Sizin Reklam Burada

15 may dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur

15 may dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunurBMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən başlanaraq, hər il 15 may dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub.

Beynəlxalq Ailə gününün xüsusi bir gün kimi qeyd olunmasında əsas məqsəd insanların diqqətini bir daha ailə məsələlərinə yönəltməkdir. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməli hesab olunub. Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır.

Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı, sözün əsl mənasında Azərbaycan ailəsinin qayğıkeşi, himayədarı idi. Bu münasibət indi də Ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev və Vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən həssaslıqla davam etdirilir. Bu gün də Azərbaycan ailəsi cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsini, gənc ailələrə qayğını əsas tutur. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.

Biz də “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi olaraq cənab Prezidentimizin ailə dəyərlərinin, milli dəyərlərimizin qorunub saxlanılması istiqamətində gördüyü işlərə dəstək olaraq ulularımızdandan gələn ənənələri, tərbiyə üsulunu ğzündə əks etdirən, müasir ədəb qaydaları ilə qovuşaraq yeni dünyagörüşlü, kamil, yüksək səviyyəsi ilə seçilən ailələrin formalaşmasında əlimizdən gələni edirik.
Arzu edirik ki, ailələr dağılmasın, əsl xoşbəxtliyə, əbədiliyə qovuşan ailələrimizin sayı çox olsun.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər