Tarial Nakaidze Parlamentdən baş nazirə səsləndi: "Mən müsəlmanam, azlıqların səsiyəm""Mən bu gün burada Gürcüstan azlıqlarının səsiyəm".

Avrasiya.net Aktual.ge-yə istinadən xəbər verir ki, bunu Acara bölgəsindən olan müstəqil deputat Tariel Nakaidze parlamentdə çıxışında baş nazirə xitabən söyləyib.

T.Nakaidze baş nazir İrakli Qaribaşviliyə səslənərək etnik azlıqların hüquqlarını qorumağa çağırış edib.

Müstəqil deputatın sözlərini olduğu kimi təqdim edirik:

"Mən pələng dərisi geyinmiş pəhləvan adını daşıyan Tariel, mən böyük gürcü vətənpərvərlərinin nəslindənəm - Memed Beq Abaşidze, Selim Beg Ximşiaşvili, Gulo-Agha Kaikaçişvili, Sayatnova, Ilia Çavçavadze və bir azərbaycanlı qadın, Pəri Xanım Sofiyevanın övladıyam.

Cənab baş nazir mən bir Gürcüstan müsəlmanıyam və Gürcüstanda azlıqlarının səsiyəm. Mən Gürcüstan müsəlmanı olduğumu bilməyinizi istəyirəm. Rustaveli küçəsinə ləyaqət və azadlıqla gələcəyik, məscidlər, kilsələr, sinaqoqlar tikəcəyik. Azad, müstəqil, müxtəlif bir Gürcüstan quracağıq, çünki bizim üçün bu mənəviyyatın əsas məbədidir.

Ancaq suallarımızı görməməzlikdən gəlmək hüququnuz yoxdur. Gürcüstanda yaşayan azlıqları ikinci dərəcəli vətəndaş kimi qeyd etməyinizə icazə verməyəcəm. İmkan vermərəm ki, etnik azlıqları yalnız təhlükəsizlik formasında müzakirə edəsiniz, mən imkan vermərəm ki, etnik azlıqlara ikinci dərəcəli kimi baxasınız. Gürcüstan bizim vətənimizdir. Artıq Gürcüstanın vətənpərvərliyi və sevgisi ilə rəqabət edəcək bir vətənimiz yoxdur. Belə emosional və yüksək səslə danışdığım üçün Gürcüstan xalqından üzr istəyirəm, amma təəssüf ki, mənə başqa şans buraxmadınız. Yaşasın rəngarəng azad Gürcüstan. Allah, Gürcüstanı qorusun".
Laçında bədbəxt hadisə: İki hərbçimiz həlak olduİyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə bildirilib ki, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Coşqun Çingiz oğlu Zeynallı və əsgər Orxan Elxan oğlu Rəhimli həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
Səfir: "Azərbaycanla İran arasında aviareyslərin açılması müzakirə edilir"“Azərbaycan tərəfi ilə son vaxtlar aparılan danışıqlarda İranla Azərbaycan arasında aviareyslərin açılmasını müzakirə etmişik”.

Bunu açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

O bildirib ki, Azərbaycanda nəzərəçarpacaq dərəcədə koronavirusa yoluxanların sayı azalıb: “İranda da virusa yolxunaların sayında azalma müşahidə edilib”.

Qeyd edək ki, Azərbaycanla İran arasında sərhədlər 2020-ci ilin fevralından bağlıdır.

Xatırladaq ki, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında İrandan Azərbaycana gələnlərin sayı 1,2 dəfə azalıb.

Report
Ermənistan sülh danışıqlarından imtina edir – İsrail KİVQarabağ işğaldan azad olunduqdan sonra ilk dəfə olaraq ötən şənbə Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilib.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Şmuel Dan Elmas İsrailin nüfuzlu ivritdilli “İsrael HaYom” qəzetində çıxan “Ermənistan sülh danışıqları aparmaqdan imtina edir” sərlövhəli məqaləsində bildirib.

“Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.

Milli bayram şərəfinə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq sülhməramlı nitqlə çıxış edib. O bəyan edib ki, İkinci Qarabağ müharibəsindən sonra biz Cənubi Qafqazda sülhün, dialoqun və əməkdaşlığın inkişaf proseslərinin irəliləməsində maraqlıyıq.

Lakin Prezident İlham Əliyevin fikrincə, Ermənistan sülh danışıqları aparmaqdan imtina edir. Prezident bunu Bakıya gələn Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirləri ilə görüşündə bildirib.

“Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq”, - deyən Azərbaycan Prezidenti əlavə edib ki, “bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil”. Regional sülhə dəstək məqsədilə avropalı rəsmi şəxslərin iştirakına gəlincə, Azərbaycan Prezidenti belə izah edib: “Şadam ki, Avropa İttifaqı regional məsələlərdə öz iştirakını nümayiş etdirir və sizin səfəriniz bunun aydın göstəricisidir. Biz Cənubi Qafqazda sülh, barışıq, inkişaf və əməkdaşlıq işinə xidmət edən istənilən iştirakı qiymətləndiririk”.

İsrail-Azərbaycan münasibətləri üzrə ekspert Arye Qut qeyd edir ki, Azərbaycan 30 il müstəqilliyi ərzində ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələr Gününü böyük vüsətlə və yüksək milli ləyaqətlə qeyd edir.

“Mən Azərbaycan Prezidenti İlham Əliyevi, müdafiə naziri Zakir Həsənovu, azərbaycanlı əsgər və zabitləri bu əlamətdar bayram, möhtəşəm və tarixi Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. 44 günlük “Dəmir yumruq” adlı hərbi əməliyyat Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçıları üzərində misilsiz və qüdrətli Qələbəsi və Ermənistanın tam kapitulyasiyası ilə başa çatdı. Ötən il Bakıda keçirilən hərbi parad çox böyük təsir bağışladı, XXI əsr müasir yüksək texnologiyalı Azərbaycan Ordusunun bütün qüdrətini nümayiş etdirdi. Bu gün faktdır ki, Azərbaycan postsovet məkanında 30 ildən sonra öz ərazilərini işğaldan azad etməyə və ərazi bütövlüyünü bərpa etməyə nail olan yeganə ölkədir”.

Arye Qutun sözlərinə görə, 10 gün bundan əvvəl Azərbaycan mina xəritələrinin müqabilində Ermənistana 15 nəfər hərbi əsir verib. Bu xəritələrdə təkcə Ağdam rayonunda 97 min minanın yeri göstərilir.

“Bu xəritələr insanların həyatının xilas olunmasına və Prezident İlham Əliyev tərəfindən regionun inkişafına istiqamətlənən layihələrin icrasının sürətləndirilməsinə kömək edəcək.

Mən işğaldan azad edilən ərazilərdə olmuşam və orada praktiki olaraq, nə bir ev, nə uşaq bağçası yaxud məktəb, nə kitabxana və muzey qalmayıb. Erməni işğalçı ordusu Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan kimi şəhərləri yer üzündən silməklə talançılıq və vandalizmlə məşğul olub. Əvvəllər küçə və evlərin olduğu yerdə mən indi qapı oyuqları, sütunlar və ətrafa səpələnmiş pəncərə çərçivələri gördüm. Xarabalıqlarda ağaclar bitmişdi. Minalanmış sahələrin xəritəsinin əldə edilməsi yüzlərlə azərbaycanlı vətəndaşın, o cümlədən minaların təmizlənməsində iştirak edən mütəxəssislərin, jurnalistlərin həyatını və sağlamlığını xilas edəcək, bərpa üzrə layihələrin icrasını sürətləndirərək, məcburi köçkünlərin evlərinə qayıtmasına kömək edəcək.

Ermənistan Azərbaycana Ağdam rayonunda minalanmış ərazilərin xəritəsini verdi. Bu, şübhəsiz, erməni saxtakarlığının, dünya birliyinin diplomatik, hətta cinayətkarcasına aldadılmasının növbəti sübutudur. Bakıdan olan çoxsaylı müraciətlərə baxmayaraq, bu vaxtadək Ermənistan rəhbərliyi minalanmış sahələrin xəritəsini təqdim etməkdən imtina edirdi”.

İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzeti sonda yazır: “Azərbaycan 30 il erməni işğalı altında qalan ərazilərini azad edən qalib dövlət kimi bütün dünyaya Cənubi Qafqaz regionunda özünün artan geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik gücünü sübut etdi”.

Güləşçimiz erməniyə qalib gələrək yarımfinala çıxdıGüləşçimiz Turan Bayramov erməniyə qalib gələrək yarımfinala çıxıb.

Azərbaycan Güləş Federasiyasından Avrasiya.net-ə verilən məlumata görə, Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.

İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Murad Haqverdiyev ilk görüşdə türkiyəli rəqibinə uduzub.

Sabir Cəfərov təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. Həmyerlimiz daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. 1/4 finalda Türkiyə güləşçisi üzərində də böyükhesablı qələbəyə sevinən Cəfərov yarımfinala yüksəlib.

Turan Bayramov qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbəylə start verib.

Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Turan adını yarımfinala yazdırıb.

Səbuhi Əmiraslanov 1/8 finalda rusiyalı rəqibinə məğlub olub.

Zəfər Əliyev debütdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq 1/4 finalda Ukrayna idmançısıyla bacarmayıb.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Ajda Pekkan 100 min avroluq qonorardan imtina etdi, Bakıya gəlmədiTürkiyənin məşhur müğənnisi, meqa-star Ajda Pekkan Qurban bayramı günlərində Azərbaycanda hansısa əyləncə mərasimində çıxış etmək təklifi alıb.

Türkiyə KİV-lərinin xəbərlərinə görə, ona 100 min avro qonorar vəd edilib. Lakin müğənni bu təklifdən imtina edib, çünki bu yay ayları ərzində Bodrumdan kənara çıxmaq fikrində deyil və bütün yayı oradakı villasında keçirəcək.

Dəvətin hansı otel və ya fərdi şəxs tərəfindən edildiyi göstərilmir. Ajda Pekkan ötən ilin payızında Qarabağda müharibə gedərkən Azərbaycana dəstək mesajları ilə çıxış etmişdi. Düşmən Gəncəni gecə yarısı ballistik raketlə atəşə tutaraq onlarla dinc sakinin ölümünə səbəb olanda müğənni özünün İnstagram səhifəsindən yazmışdı: “Azərbaycanlı qardaşlarıma gecə yarısı yataqda üzərlərinə bomba atılmasını şiddətlə qınayıram. Torpaqlarını geri almaq üçün canını fəda etməyə hazır olan əsgərlərimizə və ən başda hörmətli İlham Əliyevə uğurlar diləyirəm”. (virtualaz.org)
Ordumuzda günün nizam qaydalarına dəyişiklik edildiHavanın temperaturunun yüksəlməsi ilə əlaqədar Azərbaycan Ordusunun şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə hərbi hissə və birləşmələrdə müvafiq tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, şəxsi heyətin istilik və günvurmadan qorunması məqsədilə günün nizam qaydalarına dəyişiklik edilərək döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilir.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir və açıq səma altında görülən xidməti işlərə cəlb olunmur. Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlarda kondisionerlər quraşdırılıb.

Eyni zamanda hərbi hissələrdə sərin su duşları, əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.
38 yeni yoluxma faktı qeydə alınıbAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Kalininqraddakı Azərbaycan diasporunun rəhbəri vəfat edibRusiyanın Kalininqrad şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Tofiq Rzayev vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Kalininqrad şəhərindəki diaspor üzvləri bildiriblər.

Tofiq Rzayev 1951-ci ildə Neftçala şəhərində anadan olub.

1973-cü ildə Kalininqrad vilayətində ali təhsil allb. Kalininqrad Universitetinin İqtisad fakültəsini bitirib, həmin universitetdə prorektor vəzifəsində çalışıb. İctimai fəaliyyətinə 1998-ci ildə yaratdığı “Abşeron” cəmiyyətində başlayıb. Sonra Ümumrusiya Azərbaycan Konqresinin Kalininqrad vilayəti üzrə sədri olub.

Kalininqrad vilayətində 17 minə yaxın azərbaycanlı yaşayır. Bura azərbaycanlıların üç diaspor təşkilatı fəaliyyət göstərir.

T.Rzayev Rusiya Azərbaycanlılar İttifaqının və Azərbaycan İş Adamları Konfederasiyasının Kalininqrad vilayətindəki nümayəndəsi idi.

Allah rəhmət eləsin…
Vətən müharibəsi iştirakçısı intihar etdiŞirvanda 33 yaşlı kişi intihar edib.

Avrasiya.net "Qafqazinfo"ya istinadən məlumat verir ki, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.

Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.