Sizin Reklam Burada

Polis azərbaycanlı gənci güllələdi - Video

Polis azərbaycanlı gənci güllələdi - VideoNovosibirsk yaxınlığında yol polisi azərbaycanlını başından güllələyib.

Avrasiya.net Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, polis təqib etdiyi şəxslərdən birinə ehtiyatsızlıqdan atəş açıb. Hadisənin mayın 28-də Sibir yolunda baş verdiyi bildirilir.

Qeyd edilir ki, “Toyota” markalı avtomobilin sürücüsü yol polisi məmurunun dayanma tələbini yerinə yetirməyib. Yol polisi qısa müddətdə avtomobilin sürücüsünü saxlamağa müvəffəq olub. 38 yaşlı yol polisi müfəttişi şübhəli şəxsi xidməti avtomobilinə aparıb. Bu zaman saxlanılanın 19 yaşlı bir tanışı ona müdaxilə etməyə başlayıb.

Polis səlahiyyətlərindən kənara çıxıb, 19 yaşlı gəncə qarşı şiddət tətbiq edib. Nəticədə gənc başında ağır güllə yarası alıb. Hadisənin səbəbkarı 38 yaşlı polisə qarşı “Rəsmi səlahiyyətləri aşma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi) və “Laqeydliklə ağır bədən xəsarəti yetirmə” (Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi) maddələri ilə cinayət işi açılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər