Sizin Reklam Burada

Sadiq Qurbanov Əjdər İsmayılovun QMİ və Dini komitəyə etdiyi müraciəti yüksək qiymətləndirib

Sadiq Qurbanov Əjdər İsmayılovun QMİ və Dini komitəyə etdiyi müraciəti yüksək qiymətləndiribMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov sosial səhifəsində professor Əjdər İsmayılovun Şeyxülislama və Dini komitənin sədri Mübariz Qurbanlıya etdiyi müraciətlə bağlı fikirlərini ictimailəşdirib:

- Dəyərli dostlar, əziz müsəlman bacı-qardaşlarımız!

Bu günlərdə məşhur “91-lər” dən Turan Araşdırma Mərkəzi ictimai təşkilatın sədri hörmətli professor Əjdər İsmayılovun Qafqaz Müsəlmanları İdarəsinin sədri hörmətli Şeyxülislam Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Mübariz Qurbanlıya ünvanladığı müraciətini oxudum.

Gözlərimin önündə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və imansız bir imperiyanın məhv edilməsi uğrunda can vermiş ilk qurbanlarımız olan 20 yanvar şəhidləri canlandı.

Həmin günlərdə təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanlarının, milyonlarla vətəndaşın yeganə ümid yeri – Qafqaz Müsəlmanları İdarəsi olduğunu yaşxı xatırlayıram. Yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasimini təşkil edən hörmətli Allahşükür Paşazadə oldu. Başda şeyximiz olmaqla yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili, din xadimlərimizin nümayiş etdirdiyi mərdlik və fədakarlıq xalqımızın yaddaşından hələ də silinməyib.

Bü günlərdə hər birimizə bəllidir ki, dünyada tüğyan edən koronovirus pandemiyasına qarşı mübarizə aparılır.
Cənab prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı məlum Fərmanı həmrəyliyə çağırış kimi qəbul edərək dəyərli ziyalımız, professor Əjdər İsmayılovun Qafqaz Müsəlmanları İdarəsinin sədri, hörmətli Şeyxülislam Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Mübariz Qurbanlıya ünvanladığı müraciətini yüksək qiymətləndirir və öz təşəkkürümü bildirirəm.

Eyni zaman da, bu müraciətə hörmətli Mübariz Qurbanlının məlum cavabını da çox yüksək dəyərləndirirəm. İnanıram ki, hər zaman olduğu kimi bu gündə ölkəmizdə başda Qafqaz Müsəlmanları İdarəsi olmaqla bütün müsəlmanlar və digər inanc sahibləri bu ağır zamanda Tanrının izni ilə dövlətimizin yanında olacaq, insanlarımızın bu bəladan xilas olmasına oz layiqli töfhələrini verəcəklər. Həzrət Əli buyurmuşdur: ”Vətəni sevmək imandandır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər