Tarial Nakaidze Parlamentdən baş nazirə səsləndi: "Mən müsəlmanam, azlıqların səsiyəm"

Tarial Nakaidze Parlamentdən baş nazirə səsləndi: "Mən müsəlmanam, azlıqların səsiyəm""Mən bu gün burada Gürcüstan azlıqlarının səsiyəm".

Avrasiya.net Aktual.ge-yə istinadən xəbər verir ki, bunu Acara bölgəsindən olan müstəqil deputat Tariel Nakaidze parlamentdə çıxışında baş nazirə xitabən söyləyib.

T.Nakaidze baş nazir İrakli Qaribaşviliyə səslənərək etnik azlıqların hüquqlarını qorumağa çağırış edib.

Müstəqil deputatın sözlərini olduğu kimi təqdim edirik:

"Mən pələng dərisi geyinmiş pəhləvan adını daşıyan Tariel, mən böyük gürcü vətənpərvərlərinin nəslindənəm - Memed Beq Abaşidze, Selim Beg Ximşiaşvili, Gulo-Agha Kaikaçişvili, Sayatnova, Ilia Çavçavadze və bir azərbaycanlı qadın, Pəri Xanım Sofiyevanın övladıyam.

Cənab baş nazir mən bir Gürcüstan müsəlmanıyam və Gürcüstanda azlıqlarının səsiyəm. Mən Gürcüstan müsəlmanı olduğumu bilməyinizi istəyirəm. Rustaveli küçəsinə ləyaqət və azadlıqla gələcəyik, məscidlər, kilsələr, sinaqoqlar tikəcəyik. Azad, müstəqil, müxtəlif bir Gürcüstan quracağıq, çünki bizim üçün bu mənəviyyatın əsas məbədidir.

Ancaq suallarımızı görməməzlikdən gəlmək hüququnuz yoxdur. Gürcüstanda yaşayan azlıqları ikinci dərəcəli vətəndaş kimi qeyd etməyinizə icazə verməyəcəm. İmkan vermərəm ki, etnik azlıqları yalnız təhlükəsizlik formasında müzakirə edəsiniz, mən imkan vermərəm ki, etnik azlıqlara ikinci dərəcəli kimi baxasınız. Gürcüstan bizim vətənimizdir. Artıq Gürcüstanın vətənpərvərliyi və sevgisi ilə rəqabət edəcək bir vətənimiz yoxdur. Belə emosional və yüksək səslə danışdığım üçün Gürcüstan xalqından üzr istəyirəm, amma təəssüf ki, mənə başqa şans buraxmadınız. Yaşasın rəngarəng azad Gürcüstan. Allah, Gürcüstanı qorusun".