbaycanlıları ayağa qaldırmışdı. Bu mürəkkəb vəziyyətdə sovet rəhbərliyi Bakıda və Azərbaycanın digər şəhərlərində öncədən hazırladığı məkrli planı həyata keçirdi.

İordaniyalı akademik daha sonra yazır: “Sovet İttifaqında təhsil almış jurnalist kimi həmin vaxt baş verən hadisələri qələmə alırdım. Azərbaycan xalqının milli matəm günü kimi qeyd etdiyi 20 Yanvar faciəsi zamanı sovet rəhbərliyinin cinayətkar əməlləri haqqında gündəlik qəzetdə məqalələr yazırdım. Bakıda və digər şəhərlərdə dinc insanlara qarşı törədilmiş vəhşiliklər yaddaşımdan silinməyib. “Cəhənnəm keşikçiləri” adlandırdığım sovet liderlərinin öz azadlığı və torpaqları uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı təcavüzü insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə yanaşı, ağır cinayət idi. Sovet əsgərləri o zaman üçün ən müasir silah və texnikadan istifadə edərək silahsız, məsum insanları, o cümlədən qadın və uşaqları qətlə yetirirdilər...

Bu qətliamdan sonra azərbaycanlılar başa düşdülər ki, özünün ədalətli mübarizəsində onun müdrik və xalqına sədaqətli liderə ehtiyacı var. Bu lider isə qanlı Yanvar günlərində həyatını riskə ataraq Moskvada bu cinayəti pisləyən görkəmli siyasətçi və sərkərdə Heydər Əliyev idi”.

Məqalədə 20 Yanvar faciəsində həlak olmuş dinc sakinlər, dağıdılmış evlər, həyata keçirilən həbslər barədə də ətraflı məlumat verilib.
Hindistan Çinlə sərhədə S-400-lər yerləşdirirHindistan Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sisteminin ilk bölməsini aprel ayında işə salacaq.

Axar.az xəbər verir ki, bu barədə "Hindistan Tayms" məlumat yayıb.

Bildirilir ki, Rusiyadan alınan S-400 Triumf qabaqcıl hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi davam edir.

Sistemin 5 bölməsi Çindən gələn təhdidlərə qarşı iki ölkə sərhədində yerləşdiriləcək. Birinci bölmə 2022-ci ilin aprelində, digər 4 bölmə isə 2023-cü ildə fəaliyyətə başlayacaq.

Bakıda gəlinini öldürərək meyitini doğrayan şəxs apellyasiya şikayəti veribBakı Apellyasiya Məhkəməsində gəlinini öldürərək meyitini hissələrə bölüb, zibil qutularına atmaqda təqsirləndirilən İdris Məhərrəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report" xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 27-nə təyin edilib.

Qeyd edək ki, 2021-ci il yanvarın 27-də saat 01:00 radələrində Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında beş ədəd torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələri aşkar edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində aşkar edilən naməlum qadın meyitinin 1989-cu il təvəllüdlü Məhərrəmova Banı Xudayar qızı olması və hadisəni isə zərərçəkmişin qayınatası - 1946-cı il təvəllüdlü İ.Məhərrəmov tərəfindən törədildiyi müəyyənləşdirilib.

Belə ki, İ.Məhərrəmov gəlinin baş nahiyəsindən çəkiclə vurub, çoxsaylı bıçaq zərbələri yetirərək, onu xüsusi amansızlıqla qəsdən öldürüb, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarına atıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xameneinin bacısı qızı həbs edildiİranda Məhbusların Müdafiəsi Kampaniyasının sədri Fəridə Muradxani həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Fəridə Muradxaninin həbs olunma səbəbi hələlik bilinməsə də, bəzi sosial media istifadəçiləri onun tutulma səbəbini Fərəh Pəhləvinin anım mərasimində şeir oxuması ilə əlaqələndirib.

Aktivist Muradxaninin həbs ilə bağlı məlumatlar yanvarın 16-da yayılıb. O, yanvarın 13-də evinə qayıdarkən ETTELAAT tərəfindən saxlanılıb. İranın təhlükəsizlik orqanları fəalın evində axtarış əməliyyatı keçirib və Muradxaninin bir sıra şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar.

Fəridə Muradxani tutulduqdan bir gün sonra ailəsi ilə əlaqə saxlayaraq, Evin zindanının “209-cu kolon” adlanan - ETTELAAT-ın təcridxanasına köçürüldüyünü açıqlayıb.

Qeyd edək ki, Fəridə Muradxani İranın ali dini lideri Əli Xameneinin bacısı qızıdır.
Qazaxıstanda hakimiyyəti dəyişmək planı hazırlamışıq - Ablyazov Fransada yaşayan qaçaq qazax bankir Muxtar Ablyazov RİA Novosti agentliyinə müsahibəsində bildirib ki, o, Qazaxıstanda hakimiyyəti dəyişmək planı hazırlayıb, ölkənin baş naziri olmaq istəyir və Qərbdən kömək istəmək niyyətindədir.

"Biz plan işləyib hazırlamışıq, rejim dəyişikliyinə nail olacağıq. Mən altı ay müddətinə Qazaxıstanın müvəqqəti hökumətinə başçılıq edəcəyəm. Bundan sonra seçkilər elan olunacaq. Əgər partiyamız bu seçkilərdə qalib gəlsə, o zaman mən qanuni baş nazir olacam. Prezident postu olmayacaq. Biz bu vəzifəni ləğv edirik”.

Maliyyəçinin sözlərinə görə, o, 2004-cü ildə biznes ortağı Yerjan Tatişevin qətlinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilsə də, respublikaya qayıtmağı planlaşdırır. O, bunun yaxın gələcəkdə baş verəcəyini istisna etməyib.

Ablyazov Qərb liderlərindən də dəstək almağı planlaşdırır.

Siyasətçi qeyd edib ki, hazırda daimi olaraq Fransada yaşayır. O, Qazaxıstan hakimiyyətinin təqiblərindən qorxaraq başqa ölkələrə getmir. Məhkəmə onu cinayətkar birlik yaratmaqda və BTA Bankın vəsaitlərini mənimsəməkdə təqsirli bilib, dəymiş ziyan 7,5 milyard dolları ötür. Onun rəhbərlik etdiyi qeydiyyatdan keçməmiş “Qazaxıstanın Demokratik Seçimi” hərəkatı respublikada ekstremist təşkilat kimi tanınıb. Bundan əlavə, o, 2004-cü ildə biznes ortağı Yerjan Tatişevin qətlinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. 2019-cu ildə bankir prezident seçkiləri günü böyük etirazların təşəbbüskarı olub.

Bakı Şəhər İcra Hakimiyyətindən Avrasiya.net-ə verilən məlumata görə “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır.

20 Yanvar faciəsinin ildönümü ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər Xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub, Xiyabandakı hər iki məşəldə profilaktika aparılıb.
Xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
Aqil Abbasın rəis oğluna töhmət verildiDeputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

Avrasiya.net "Qafqazinfo”ya istinadən məlumat verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, onlarda bu barədə məlumat yoxdur.

Qeyd edək ki, Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.