Sizin Reklam Burada

Nikol Gəncə terrorunu törədənə general rütbəsi verir

Nikol Gəncə terrorunu törədənə general rütbəsi verirErmənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Onik Qasparyana general-polkovnik rütbəsi verilib.

Axar.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ermənistan Baş naziri Nikol Paşinyan paylaşıb.

Bundan başqa Ermənistanın 2-ci korpusunun komandiri polkovnik Araik Arutyunyan və 4-cü korpusun komandiri polkovnik Artak Budaqyana da general rütbələrinin veriləcəyi bildirilib.

Qeyd edək ki, Qasparyan Ermənistanın Qarabağdakı bütün əməliyyatlarını planlaşdıran şəxsdir.

Arutyunyan isə Ermənistan ordusunun Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonlarıyla sərhəddəki 2-ci korpusuna nəzarət edir. Məhz onun komandanlığında korpusun bölmələri Azərbaycanın müxtəlif şəhərlərinə Ermənistanın Vardenis şəhərindən raket zərbələri endirib, eləcə də Gəncə terrorunu törədib.

Budaqyan Ermənistanın Naxçıvanla sərhəddəki qoşunlarına rəhbərlik edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər