Sizin Reklam Burada

"Mübarizəsiz həyat insanı məhvə doğru aparır"

"Mübarizəsiz həyat insanı məhvə doğru aparır"Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Cəmiyyət içərisində, işdə, ailədə, bir sozlə hər yerdə, hər zaman insana inam lazımdır. O yerdə ki, inam var, insan bütün arzularına çatacaq, xoşbəxt olacaq. İnamsız isə xoşbəxtliyə, səadətə çatmaq mümkün deyildir. İnamın yolu isə mübarizədən keçir, mübarizəsiz həyat insanı məhvə doğru aparır.

Xoşbəxtlik nisbi anlayış olsa da ona çatmaq üçün mübarizə aparmaq yaranışın mahiyyətidir. Bütün canlı və cansız cisimlər yaranan gündən mübarizə meydanına düşürlər. Butün canlı və cansız cisimlərin hamısında xaricdən və daxildən onlara edilən müxtəlif birgə təsirlərə qarşı müqavimət göstərmək üçün müəyyən miqdarda enerji vardır.

Şüurlu məxluqlardan başqa, yerdə qalan bütün varlıqlarda bu enerjinin müqavimət gücü xarici təsirlərə qarşı demək olar ki,sabit qalır və cismin müqavimət göstərmək üçün enerjisi qalmayanda o, parçalanıb dağılır. Hətta üca dağlar belə təpəyə çevrilə bilir. Lakin şüurlu insan təbiətlə mübarizədə inam və iradəsinin onun dözümünü artırdığı üçün qalib gələ bilir.

Misal üşün, sizə Daniel Defonun 1719-cu ildə yazdığı "Robinzon Kruzonun həyatı" romanını xatırladım. Bir adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi ilə 28 il yaşayır və sonda xilas olur.

Bu gündə insanlıq təbiət qarşısında sınağa çəkilir. İnanıram ki, biz ali yaradılmış olaraq hər zaman olduğu kimi bu mübarizədən də üzü ağ çıxacağıq.Bunun üçün fərd olaraq,ailə olaraq,cəmiyyət olaraq COVİD-19-a qarşı əzimlə mübarizə apararaq,qələbəmizə inanmalıyiq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər