"İranın müxtəlif sahələrdə ən böyük ortağımız olması bizim üçün çox mühümdür"

"İranın müxtəlif sahələrdə ən böyük ortağımız olması bizim üçün çox mühümdür"Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrana səfər edib və bu ölkənin neft naziri Bijan Namdar Zangane ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, səfərdə Şahin Mustafayevi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti və işçi heyəti də müşayət edib.

"Əlaqələrimiz son illərdə hər iki ölkənin prezidentlərinin siyasi iradəsi ilə inkişaf edir. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və İran arasında əlaqələrin inkişafı və İranın müxtəlif sahələrdə ən böyük ortağımız olması bizim üçün çox mühümdür", - Ş. Mustafayev bildirib.

İki ölkə arasında münasibətlərin konstruktiv görüşlərlə müxtəlif sahələrdə mühüm irəliləyiş əldə etdiyini qeyd edən baş nazirin müavini qeyd edib ki, bu sahələrdən biri neft və qaz sahəsində bəzi uğurların əldə olunduğu əməkdaşlıqdır:

“Bundan başqa uzunmüddətli ortaq qaz əməkdaşlığımız var və 2004-cü ildən bəri Naxçıvanın ehtiyac duyduğu qaz İran tərəfindən təmin edilir. Biz bunu qiymətləndiririk. İran-Azərbaycan münasibətləri son illərdə bütün sahələrdə inkişaf edir və Xəzər dənizindəki ortaq sahələrin inkişaf etdirilməsində neft, təbii qaz və enerji sektorunda zirvəyə çıxdı”.