Novruz Qartal vəfat etdiAzərbaycanın əməkdar artisti Novruz Qartal vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Akademik Musiqili Teatrın əməkdaşı Əjdər Dadaşov paylaşımında bildirib.

Qeyd edək ki, Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.

1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib.

1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətini yenidən davam etdirən N.Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yarandı: "92 dəqiqə gülüş"də Xəstə, "On min dollarlıq keyf"də Dayıoğlu, "Hərənin öz ulduzu"nda Kələntər, "Dəli dünya"da tın-tın Əsəd, "O olmasın, bu olsun"da Məşədi Qəzənfər, "Bankir adaxlıda dilənçilər padşahı, "Əlin cibində olsun"da Dilənçi, "Məhəbbət oyunu"nda Daşdəmirov, "Volqalı canan"da Müqəddəsov, "Şeytanın yubileyi"də Şirvan, "Kələkbazlar"da Əlipaşa və s.

25 iyun 2013-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. O, bir neçə dəfə Prezident mükafatına layiq görülüb.
Qazaxıstan: gerçəklə yalan arasındaArtıq 3 gündür ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) adı altında, əsasən Rusiyanın hərbi kontingentinin Qazaxıstana yeridilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də KTMT-nin və BMT-nin nizamnamələrinə zidd olması, KTMT-nin Qazaxıstana dəvət edilməsi ilə bağlı həm təşkilatın nizamnaməsindən, həm də Qazaxıstan konstitusiyasından irəli gələn bir sıra prosedur qaydalarının pozulması ilə əlaqədar dünya mediasında ekspertlərin iştirakı ilə müzakirələr aparılır. Fərqli yanaşmalar və istinadlar olsa da, mahiyyət etibarilə Qazaxıstan Prezidentinin KTMT-yə ünvanladığı müraciətin beynəlxalq hüquqa zidd olması barədə rəylər üst-üstə düşür.

Qeyd edim ki, KTMT-nin hərbi kontingentinin Qazaxıstanda baş verən etirazlara müdaxiləsində təsisatın Nizamnaməsinin bir neçə müddəası pozulub. Bütün bunları dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirəm:

Xatırladım ki, KTMT-nin Nizamnaməsinin bütün əsas müddəalarında, o cümlədən sənədin preamblua hissəsində, təşkilatın öz fəaliyyətində ciddi şəkildə BMT Nizamnaməsini və BMT Təhlükəsizlik Şurasının qərarlarını əsas götürəcəyi, beynəlxalq hüququn prinsiplərindən çıxış edəcəyi xüsus şəkildə vurğulanır.
Məlum olduğu kimi, Qazaxıstanda baş verənlərlə bağlı BMT Təhlükəsizlik Şurasının hər hansı bir qətnaməsi yoxdur və KTMT Qazaxıstana hərbi kontingent göndərməklə, faktiki olaraq, BMT Təhlükəsizlik Şurasının mövcudluğunu heçə sayıb. Digər tərəfdən, KTMT qoşunlarının Qazaxıstana yeridilməsi BMT Nizamnaməsinin 51-ci maddəsinin yurisdisiyası altına düşmür. Çünki Qazaxıstanda baş verən qarşıdurma sosial etiraz dalğasında başlayıb və bu ölkəyə qarşı xaricdən təcavüz edilməyib. Belə olduğu təqdirdə, şübhəsiz ki, kollektiv müdafiə hüququndan da danışmaq mümkün deyil.

KTMT qoşunlarınnın Qazaxıstana yeridilməsi təşkilatın Nizamnaməsinin 3-cü müddəası ilə də ziddiyyət təşkil edir. Sözügedən müddəada qeyd olunur ki, təşkilatın məqsədi sülhün, beynəlxalq, eləcə də regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, üzv dövlətlərin kollektiv əsaslarla müstəqilliklərinin, ərazi bütövlüyü və suverenliklərinin qorunmasıdır. Həmçinin bildirilir ki, bütün bunların əldə olunmasında üzv dövlətlər siyasi həll vasitələrinə üstünlük verirlər. Bəlli olduğu kimi, üzv dövlətlərin rəhbərləri yaranmış vəziyyətdən çıxmaq üçün heç bir siyasi həll variantı ilə çıxış etməyiblər.

KTMT Nizamnaməsinin 5-ci maddəsində qeyd olunur ki, təşkilat müstəqilliyə istisnasız hörmət, üzv dövlətlərin hüquq və öhdəliklərinin bərabərliyi, üzv dövlətlərin milli yurisdiksiyasının altına düşən işlərə müdaxilə etməmək prinsipi əsasında fəaliyyət göstərir. Qazaxıstanda baş verənlər birbaşa bu ölkənin milli yurisdiksiyası altına düşən hadisələrdir və bugünədək bunun əksini sübut edə biləcək heç bir fakt tədqim olunmayıb.

KTMT Nizamnaməsinin 7-ci müddəasında qeyd olunur ki, təşkilatın məqsədlərinə çatması üçün üzv dövlətlər təhlükəsizliyə, sabitliyə, ərazi bütövlüyünə, suverenliyə və kollektiv müdafiə hüququnun reallaşdırılmasına təhdid yarandıqda təsisatın mövcud kollektiv təhlükəsizlik sistemi çərçivəsində birgə tədbirlər həyata keçirirlər.

Bəlli olduğu kimi, Qazaxıstanda baş verən hadisələr bu dövlətin təhlükəsizliyinə, sabitliyinə, ərazi bütövlüyünə, suverenliyinə və kollektiv müdafiə hüququnun reallaşmasına heç bir ciddi təhdid yaratmayıb. Sabitliyin pozulması məsələsinə gəldikdə isə, düşünürəm ki, Qazaxıstan öz imkanları hesabına nəinki son bir neçə gündə baş verən iğtişaşları, hətta bundan dəfələrlə böyük etirazları yatıra bilərdi. Amma yatırmadı...

Dəyərli oxucuların diqqətinə çatdırım ki, Qazaxıstan Ordusunun şəxsi heyətinin sayı 80 min nəfərdən çoxdur. Bu sıraya 40 minlik Milli qvardiyanı, 140 minlik Daxili qoşunları, həmçinin milli təhlükəsizlik qüvvələrinin, mühafizə xidmətinin 30 min nəfərlik heyətini də əlavə etsək, 290 min nəfərlik nəhəng bir qüvvə alınır….

Nəzərə almaq lazımdır ki, KTMT ilkin mərhələdə Qazaxıstana 2500 nəfərlik heyətin göndərilməsi barədə qərar qəbul edib və bu sayda hərbçi artıq Qazaxıstandadır...

Belə anlaşılır ki, 290 min nəfərin həll edə bilməyəcəyi problemi 2500 nəfər həll edəcək... Absurddur... Həm də təkcə nümunə gətirdiyim sonuncu fakt yox, bütövlükdə Qazaxıstanda baş verənlər və KTMT ilə bağlı olan faktlar. Sadə məntiq baş verənlərin bəhanədən başqa bir şey olmadığı qənaətini formalaşdırır. Bu “bəhanənin yaradılması” isə o qədər bəsit bir şəkildə icra olunub ki, az qala şok effekti yaradır. Və bütün bunlar mənə nə zamansa izlədiyim bir filmin qəhrəmanının sözləri xatırlatdı: “Reallıqla yalan arasındakı fərq ikincisində daha güclü məntiqin olmasındadır. Reallıqda məntiq, mürəkkəb və dərin kombinasiyalar olmur”...

Elçin Mirzəbəyli
AzTV-də bədbəxt hadisə: polis özünü güllələyərək öldürdüBakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də qeydə alınıb.

Belə ki, QSC-nin Mühafizə üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.
"Bölgədə ABŞ-NATO tandeminin üstünlüyünə az qalıb"Qazaxıstanda etirazların maye qazın qiymət artımı ilə başlanması və ardınca siyasi şüarlara keçid edilməsi göstərdi ki, məsələ sadəcə sosial partlayışla bağlı deyil.
Çünki, etirazçıların tələbləri həllini tapdı: qazın qiyməti endirildi və məsul hökumət istefaya göndərildi.

Bunu politoloq Züriyə Qarayevə bildirib.

Onun sözlərinə görə, lakin etirazlar səngimədi. Prezident Tokayevin sərt bəyanatından sonra daha da alovlanan etirazlar “rəngli inqilab” dalğasından xəbər verir. Proseslərin xaotik formada yayılması da etirazların episentrində mafioz klanların və kənar qüvvələrin dayandığına əsas verir. Fikrimcə, dalğanın mənbəyi Rusiyadan çox Qərbə istiqamətlənib.

Qazaxıstanın yerləşdiyi strateji mövqe Qərb üçün olduqca önəmlidir. ABŞ və NATO Çinlə Rusiyanın arasındakı bu vacib bölgəyə hər zaman daxil olmağa çalışıb. ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxması da elə həmin planın tərkib hissəsi sayıla bilər. Baş tutan hadisələr eynilə Misir, Liviya, Suriya planını xatırladır. Məqsəd də eynidir: dövlətçilik ənənələrini məhv etmək və bölgəni maraqların münaqişəsi paliqonuna çevirmək.

Burda bir məqsəd də Rusiyanı Ukrayna məsələsindən yayındırmaq və gücünü fərqli istiqamətlərə paylaşdırmaqdır. Rusiya-Çin tandemi ilə ABŞ-NATO tandemi arasında soyuq müharibə artıq öz həllini tapmaq üzrədir. Moskvanın indiki geosiyasi durumunda ehtimal etmək olar ki, bölgədə ABŞ-NATO tandeminin üstünlüyünə az qalıb…
Bakıdakı Zəfər abidəsinə görə bina SÖKÜLÜRBakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.

Rəsmi məlumata görə, köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib.

Həmçinin, binanın ərazinin ümumi görünüşünə xələl gətirdiyi də vurğulanıb.
Qazaxıstanda yanvarın 10-u matəm elan olunubÖlkənin bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı yanvarın 10-u Qazaxıstanda Ümummilli Matəm Günü elan olunub.

“Report” xəbər verir ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar qəbul edib.

Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.

Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.

Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.

Yanvarın 5-də Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Həmin gün Prezident Kasım-Jomart Tokayev ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib.

Dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Qazaxıstana sülhməramlı qüvvələr göndərməklə bağlı müraciət edib.

Təşkilat müraciəti nəzərə alaraq Qazaxıstana müvəqqəti olaraq sülhməramlılar göndərmək haqqında qərar qəbul edib.

Yanvarın 8-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb. O dövlətə xəyanətdə şübhəli bilinir.

Bakıda çörək zavodunda qadın faciəvi şəkildə ölübBakıda çörək zavodunda qadın faciəvi şəkildə ölüb.

Bu barədə Avrasiya.net-ə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 7-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.
Rusiya Qazaxıstana yeni hərbi qüvvə göndərirRusiya Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Rusiya kontingentinin Qazaxıstana köçürülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, hazırda hərbçilər Moskva, İvanovo, Ulyanovsk vilayətlərindəki aerodromlardan Qazaxıstana göndərilməyə hazırlanırlar. Rusiya Hava Desant Qüvvələrinin bölmələri texnika və silahları hərbi təyyarələrə yükləyir.

“Əvvəlki transferlər KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin hava-desant qoşunları “Çkalovski”, “İvanovo-Severnıy” və “Ulyanovsk-Vostoçnıy” yükləmə aerodromlarında yerləşdirilmişdi”, - məlumatda deyilir.

Nazirlik onu da bildiirb ki, daha əvvəl Qazaxıstana gəlmiş bir qrup hərbçi fəlaiyyətlərinə başlayıblar.

Xatırladaq ki, KTMT sülhməramlı qüvvələrinin tərkibindən Rusiya sülhməramlılarının ilk bölmələri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında yanvarın 6-da Qazaxıstana gəlib.

Rusiya sülhməramlılarının hərəkətlərini Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov idarə edəcək.