Sizin Reklam Burada

Rektor ictimaiyyətə müraciət etdi

Rektor ictimaiyyətə müraciət etdi

ADAU-nun rektoru İbrahim Cəfərov tələbələrə, təhsil ekspertlərinə, valideynlərə və KİV-nə müraciət etdi.

Əziz dostlar, tələbələr, hörmətli valideynlər, KİV nümayəndələri, sabah Azərbaycan Dövlət Aqrar Universitetində 2019-2020- ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayır, sessiya ilə əlaqədar universitetdə hazırlıq işləri lazımi səviyyədə aparılmış, müvafiq əmrlər verilmiş, ictimai nəzarət şurası yaradılmış və tərkibə KİV nümayəndələri ilə yanaşı ölkənin tanınmış təhsil ekspertləri daxil edilmiş, valideynlərin bütün proses boyu imtahanları izləmələri üçün şərait yaradılmışdır. İmtahanlar Boloniya təhsil prosesinin tələblərinə uyğun olaraq şifahi, yazılı və test üsulları ilə aparılacaqdır. Xüsusi çəki baxımından şifahi imtahanlara daha çox üstünlük verilmiş və tələbələr sessiyanın başlanmasına bir ay qalmış məlumatlandırılmışdır. Qeyd edim ki, bütün şifahi imtahanların gedişi əvvəldən sona qədər kompyuterə yazılacaqdır, bu həm müəllimin, həm də imtahan verənin məsuliyyətini yüksəltmək üçündür, istənilən şikayət dərhal lentə baxmaqla appelyasiya komissiyası tərəfindən araşdırılacaqdır.

Test imtahanları üçün 2 böyük auditoriya ayrılmış, 150 kompyuterlə təchiz edilmiş, proqram təminatı işlənmişdir. Bir sözlə, universitet bu məsuliyyətli prosesi uğurla aparmaq üçün bütün tədbirləri görmüşdür. Əlbəttə, ictimai nəzarətə də ehtiyacımız var, buna görə də bütün valideynləri, KİV nümayəndələrini, böyük şirkətlərin rəhbərlərini və əməkdaşlarını, DAİM sədrlərini, prosesə maraq göstərən bütün digər tərəfləri imtahan prosesini izləməyə dəvət edirəm. Bu bizim üçün böyük şərəf olmaqla yanaşı, Sizlərin də bu reallıqları görməsinə bir vasitə olacaq.

Tələbələrimə müraciət edərək, onları əmin olmağa çağırıram ki, dövlət, kənd təsərrüfatı nazirliyi və biz daim Sizlərin yanındayıq, imtahan sessiyasının təhsil qanunlarına uyğun keçirilməsi üçün lazım olan bütün tədbirlər görüləcəkdir. Hər birinizi bağrıma basıram, uğurlar arzulayıram. Yaşasın 100 yaşlı Azərbaycan Dövlət Aqrar Universiteti! 100 yaşlı universitetin imtahanlarında 100 ballar qazanaq!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər