Bakıda fənn olimpiadasında nəzarətçi rüsvayçılığı
Dərc olunub:
25-02-2020, 13:29
Təhsil Nazirliyinin Bakıda məktəblilər arasında təşkil etdiyi ingilis dili olimpiadasında biabırçı olay yaşanıb.
Axar.az xəbər verir ki, 229 saylı məktəbdə keçirilən olimpiadaya təyin edilmiş nəzarətçilərdən biri yalnız rus dilində danışdığı üçün məktəblilərlə dialoq qura bilməyib.
Bu olimpiadaya qatılan Azərbaycan bölməsinin şagirdləri nəzarətçiyə sual verdikdə, o, azərbaycanca bilmədiyini deyib və rusca danışmağı tələb edib.
Məktəblilərlə nəzarətçi arasında dialoq qurmaq üçün şagirdlərdən biri tərcüməçilik edib.
Azərbaycanda dərs deyən müəllimin dövlət dilini ümumiyyətlə bilməməsi isə narazılıq yaradıb.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlanıb.