Sizin Reklam Burada

“İran yaxşı qonşu və dost ölkədir” - Ceyhun Bayramov

“İran yaxşı qonşu və dost ölkədir” - Ceyhun BayramovAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı İran Prezidenti Həsən Ruhani ilə görüşündə bildirib.

“İranı yaxşı qonşu və dost ölkə bilirik. Azərbaycan Prezidenti və rəsmilərinin iradəsi İranla hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir”, - deyə C. Bayramov qeyd edib.

Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından və İranla 132 kilometrlik müştərək sərhədin bərpasından danışan C. Bayramov deyib ki, Azərbaycan və İran sərhədi dostluq və inkişaf sərhədidir: “İnanırıq ki, bu sərhədlərin yenidən bərpası iki ölkə üçün yeni əməkdaşlıq layihələri baxımından zəmin yaradacaq”.

Azərbaycanla İran arasında əlaqələrin inkişafı və dərinləşməsinin zəruriliyini vurğulayan C. Bayramov müxtəlif siyasi və iqtisadi sahələrdə əməkdaşlığın davam etdirilməsi, o cümlədən Rəşt-Astara dəmir yolu layihəsinin icrasının iki ölkə arasında iqtisadi və ticari əlaqələri daha da genişləndirəcəyini qeyd edib.

Azərbaycan XİN başçısı iranlı alim Möhsin Fəxrizadənin qətlini də pisləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər