Sizin Reklam Burada

"Müharibə veteranlarına diqqət və qayğı Prezidentimiz tərəfindən layiqincə davam etdirilir"

"Müharibə veteranlarına diqqət və qayğı Prezidentimiz tərəfindən layiqincə davam etdirilir"Dəyərli veteranlar!
Əziz xalqımız!
Bildiyimiz kimi, 9 may - faşizm üzərində Qələbə günüdür.

Hər il qeyd etdiyimiz bu qələbə yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladlarının faşızm ideyasına qarşı canlarını sipər edərək, qurban verməsi hesabına qazanılıb. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Ümumilikdə 600 azərbaycanlımız İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş, təxminən yarısı döyüşlərdə həlak olmuş, 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilmış, 130 nəfər həmyerlimiz isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Eyni zamanda xalqımızın arxa cəbhədə də misilsiz xidmətləri olmuş, sovet ordusunun müharibə ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışaraq qələbənin əldə olunmasına xüsusi tövhəsi ilə seçilmişdir.
Bu Böyük Qələbəyə insan amili ilə yanaşı təbii resurslarımızın da böyük qatqısı olub. Demək olar ki, Bakı nefti müharibənin taleyini həll edən mühüm amil olmuşdur.

Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Azərbaycan övladlarının həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdikləri qəhrəmanlıqları, tarixi şücaətləri, heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında xüsusi yeri olacaqdır. Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədəki nitqində bu barədə demişdi: "Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi..."

Təəssüf ki, müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyü tərəfindən Ermənistanın Azərbaycana hərbi təcavüzünün daha geniş miqyas aldığı bir vaxtda, müharibə veteranlarının döyüş təcrübəsindən və xüsusən, mənəvi yardımından istifadə etmək əvəzinə xalqımızın Böyük Vətən müharibəsində yazdığı qəhrəmanlıq salnaməsini silməyə, üzərinə kölgə salmağa cəhd göstərilirdi. Belə etinasız yanaşma müharibənin çətin sınaqlarına mərdliklə sinə gərən, od-alovdan çıxan fədakar insanların ahıl yaşlarında mənəvi sarsıntısına gətirib çıxarmışdı.

9 Mayın Azərbaycan xalqının bayramı olmaması ilə bağlı aparılan təbliğat, böyük qəhrəmanlığın üstündən xətt çəkmək niyyəti nəinki, veteranlarda, eyni zamanda bütün cəmiyyətdə narazılıqla qarşılanırdı.
1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev
9 May - Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibəti birdəfəlik aradan qaldırıldı. 9 May - Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə başladı.

Müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması sayəsində müharibə veteranlarına mənzil, avtomobil verilməsi sosial siyasətin əsas istiqamətlərindən birinə çevrildi.
Ulu Öndər bu mövzu ilə bağlı çıxışlarının birində təəccübünü ifadə edərək belə deyirdi: "Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən, 1991, 1992, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən araşdırmağa başladım ki, bəs, bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də ordan-burdan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı, bundan da böyük cinayət ola bilməz".

Bu gündə müharibə veteranlarına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə günündə görkəmli sərkərdə, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.

Hələ 2005-ci ildə Heydər Əliyev Fondunda keçirilən Böyük Vətən müharibəsində Qələbənin 60 illik yubileyinə həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev demişdi: "İstəyirəm biləsiniz ki, mən veteranlara bundan sonra da böyük qayğı ilə yanaşacağam. Sizin böyük xidmətləriniz olubdur, böyük yol keçmisiniz. Azərbaycan üçün, dövlətimizin inkişafı üçün böyük töhfələr vermisiniz. Hər bir vətəndaş, hər bir insan, xüsusilə, vəzifəli şəxs sizə böyük diqqət və qayğı göstərməlidir. Mən tabeliyimdə olan bütün məmurlara da tapşırmışam ki, sizin problemlərinizlə məşğul olsunlar, lazımi işləri görsünlər ki, siz rahat yaşayasınız. Sizin buna haqqınız çatır. Siz Azərbaycan xalqının rifahı naminə fədakarcasına çalışmısınız".
Düzdür, 30 ilə yaxın idi ki, biz bu qələbəni 8 may “ Şuşamızın işğalı” ilə əlaqədar olaraq tam coşqu ilə keçirə bilmirdik. Amma Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün edərək, faşist ideyaların daşıyıcısı Ermənistan ordusunu darmadağın edərək hərbi kaputilyasiyasına nail oldu. Bəşəriyyətə haqqın, ədalətin bərpası üçün, böyük dövlətlərin yanlış siyasətinə dur deyə biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi.

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün xalqımız üçün Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.
Bu tarixi qələbəmizdə sizin keçdiyiniz şərəflı yolun da öz payı vardı. Azərbaycan xalqı yolu daima xatırlayacaq və tarixinin qızıl səhifələrində əks etdirəcəkdir.

Sadiq Qurbanov
Millət vəkili

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər