Sizin Reklam Burada

Moskva Ankaranı meydanda tək buraxdı - Politoloq

Moskva Ankaranı meydanda tək buraxdı - PolitoloqSuriyada Türkiyə Rusiya ortaq strateji əməkdaşlığı taktiki idi. İki ölkə arasında Astana və Soçi razılaşması Moskva tərəfindən pozulmuş oldu. Rusiya ABŞ -Türkiyə əlaqələrinin pozulması üçün kifayət qədər bu günə kimi çalışdı. Sonunda meydanda Ankaranı tək buraxaraq Suriyadan çıxarmaq planını reallaşdırmaq üçün xeyli işlər gördü. Və İdlibdə bunu reallaşdırmağa çalışır.

Bunu Avrasiya.net-ə politoloq Məhəmməd əsədullazadə bildirib.

O, qeyd edib ki, ABŞ və və İsrail yalnız Əsədə zərbələr endirməklə Türkiyəni bu meydanda tək buraxmayacaq. Artıq, Türkiyə əvvəlki siyasətinə qaytımaq kursunu götürərək ənənəvi müttəfiqlərinə geri dönəcək.

Tarix boyu Rusiya-Türkiyə strateji ortaqlaqlığı mümkün olmayıb və baş verənlər bunun bariz nümunəsidir. Çünki, Rusiya Türkiyəni öz imperiya maraqlarına və geosiyasətinə təhdid görür. İki ölkə Qaradənizdə, Cənubi Qafqazda və Yaxın və Orta Şərqdə rəqibdirlər.

Ankara Rusiya ilə iqtisadi və enerji əlaqələrini zəiflədəcək və Moskvadan asılılığı qaldırmağa çalışacaq.

Bu müddət ərzində prezident R.T.Ərdoğan kifayət qədər Türkiyəni Rusiyaya yaxınlaşırdı. Amma, Rusiya Türkiyənin Liviyada və Suriyada heç bir maraqlarını və təhlükəsizliyini nəzərə almadı. Ankara baş verənlərdən nəticə çıxaracaq. Rusiyanın bu siyasətini Suriyada cavabsız qoymayacaq.

Rusiya çalışır ki, İdlibdə M4 və M5 strateji marşutu ələ keçirsin və İdlibdən Türkiyəni çıxarsın. Tərəflər arasında diplomatik danışıqlar nəticəsiz bitir. Dünən Ankarada Rusiya heyəti ilə danışıqlar baş tutmadı və ardınca Rusiya Əsədin əli ilə Türkiyə hərbiçilərinə geniş hücum etdi. Həmçinin Putin çalışır ki, Ərdoğanla görüşnədək bu magistral yollara nəzarəti ələ alsın və İdlibdə güclü mövqeyə sahiblənsin. Nəticədə masada Türkiyəni güzəştlərə məcbur etsin:

"Ümumiyyətlə, Əsəd Rusiyanın icazəsi olmadan belə bir hücuma risk etməzdi və İŞİD tərəfindən darmadağın edilən ordusunda bu kimi silahlar və güclü heyəti yoxdur.

Rusiya düşünür ki, Türkiyə bu hücumlar qarşısında Ankara geri çəkiləcək. Amma, Türkiyə daha da irəli gedəcək. Suriyada yeni mərhələ başlayır və Rusiya-Türkiyə ortaq kordunasiyası sona etdi. Yerini ABŞ və Türkiyə əməkdaşlığına verdi. Suriyada İsrail, ABŞ və Türkiyə ortaq əməliyyatlar keçirib, Rusiyaya ciddi problemlər yaradacaqlar.

Göründüyü kimi Rusiya Türkiyə əməkdaşlığı mövsümüdür və tərəflərin birgə maraqları tarix boyu davamlı şəkildə ortaq olmayıb.

Liviyada, Qaradənizdə və Suriyada Rusiya Türkiyə əməkdaşlığı mümkün deyil. Və Ankara öz müttəfiqlərinin dəstəyini almayınca Rusiya Ankaranın üzərinə yeriyəcək".

Regionda vəziyyət mürəkkəbləşir. Proses Əsədin devrilməsi ilə bitə bilər. Artıq Əsədə qarşı terrorçu qruplar deyil, böyük dövlətlərin orduları hücuma keçə bilər. Rusiya Əsədə görə ABŞ, Türkiyə və İsrailə qarşı gələ bilməyəcək.

Rusiya və İran min kilometrlərlə məsafədən gəlib Suriyada nə gəzirsə, Türkiyə öz mənəvi sərhədləri daxilində öz təhlükəsizliyini qoruyur və Suriyada kənar güc deyil.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər