Sizin Reklam Burada

Milli Teleradio Şurasının üzvü koronavirusdan öldü

Milli Teleradio Şurasının üzvü koronavirusdan öldüMilli Televiziya və Radio Şurasının (MTRŞ) əməkdaşı vəfat edib.

Bu barədə Avrasiya.net-ə MTRŞ-dan məlumat verilib.

Məlumatda bildirilir ki, qurumun üzvü Elyazov Mübariz Elyaz oğlu COVİD-19 koronavirus infeksiyasından 20 gündən çöx müalicə olunduğu xəstəxanada vəfat edib.

Mübariz Elyazov 1967-ildə Qərbi Azərbaycanın (hazırki Ermənistan Respublikası) Vardenis rayonunda anadan olub. 1988-1993-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Rusiya Federasiyasının Çita vilayətinin Ədliyyə idarəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Çita vilayət prokurorluğunda prokuror köməkçisi və müstəntiq vəzifələrində işləyib. 1999-cu ildən etibarən «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin hüquqşünası olub və Asiya Universitetinin Jurnalistika fakültəsində «Jurnalistika və hüquq» tədris proqramı üzrə seminarlar aparıb.

2003-ci ildə Prezidentin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. O, 2005, 2011, 2017-ci illərdə yenidən Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

Evlidir, iki övladı var.

Allah rəhmət eləsin...

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər