Sizin Reklam Burada

"Erməni xəstəliyi, xülyası bunların özlərini bədbəxt duruma salıb"

"Erməni xəstəliyi, xülyası bunların özlərini bədbəxt duruma salıb"Bu gerçəkdən belədir. Azərbaycan öz zəngin iqtisadi potensialına güvənib strateji layihələri davam etdirə bilər. Lakin regionda sülhü mökəmlətmək, dünyada və bölgədə gedən geosiyasi prosesləri nəzərə alaraq Ermənistanla əməkdaşlığı kənara atmaq olmaz.

Avrasiya.net xəbər verir ki, bunu "Xalq Cəbhəsi"nə açıqlamasında “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz elə bir regiondur ki, sabitliyi qoruyub saxlamaq çox çətindir. Sülhü qoruyub möhkəmlətmək üçün hazırda ən optimal vasitələrdən biri çoxtərəfli iqtisadi layihələrin sürətlə icra olunmasıdır: "Vaxtılə Avropada uzun illər davam edən müharibələr olub. Bu gün həmin ölkələr arasında iqtisadi əməkdaşlıq elə formada qurulub ki, həmin məkanda dövlətlərarası sərhədlər simvolik xarakter daşıyır. Düzdür, bizim regionumuzda bunu etmək çətindir. Erməni xəstəliyi, xülyası bunların özlərini bədbəxt duruma salıb. Ancaq çoxtərəfli iqtisadi əməkdaşlıq, nəhəng iqtisadi layihələr və nəhayət Ermənistanda bu reallığı dərk edən qüvvələrin olması Azərbaycanın strateji hədəflərə çatmasında mühüm faktordur".

Ə.Bəydəmirli bildirib ki, Ermənistanın Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq etməsi dünyada və həmçinin düşmən ölkənin içərisində kök salmış terror şəbəkəsinin strateji maraqlarına uyğun deyil.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər