Rəqəm çox böyükdür və arta bilər - HarmancıAzərbaycanda koronavirusa yoluxma statistikasındakı artım çox böyükdür. Hələ bu rəqəmlər daha da artacaq. Çünki insanları bir araya gətirəcək çətin günlər yaşayırıq. Bir araya gələn zaman isə COVİD-i düşünmürük. Ehtimal edirik ki, qış aylarında virusla bağlı artım yayda yaşadığımız pik həddən daha yüksək olacaq.

Avrasiya.net xəbər verir ki, bunu Real TV-yə müsahibəsində ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. O qeyd edib ki, Azərbaycan koronavirusa qarşı ən birinci tədbir görən ölkələrin sırasında idi. Mart ayının əvvəlindən etibarən məktəblər bağlandı. Bu ictimai səhiyyə tədbirləri nəticəsində virusa yoluxma sayı azaldı. Lakin payız girəndən bəri son iki həftədir sürətli artım başlayıb və 2 gündür bu rəqəmlər daha da artıb:

“Bunun çox səbəbi ola bilər. Qış aylarında COVİD və digər respirator viruslar daha çox artır. Havalar soyuduqca insanlar daha çox qapalı məkanlarda olurlar. Digər səbəb isə insanlarda bir pandemik yorğunluğun omasıdır. Çünki fevral ayından bəri insanlara özlərini qorumaları ilə bağlı tövsiyələr edirik. Buna desensitisizasiya - həssaslığın azalması deyilir. Təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. İnsanlara bu çətin günlərdə belə mesajları vermək çətindir, amma diqqət etmək lazımdır. Həm özümüz, həm sevdiklərimiz üçün, həm də xəsrtəliyin daha da yayılmaması üçün”.

ÜST nümayəndəsi həmçinin deyib ki, Avropada da yoluxma sayı artır. Artıq Fransanın Paris də daxil olmaqla, bəzi şəhərlərində saat 21:00-06:00 arası küçəyə çıxma qadağası tətbiq edilir. O qeyd edib ki, insanların bir araya gəlməsinin artıma səbəb olmasına görə bu məhdudiyyətlərə gedilib: “Bəzi insanlar hesab edirlər ki, COVID yoxdur, bunlar konspirasiyadır. Bir qrup insan da var ki, hesab edir ki, onlar yoluxmazlar. Hər kəs istəyir ki, COVID yox olsun, amma mən xəstələnməyim. Başqaları xəstələnsin və virus bitsin. Amma belə bir şey mümkün deyil. Əgər virus təsir edəcəksə, hamımıza təsir edəcək. Belə virus var və insanları öldürür - bunu qəbul edə bilsək, həyatımızı normal şəkildə davam etdirə bilərik”, - deyə H.Harmancı deyib.

Əvvəlki kimi kütləvi qapanmaların olma ehtimalına gəlincə isə, ÜST nümayəndəsi deyib ki, hökumət əvvəlki kimi bütün ölkəni qapatmadan ayrı- ayrı kəndlər, məhəllələr, məktəblər səviyyəsində qapatmalara gedir. Bu o deməkdir ki, Operativ Qərargah ən kiçik yerləşim yerlərində belə olanlardan xəbərdardır:

“Nəzarət çox sıx şəkildə aparılır. Əvvəlki kimi qapanmaya gedilməyəcəyini düşünürəm. ÜST-ün tövsiyəsi də elə bununla bağlıdır. Nə qədər yaxından nəzarət edilsə, sürətlə yoluxmanı aşkarlaya bilsək, insanları evdə qalmaya təşviq etsək, bu xəstəliklə bir o qədər tez başa çıxa bilərik. Bütün dünyada olduğu kimi Azərbaycanda da gündəlik çörəkpulu qazanan insanlar var. Onların işə getməməsi ailələri üçün çətinlik yaradır. Bunu Operativ Qərargah da düşünür. Hesab edirəm ki, son ana qədər bütünlüklə qapanmaya gedilməyəcək. Amma bu, hamımızın davranışlarından asılıdır. Əgər bir yerdə kütəvi yoluxma olarsa, aradan qaldırmaq üçün tədbirlər görüləcək”.

H.Harmancı vaksinlə bağlı məsələyə də münasibət bildirib:

“Biz vaksini səbirsizliklə gözləyirik. Hazırda yüzlərlə vaksin üzərində araşdırmalar aparılır. 10 vaksin ən son mərhələdə idi, bu həftə 2-ni saxladılar. Yenidən davam ediləcəkmi, bilinmir. Əgər vaksinin bir insanda belə əks təsiri olarsa, ona yenidən baxmaq lazımdır. Vaksinlərin əks təsirləri olmamalıdır. Xüsusən uşaqlara edilən vaksinlər daha etibarlı olmalıdır. İstəyirik ki, bu ilin sonunadək ən azı 1 vaksin hazır olsun. Lakin hazırda vaksin yoxdur, virusun müalicəsi ilə bağlı da dərman da yoxdur. Ona görə də, məcburən qoruma qaydalarına əməl etməliyik”.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirus infeksiyasına yeni 530 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutka ərzində 3 nəfər COVİD-19-dan vəfat edib.

Biz zəfər marşındayıq – İlham ƏliyevBiz indi torpaqlarımızı azad edirik. Biz bayrağımızı artıq şəhərlərimizi əhatə edən dağlara sancırıq, şəhərlərimizdə mövcud olan binalara sancırıq, biz zəfər marşındayıq. Belə olan halda baza prinsiplərinə sadiqlik göstərmək çox böyük siyasi iradə və məsuliyyət tələb edir. Ona görə biz bu baza prinsiplərinə sadiqik.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev NTV televiziyasına müsahibəsində deyib.

“Siz dediyiniz kimi orada göstərilib ki, 5 rayon birinci mərhələdə, ondan sonra 2 rayon, ondan sonra Dağlıq Qarabağın gələcəyi ilə bağlı söhbət aparılacaq. Azərbaycan köçkünləri Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmalıdırlar, - çünki Şuşanın əhalisinin 98 faizi azərbaycanlılar idi, - Xankəndiyə qayıtmalıdırlar və ondan sonra necə ki, Azərbaycanın başqa yerlərində, Bakıda, başqa şəhərlərdə azərbaycanlı və erməni əhali bir yerdə yaşadıqları kimi orada da bir yerdə yaşayacaqlar. Bizim mövqeyimiz budur. Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, - necə ki, bunu etdilər, - sonra azərbaycanlılara imkan verməmək ki, qayıtsınlar, - orada etnik təmizləmə siyasətinin nəticələrini möhkəmləndirmək, bizim tarixi, dini, mədəni abidələrimizi yerlə-yeksan etmək, azərbaycanlıların mədəni irsini silmək və ondan sonra bu torpaqları erməniləşdirməkdir. Bax, onların yanaşması budur, bizim yanaşmamız isə budur”, - İlham Əliyev bildirib.
Ceyhun Bayramov Məhəmməd Zərifi məlumatlandırdı2020-ci ilin 15 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov bölgədəki son vəziyyət ilə bağlı iranlı həmkarını məlumatlandırıb.

O qeyd edib ki, Moskva görüşündə əldə edilmiş humanitar atəşkəs razılığına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə atəşə tutulması davam etdirilir. Nazir vurğulayıb ki, Gəncəyə edilmiş raket hücumları da daxil olmaqla, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü hücumlar dinc əhali arasında ciddi itkilərə səbəb olmuşdur. Nazir bu gün səhər Azərbaycanın Tərtər bölgəsinin yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu və artilleriya atəşi nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini və 5 nəfərin ağır yaralandığını qeyd edib.

Nazir Ceyhun Bayramov Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayətlərinə görə tam məsuliyyət daşıdığını vurğulayıb.

Nazir Məhəmməd Cavad Zərif bölgədə gərginliyin artması və mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə edib. O, qonşu dövlət İranın bölgədə sülh və sabitliyin təmin olunmasında maraqlı olduğunu və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Nazir İran səfirinin xahişi ilə onunla görüşüb Oktyabrın 15-də Ədliyyə naziri Fikrət Məmmədov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi ilə onun xahişinə əsasən görüşüb.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən Avrasiya.net-ə bildirilib ki, görüşdə Azərbaycan və İran arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin xüsusi rolu, dövlət başçılarının müntəzəm qarşılıqlı səfərləri vurğulanıb, zəngin müqavilə bazasına söykənən əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi sahədə uğurla inkişaf etməsi qeyd olunub.

Ədliyyə naziri işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş hərbi təxribatlar barədə səfirə ətraflı məlumat verib, xüsusilə dinc əhalinin və mülki obyektlərin, insanların sıx yaşadığı şəhər və rayonlarımızın, o cümlədən təmas xəttindən xeyli aralıda yerləşən Gəncə və Mingəçevir kimi böyük şəhərlərimizin qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya atəşinə tutulduğunu vurğulayıb, nəticədə 43 dinc sakinin həlak olduğunu, 214 nəfərin yaralandığını və 1850 mülki obyektin, o cümlədən yaşayış evlərinin və çoxmənzilli binaların yararsız vəziyyətə düşdüyünü diqqətə çatdırıb.

Eyni zamanda, razılaşdırılmış humanitar atəşkəs rejiminə baxmayaraq Ermənistanın törətdiyi müharibə cinayətləri ilə beynəlxalq humanitar hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını kobud surətdə pozduğu vurğulanıb, işğalçı dövlətin hazırkı rəhbərliyinin açıq-aşkar müharibəyə təhrik edən bəyanatlarına beynəlxalq ictimaiyyətin reaksiya verməməsinin təəssüf doğurduğu bildirilib.

Nazir, həmçinin düşmənin Çikaqo Konvensiyasının tələblərini pozaraq humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistana silahların daşınması ilə əlaqədar Azərbaycan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət olunduğu barədə məlumat verib.

Səfir Seyid Abbas Musəvi İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, son hadisələrdə ölkəsinin Azərbaycan dövlətinin və xalqının yanında olduğunu vurğulayıb, işğala son qoyulması ilə bağlı Azərbaycanın haqlı iradəsini qeyd edib, münaqişənin tezliklə danışıqlar yolu ilə həll ediləcəyinə ümidvar olduğunu söyləyib. O, həmçinin Gəncədə baş vermiş son təxribatlar barədə məlumatlı olduğunu bildirib, mülki əhalinin atəşə tutulmasının müharibə cinayəti olduğunu qeyd edib və dinc insanların həlak olmasından təəssüfləndiyini söyləyib.

Qonaq Ermənistana silah-sursatın tranzitinin qarşısının alınması üzrə qətiyyətli tədbirlərin görüldüyünü vurğulayıb. Azərbaycan Ədliyyə nazirinin Ermənistanın hərbi təxribatları ilə bağlı rəsmi müraciətinin iranlı həmkarına təqdim olunduğunu bildirib və onun salamlarını çatdırıb.

F.Məmmədov İranın ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib, S.A.Musəviyə uğurlu fəaliyyət arzulayıb, İranın Ədliyyə nazirinə salamlarını çatdırmağı xahiş edib.

Söhbət zamanı iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığın perspektivlərinə toxunulub, hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
DTX-dan erməni terroru barədə XƏBƏRDARLIQ"Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər".

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir. Hal-hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edir:

"Vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 4059999 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələri xahiş olunur.

Eyni zamanda son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və diplomatik heyəti, diaspora təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.
Azərbaycan dünyaya öz ləyaqətini bir daha göstərdi - ƏzizovYüz ildən də çox dövrü əhatə edən Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt torpaqların geri qaytarılması ilə nəticələnməyib.

Avrasiya.net xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mətbuata açıqlamasında bildirib.

Ən yeni dövrümüzdə müstəqil Azərbaycanın 20 % torpaqları işğal olunub. Məhz bu gün ilk dəfə olaraq cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz torpaqlarının əhəmiyyətli hissəsini geri qaytarıb və bu proses davam edir. Bu, bizi öz gözümüzdə ucaldan tarixi nailiyyətdir. Tarixdə şəxsiyyət faktoru bir daha öz təsdiqini tapır. Prezident ən qısa müddətdə nümunəvi ordu yaratdı, istedadlı siyasətçi, sərkərdə və yüksək diplomatik keyfiyyətlərini nümayiş etdirərək bu uğurlara imza atdı. Bununla da Azərbaycan dünyaya öz ləyaqətini bir daha göstərdi. Çox sağ olun, cənab Prezident!”, - E.Əzizov deyib.
Strateji yüksəkliklər bizim nəzarətimizdədir - PrezidentBizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə də döyüş meydanında əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV kanalına müsahibəsində deyib.

“Həm şimal, həm cənub, həm şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir”, - Prezident vurğulayıb.
Düşmənin daha bir idmançısı Qarabağda məhv edildiAzərbaycan Ordusuna qarşı döyüşlərə qatılmış daha bir erməni idmançısı məhv edilib.

Avrasiya.net Azvision.az-a istinadən xəbər verir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.

Gümrüdən olan atlet Eduard Maranjyan bir müddət əvvəl döyüşlərə qatılmaq üçün Qarabağa yollanıb. O, ordumuzun uğurlu əməliyyatları nəticəsində oldürülüb.

Ermənistanın kişilərdən ibarət ağır atletika komandasının məşqçisi Vigen Xaçatryan hadisə ilə bağlı deyib:

“Eduard Maranjyan 69 kq çəki dərəcəsində Ermənistan çempionatının qalibi olub. O, Gümrü idman məktəbinin tələbəsi idi və hər şey onun üçün yeni başlayırdı. Eduardın ailəsinə və yaxınlarına başsağlığı verirəm”.

Xatırladaq ki, bundan əvvəl ağırlıqqaldırma üzrə Ermənistanı çempionu olan Tatul Harutyunyan da Qarabağda məhv edilmişdi.
“Ermənilərin Azərbaycana zülmünə susmayacağıq” - Ərdoğan"Ermənilər Azərbaycana zülm edir. Onlar bizim qardaşımız. Müşahidə edək?"

Avrasiya.net xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-2021-ci Ali Akademik Təhsil İlinin açılış mərasimində bildirib.

Ərdoğan zülmə dözməyəcəklərini vurğulayaraq deyib: “Liviyada zülm var. Suriyada 910 km sərhədimiz boyu təhdid var. Nə edək? Səssiz qalaq? Somalidə zülm var. Müşahidə edək? Biz bunu edə bilmərik. Zülmə dözməyib, məzluma yardm etmək tarix boyu əcdadımızdan bizə qalan mirasdır”.