Sizin Reklam Burada

Məhv edəcəyik!

Məhv edəcəyik!Elçin Mirzəbəyli

Prezident İlham Əliyevin 28 May Respublika günündə Ağdama səfəri, təkcə təməlqoyma mərasimləri ilə deyil, həm də dövlət başçısının rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə açıqladığı, yaxın tarixdə baş verən hadisələrin mahiyyətini gün işığına çıxaran məqamlarla da yadda qaldı. Azərbaycanın 30 ilə yaxın bir zaman kəsiyində münaqişənin sülh və diplomatik həllinə sadiq qaldığına, lakin buna baxmayaraq, ikili standartlar siyasəti ilə qarşılaşdığına diqqət çəkən Azərbaycan Prezidentinin hadisələrin xronikasına uyğun şəkildə toxunduğu məqamlar, İkinci Qarabağ savaşının baş vermə səbəblərini bir daha göz önünə sərgiləyir.

Məhz bu baxımdan, Azərbaycan torpaqlarının azad edilməsi, işğala, ardı-arası kəsilməyən təxribatlara son qoyulması üçün müharibənin yeganə və istisnasız çıxış yolu kimi gündəmə gəlməsinə, baş verməsinə görə, Prezidentin vurğuladığı kimi, həm də 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərməyən, onu sülhə məcbur etməyən, “Azərbaycan torpağından çıx” deməyən, qəsbkara vaxt qazandıranlar da məsuliyyət daşıyırlar.

Haşiyə:

Qeyd edim ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan son müsahibəsində danışıqlar prosesində rəsmi İrəvanın nümayiş etdirdiyi mövqeyin yanlış olduğuna diqqət çəkib və dolayısıyla işğalçı ölkəyə vaxt tanımaqla prosesin uzadılmasına imkan yaradan qüvvələrin də bu prosesdə rol oynadıqlarını etiraf edib. Ter-Petrosyanın qənaətinə görə, əgər münaqişə danışıqlar yolu ilə həll edilsəydi, indi Rusiya sülhməramlılarının müşahidəsi altında olan, etnik ermənilərin yaşadığı ərazilərin inkişafı üçün imkan yaranacaqdı.

Sitat: “Bütün Avropada sərhəd məfhumu yoxdur. İnkişaf etmiş ölkələrdə sərhədin önəmi yoxdur”. Ermənistanın ilk prezidentindən iqtibas gətirdiyim son iki cümlə də sübuta yetirir ki, ermənilərə Azərbaycanın tərkində muxtariyyət statusunun verilməsi, əslində nəinki ərazilərimizdə yaşayan etnik ermənilər, hətta Ermənistanın özü üçün tarixi fürsət imiş və onlar bu fürsəti qaçırmaqla əldə də biləcəkləri bütün imkanlardan məhrum olublar. İndi isə danışıqlar masasında əlçatan olan muxtariyyət “satusu” cəhənnəmə yola salınıb və oradan geriyə qayıdış imkanı yoxdur.

Bu yazıda Levon Ter-Petrosyanın sözügedən müsahibəsində yer alan bəzi məqamlara da nəzər salmağı vacib sayıram. Ermənistanın ilk prezidenti deyir:
.”..Biz ona görə məğlub olduq ki, zamanın axışını dərk edə bilmədik. Zaman siyasətdə ən vacib faktordur.
...Əgər 90-cı illərdə təklif edilən mərhələli həll varinatına belə getsəydik, indi bizim xalq xöşbəxt olardı.
...Zaman Azərbaycanın xeyrinə işlədi. İqtisadi baxımdan Azərbaycan gücləndi,
Ermənistan isə zəiflədi, Azərbaycan müasir ordu yaratdı, bizim ordu isə miqrasiya səbəbindən kiçildi. Gizli olan məsələlər var ki, onlardan danışmıram, indi bizim ordunun sayı 90-cı illərdəkindən azdır. İndi nəyə ümid edirlər?”

Bəli, indi nəyə ümid edirlər?

Bəlkə, liderləri Nikol Paşinyanın kapitulyasiya aktına hansı şəraitdə, necə imza atdığından xəbərsizdirlər? Bunun necə baş verdiyini bütün dünya bilir... Hətta uzun illərdən bəri işğalçının başını tumarlayan, himayə edənlər, o cümlədən dünyanın müxtəlif ölkələrinin müharibə cinayətkarlarının lobbiçiliyi ilə məşğul olan siyasətçiləri, dünya erməniliyinin qurduğu cinayətkar şəbəkənin açar fiqurları da həmçinin... Məşhur lətifədə deyildiyi kimi, “bilməyənlər bilənlərdən soruşsin”.
Və bütün bunlardan sonra, təxribatçı əməllərindən əl çəkməyənlər başa düşməlidirlər ki, daha onlara “öyüd-nəsihət” verən olmayacaq.

Prezident İlham Əliyevin dediyi kimi, “əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olarsa, dərhal yerindəcə düşməni məhv edəcəyik”. Vəssalam!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər