Sizin Reklam Burada

Tanınmış jurnalist ərəb mətbuatında şəhid jurnalistlərimizdən yazdı

Tanınmış jurnalist ərəb mətbuatında şəhid jurnalistlərimizdən yazdı
Jurnalist Pərvanə İbrahimovanın İordaniyanın gündəlik “Əl-Ənbat” qəzeti və saytında “Jurnalistlərin öldürülməsi səssiz qalınması mümkün olmayan cinayətdir” başlıqlı məqaləsi dərc olunub.

Məqalədə bildirilir ki, 4 iyun 2021-ci il tarixində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müəllif qeyd edir ki, Ermənistan 30 illik işğal dövründə və müharibə zamanı Qarabağı total şəkildə minalasa da, bu günə qədər minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırır.
Azərbaycan tərəfinin beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışlar etdiyini xatırladan jurnalist bunun heç bir nəticə vermədiyini vurğulayaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın instaqram hesabında paylaşımına diqqət çəkib: “Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir”.

Jurnalist qeyd edir ki, minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim olunmaması beynəlxalq konvensiyaları heçə saymaqdır. Ermənistan revanşizmdən, terrorizmdən əl çəkməli, Azərbaycanla konstruktiv əməkdaşlığa çalışmalı, beynəlxalq hüquq qarşısında götürdüyü öhdəliklərə əməl etməlidir.
Məqalədə vurgulanır ki, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına rəsmi müraciət ünvanlayıb və Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində bastırdığı minaların xəritə və sxemlərini bugünədək təqdim etməməsini Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı törətmiş olduğu təxribat xarakterli aktların davamı kimi qiymətləndirərək, onlardan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edib.
Baş vermis hadisə ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərini minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirməsinə, bunun beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmasına diqqət yetirilib və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin tvitter hesabındakı paylaşımında yazdığı “AzTV və AZƏRTACın jurnalistləri Ermənistanın qoşunlarını Kəlbəcərdən çıxararkən qəsdən qoyduğu minanın qurbanına çevrildi. Beynəlxalq qurumları həmrəyliyə və bu hadisəni pisləməyə çağırırıq”, fikirlərinə yer ayrılıb.

Jurnalist məqaləni belə bitirir: “İnanırıq ki, azərbaycanlı jurnalistlərin qəsdən, mənfurcasına qətlə yetirilməsindən sonra beynəlxalq media qurumları, ərəb ölkələrinin, islam aləminin və bütünlüklə dünya kütləvi informasiya vasitələri nümayəndələri ermənilərin törətdikləri cinayətlərə, peşə fəaliyyəti ilə məşğul olan azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olmasına səssiz qalmayacaqlar”.

Qeyd edək ki, ilk olaraq İordaniyanın gündəlik “Əl-Ənbat” qəzeti və saytında işıq üzü görən məqalə İraqın “Agnaden” və “Sindibad” xəbər agentliklərində, Əlcəzairin "Əl-Hərir" portalında da yayımlanıb.

Adıçəkilən xəbər resurslarının əsas başlığında yer alan məqalə böyük marağa səbəb olub və ərəbdilli jurnalistlər, o cümlədən məşhur iordaniyalı jurnalist, akademik Mərvan Sudah məqaləni sosial şəbəkə hesablarında paylaşıblar.

Yazılara bu linkdən daxil olmaq mümkündür:
https://alanbatnews.net/article/331364
https://www.agnaden.net/?p=3470

https://alharir.info/%d9%82%d8%aa%d9%84-%d8%a7%d9%84%d8%b5%d8%ad%d9%81%d9%8a%d9%8a%d9%86-%d8%ac%d8%b1%d9%8a%d9%85%d8%a9-%d9%84%d8%a7-%d9%8a%d9%85%d9%83%d9%86-%d8%a7%d9%84%d8%b3%d9%83%d9%88%d8%aa-%d8%b9%d9%84%d9%8a%d9%87/

https://sindibadnews.com/2021/06/07/%d9%82%d8%aa%d9%84-%d8%a7%d9%84%d8%b5%d8%ad%d9%81%d9%8a%d9%8a%d9%86-%d8%ac%d8%b1%d9%8a%d9%85%d8%a9-%d9%84%d8%a7-%d9%8a%d9%85%d9%83%d9%86-%d8%a7%d9%84%d8%b3%d9%83%d9%88%d8%aa-%d8%b9%d9%84%d9%8a%d9%87/

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər