İmirli şəhidləri ziyarət edildi!Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə Bərdə rayonunun İmirli kəndində Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olmuş şəxslərin məzarı ziyarət edilib. Bu barədə təşkilatın sədri, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib.

S.Vəkilov bildirib ki, Azərbaycanın elə bir kəndi elə bir regionu yoxdur ki, onlar torpaqlarımızın azadlığı uğrunda verilmiş itkilərdən kənarda qalmış olsunlar. Bərdə rayonun İmirli kəndində məhz belə kəndlərdəndir. Son 44 günlük II Qarabağ savaşı zamanı İmirli kəndinin vətənpərvər övladları zabit və əsgər heyəti ilə onlarla şəxsin simasında müharibədə iştirak ediblər.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəxslərə ehtiram göstərmək hər bir Azərbaycanlının borcudur. Bu ən-ənəyə sadiq qalan Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə İmirli kənd qəbristanlığında uyuyan şəhidlərin məzarları ziyarət edilib.

Ziyarətçilər tədbir çərçivəsində 1992-ci ildə şəhid olmuş, Rəhman Abbasovun, Xocalı soyqırımı zamanı şəhid olmuş Dilarə Nürəliyevanın, 24 aprel 1994-cü ildə Xocalı polisinin tərkibində şəhid olmuş Əskər Məmmədovun, 1998-ci ildə xidmət zamanı şəhid olmuş baş leytenant İlqar Calalovun, 44 günlük müharibə zamanı şəhid olmuş Murad Musayevin məzarları ziyarət edilmişdir. Tədbir iştirakçıları sonra şəhid Əsgər Məmmədovun şərəfinə yaradılmış Əsgər bulağınıda ziyarət ediblər. Şəhid Əskər Məmmədovun qardaşı I və II Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan milli ordunun polkovnik leytenantı Nicad Məmmədov ailəsi adında tədbir iştirakçılarına təşəkkür edib.

MHM-nin sədri S.Vəkilov bildirib ki, Azərbaycan xalqı ölməz xalqdır! Torpaqlarının azadlığı uğrunda şəhid olan belə vətənpərvər övladlarımız var olduqca bu vətən var olacaqdır!

Tədbirdə, fərdi sahibkarlar Elçin Abbasov, Sərdar Abbasov, Rafiq və Tofiq Alıquliyevlər, Maarif Novruzov, Qarabağ müharibəsi veteranı Teymur Seydəliyev, İmirli kənd sakini İlkin Sadıqov və Şahvələr kənd sakini Adil Əliyev, Xəyyam Sarıyevdə iştirak ediblər.
Şahin Mustafayev İranda əhəmiyyətli görüşlər keçiribDünən Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub.

Avrasiya.net xəbər verir ki, səfər zamanı Şahin Mustafayev İranın neft naziri Bijən Namdar Zəngənə, yollar və şəhərsalma naziri Məhəmməd Eslami və Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə danışıqlar aparıb.

Şahin Mustafayevin İranın neft naziri Bijən Namdar Zəngənə ilə görüşündə Azərbaycanla İran arasında neft-qaz sahəsində əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Tərəflər qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını ifadə ediblər.

İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüş əsnasında iki ölkə arasında nəqliyyat sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər Azərbaycanla İran arasında ticarət dövriyyəsinin cari ilin dörd ayında 27 faiz artdığını məmnunluqla qeyd ediblər.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin 19 faiz artdığı vurğulanıb. Eyni zamanda, dəhlizin hissəsi olan Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün inşası ilə əlaqədar məsələlərə dair fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə regionda yeni reallıqların yarandığını xüsusi vurğulayıb. Qeyd olunub ki, nəqliyyat yollarının və kommunikasiyaların açılması Cənubi Qafqazın nəqliyyat və iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq və regionda inkişaf üçün böyük perspektivlər yaradacaq.

İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticari, energetika, neft-qaz, İKT, kənd təsərrüfatı, səhiyyə, humanitar və bir çox digər sahələrdə uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib.

Azərbaycanla İranın bir sıra beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsində birgə fəaliyyət göstərməsindən məmnunluq ifadə edilib. Görüşdə iki ölkə arasında qarşılıqlı əlaqələrin perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanlı gənci güllələyən polisin mükafatlandırılması TƏKLİF OLUNDURusiyada 19 yaşlı azərbaycanlı gəncin polis tərəfindən öldürülməsi ilə bağlı mübahisələr davam edir.

Rusiya KİV xəbər verir ki, Novosibirsk şəhərinin Moşkov rayonunda polislə mübahisə zamanı Vəkil Abdullayev polis tapançasından açılan atəşlə qətlə yetirilib.

Rusiya Dumasına qarşıdan gələn seçkilərdə namizəd olacaq Mariya Butina gəncin həyatına son qoyan polisin həbsdən azad olunmasını və hətta, mükafatlandırılmasını təklif edib.

“Yol polisi əməkdaşını müdafiə etmək hər birimizin borcudur. Əgər tabel silahından atəş heç təsadüfən yox, planlı şəkildə açılsaydı belə polis 100% qanun çərçivəsində xidmət etmiş sayılardı. Onun üzərindən ittihamları götürün və xidmətə görə mükafatlandırın”-deyə Butina yazıb.

Mariya Butina ABŞ-da casusluq fəaliyyətinə görə həbs olunması ilə məşhurdur.(modern)
Ermənistanda kütləvi istefalar başladıErmənistan xarici işlər nazirinin müavini Qaqik Qalaçyan istefa verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, A.Qalaçyan mayın 27-də istefa ərizəsini yazıb.

Bu açıqlamadan az sonra A.Naqdalyan özünün də tutduğu vəzifədən istefa verdiyini bildirib.

Mətbuat isə yazır ki, istefalar bununla məhdudlaşmayıb. Qeyd olunub ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginliyi azaltmaq üçün planını açıqlayandan sonra Xarici İşlər və Müdafiə nazirliklərində, hətta Milli Təhlükəsizlik Xidmətində kütləvi istefalar olub. Məlumata görə, Ermənistan xarici işlər nazirinin 4 müavini, habelə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan istefa ərizəsi yazıblar.

Qeyd edək ki, mayın 27-də Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan da istefa verib.
Xarici İşlər Nazirliyindən həmsədrlərə CAVABXarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi (XİN) Leyla Abdullayeva ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 28 may 2021-ci il tarixli bəyanatına münasibət bildirib.

Avrasiya.net-in məlumatına görə, L.Abdullayeva bildirib ki, həmsədrlərin bəyanatında qeyd etdiyi məsələlər, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan son gərginliklər, diversant qrupun Azərbaycan ərazilərinə daxil olaraq terrorçu-təxribat aktı törətmək cəhdi, delimitasiya və demarkasiya prosesi, habelə bölgəyə humanitar çıxışın təmin edilməsi ilə bağlı rəsmi Bakının mövqeyi dəfələrlə açıqlanıb:

“Azərbaycan azad olunmuş ərazilərin bərpası və insanların bu ərazilərdə yenidən sülh şəraitində birgə yaşayışının təmin edilməsi üçün bütün səylərini səfərbər edib və müvafiq tədbirləri həyata keçirir. Beynəlxalq humanitar təşkilatlarla beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlıq həyata keçirilir, o cümlədən Qarabağda müharibənin təsirinə məruz qalan insanlara humanitar yardımın göstərilməsi üçün müvafiq addımlar atılıb.

Həmsədrlərin bəyanatında istinad etdiyi saxlanılan 6 erməni hərbçisi ilə bağlı xatırladırıq ki, bu erməni hərbçiləri yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılıb. Azərbaycanın azad olunmuş ərazilərində Ermənistan tərəfindən basdırılmış minalar gündəlik əsasda insanların həyatına təhlükə törətdiyi bir vaxtda, Ermənistanın minaların yeri ilə bağlı məlumatı təqdim etməkdən imtina etməsi, üstəlik əraziyə yeni minalar basdırmaq cəhdi heç bir çərçivəyə sığmır. Odur ki, həmsədrlər “hamının hamıya” prinsipi əsasında saxlanılan şəxslərin dəyişdirilməsini təklif etmədən öncə, ən azı bu şəxslərin saxlanma səbəblərinə diqqət ayırmalı, təxribatçıları bu kimi fəaliyyətdən çəkinməyə çağırmalıdır.

Dəfələrlə bəyan etmişik ki, biz sərhəd gərginliyi məsələsinin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq, habelə beynəlxalq ictimaiyyətin iki dövlət arasında sərhədin demarkasiya və delimitasiyası çağırışlarını dəstəkləyirik. Bildiyiniz kimi, bir müddət öncə bu məsələ ilə bağlı irəli sürülən Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini də Azərbaycan dəstəkləyib.

Yalnız beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında dövlətlərarası münasibətlər normallaşdırıla bilər, sərhəd xəttinin demarkasiyası və delimitasiyasına başlamaq olar və nəhayət, sülh şəraitində birgə yaşayış üçün sağlam təməlin əsası qoyula bilər.

Həmsədr ölkələri isə öz növbəsində, üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə verə bilər”.
Azərbaycanda gənc oğlan atasının öldüyü gün ögey anasını zorladı – TƏFƏRRÜATBir neçə ay əvvəl Ağstafa rayonunun Dağkəsəmən kəndində baş vermiş zorlama hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Qazaxın Çaylı kəndinin sakini olan 1994-cü il təvəllüdlü Fəhmin Babaşovun (ad və soyadlar şərtidir) atasının vəfat etdiyi gün ögey anasını zorlaması üzə çıxıb.

Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsilə açılmış cinayət işinin istintaqı zamanı məlum olub ki, Fəhminin anası vəfat etdikdən sonra 1999-cu ildən bacısı ilə Dağkəsəmən kəndində atasının ikinci həyat yoldaşı olan Rəhilə Babaşovanın (ad şərtidir) evində yaşayıb. Övladı olmayan Rəhilə ikinci həyat yoldaşı olan Hüseynin (ad şərtidir) övladlarını böyüdüb. Lakin bir müddət əvvəl Hüseynin qızı vəfat edib. Bundan sonra isə Hüseyn onkoloji xəstəliyə düçar olub.

Hadisənin baş verdiyi günə gəlincə hərzamankı kimi səhər saat 6-da mal-qaranı otarmağa gedən Fəhmin saat 8 radələrində atasının vəfat etdiyini eşidərək geri qayıdıb. O, evə gələndən sonra analığı Rəhilə ilə atasının qəbrini qazdırmaması üstündə dalaşıb və onu vurmağa cəhd edib. Bu zaman həyətdə olan qonşular 26 yaşlı oğlanın ögey anasını vurmasına imkan verməyərək araya giriblər. Bir neçə saat sonra mərhum dəfn edilib və günortadan sonra qonaqlar dağılışıb.

Zərərçəkən qadının bildirdiyinə görə, dəfndə iştirak edənlərin getməsindən sonra ögey oğlu ilə evdə tək qalıb. Axşam saatlarında Fəhmin ögey anasına başının ağrıdığını və onun başını ovxalamasını deyib. Bu zaman gənc oğlan analığına atasının artıq vəfat etdiyini, bundan sonra onunla ər-arvad münasibətində yaşamaq istədiyini bildirib. Lakin qadın buna etiraz edərək, belə bir şeyin mümkünsüzlüyünü, yaşlı qadın olduğunu söyləyib. Bundan sonra o, ayağa qalxaraq ögey anasına qarşı zorakılıq hərəkətləri etməyə başlayıb və onu sürüyüərək yataq otağına aparıb.

Rəhilə Babaşova bildirib ki, ögey oğluna yalvararaq onu zorlamamasını desə də, qarşı tərəf çirkin niyyətini həyata keçirib. O, müqavimət göstərsə də, Fəhminə gücü çatmayıb və yaxınlıqda ev olmadığından qışqırmağın köməyə çatmayacağını düşünüb. Ögey oğlu tərəfindən zorlanan qadın daha sonra özünü razılaşmış kimi göstərərk həyətə düşüb yuyunmaq istədiyini deyib. Fəhmin bununla razılaşıb. Telefonunu götürərək həyətə düşən qadın dərhal həyətdəki dama daxil olaraq onun dəmir qapısını arxadan bağlayıb. O, polisə zəng edərək oğulluğu tərəfindən cinsi təcavüzə məruz qaldığını deyib. Daha sonra Fəhmin gələrək qapıya zərbələr vurmasına və analığından qapını açmasını tələb eməsin baxmayaraq, Rəhilə polislər gələnədək oranı tərk etməyib.

Hadisə yerinə gələn polis əməkdaşları Fəhmini saxladıqdan sonra o, damı tərk edib.

Hadisə şahidləri bildiriblər ki, mərhum Hüseyn Babaşovun 3 mərasiminə gələn şəxslər onun oğlunun ögey anasını zorladığına görə həbs edildiyini eşidərək təəccübləniblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkən qadın ögey oğlundan şikayətçi olduğunu bildirib. Həmçinin ekspertiza rəyindən qadının hadisə vaxtı xəsarətlər alması məlum olub.

Məhkəmənin hökmü ilə Fəhmin Babaşov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Daha bir hərbçimizin nəşi tapıldıVətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Neftçala rayonundan olan əsgər Məmmədağa İqab oğlu İmanovun nəşi tapılıb.

Onun sabah Neftçala şəhər qəbiristanlığında dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, şəhidimiz 2001-ci ildə Neftçala rayonunun Dalğa kəndində anadan olub.
Hindistanda koronadan ölənlərin meyitləri çaya atılır - VideoHindistanda koronavirusdan ölən xəstələrin meyitlərini çaya atırlar.

Axar.az xəbər verir ki, Hindistanın Balrampur kəndində xüsusi qoruyucu geyimli iki nəfərin bir meyiti körpünün kənarından çaya atdığı bəlli olub.

Balrampur kəndinin tibb şöbəsinin müdiri cəsədin COVİD-19 xəstəsinə aid olduğunu təsdiqləyib və onu çaya atanların xəstənin yaxınları olduğunu bildirib. Hadisədən sonra sözügedən 2 nəfər polis tərəfindən saxlanılıb ​​və cəsəd karantin qaydalarına uyğun olaraq ailəsinə təslim edilib.

Qeyd edək ki, bir müddət əvvəl Hindistanda Qanq çayının sahillərində 71 nəfərin meyiti tapılmışdı. Onların ölkədə artan ölüm halları səbəbindən krematoriya və qəbiristanlıqlarda yer olmaması nəticəsində çaya atıldığı bildirilmişdi.
Azərbaycanlı iki Türkiyə vətəndaşını BDU adı ilə aldadıb - İDDİAİki nəfər Türkiyə vətəndaşı Modern.az saytına müraciət edərək, azərbaycanlı tərəfindən böyük bir fırıldağa tuş gəldiklərini söyləyib.

Onlar Azərbaycan vətəndaşı Əliyev Saqif Vaqif oğlu tərəfindən aldadıldıqlarını, pullarının əllərindən alındığını bildiriblər.

Saytımıza müraciət edən Mustafa Kemal Bayram və Şahin Seyhan adlı şəxslər bildiriblər ki, Əliyev Saqif Vaqif oğluna ümumilikdə 5100 ABŞ dolları miqdarında pul ödəyiblər.

Bu şəxs onları Bakı Dövlət Universitetində müxtəlif ixtisaslar üzrə magistratura və doktorantura proqramına qəbul etdirəcəyinə söz verib. Bunun üçün Mustafa Kemal Bayramdan 2700 dollar, Şahin Seyhandan isə 2400 dolar alıb.

Lakin müəyyən müddətdən sonra bu şəxsin onları aldatdığı bəlli olub. Türkiyə vətəndaşları məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklərini, pullarını hüquq müstəvisində geri qaytaracaqlarını bildiriblər. Hətta Türkiyənin Azərbaycandakı səfirliyinə də müraciət ediləcək.

Məsələni araşdırmaq məqsədilə Əliyev Saqif Vaqif oğlu ilə əlaqə saxladıq. Bu şəxs iddia ilə razılaşmadığını, ortada yanlış anlaşılma olduğunu bildirdi. Onun sözlərinə görə, artıq şikayətçilərlə əlaqə saxlanılıb və onların ödədiyi pulların geri qaytarılmasına dair razılıq əldə olunub. Məsələnin tezliklə yoluna qoyulacağını qeyd edib.
"İranın müxtəlif sahələrdə ən böyük ortağımız olması bizim üçün çox mühümdür"Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrana səfər edib və bu ölkənin neft naziri Bijan Namdar Zangane ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, səfərdə Şahin Mustafayevi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti və işçi heyəti də müşayət edib.

"Əlaqələrimiz son illərdə hər iki ölkənin prezidentlərinin siyasi iradəsi ilə inkişaf edir. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və İran arasında əlaqələrin inkişafı və İranın müxtəlif sahələrdə ən böyük ortağımız olması bizim üçün çox mühümdür", - Ş. Mustafayev bildirib.

İki ölkə arasında münasibətlərin konstruktiv görüşlərlə müxtəlif sahələrdə mühüm irəliləyiş əldə etdiyini qeyd edən baş nazirin müavini qeyd edib ki, bu sahələrdən biri neft və qaz sahəsində bəzi uğurların əldə olunduğu əməkdaşlıqdır:

“Bundan başqa uzunmüddətli ortaq qaz əməkdaşlığımız var və 2004-cü ildən bəri Naxçıvanın ehtiyac duyduğu qaz İran tərəfindən təmin edilir. Biz bunu qiymətləndiririk. İran-Azərbaycan münasibətləri son illərdə bütün sahələrdə inkişaf edir və Xəzər dənizindəki ortaq sahələrin inkişaf etdirilməsində neft, təbii qaz və enerji sektorunda zirvəyə çıxdı”.