Burada Sizin reklam ola bilər!

Gecə boyu Tbilisidə aksiya davam edib

Gecə boyu Tbilisidə aksiya davam edibDaxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə parlament binası qarşısında keçirilən aksiyaya müdaxilə edərək, dağıdıb. 

Gürcüstan mətbuatı xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi texnika Azadlıq meydanından, parlamentdən bir qədər aralıda, eləcə də 9 Aprel küçəsindən etirazçılara doğru hərəkət edib.

Nümayişçilər geri çəkilmək məcburiyyətində qalıb. Eyni zamanda, Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricidən istifadə edərək aksiya iştirakçılarından dağılmağı tələb edib, əks halda onlara qarşı bütün qanuni vasitələrdən istifadə edəcəkləri ilə hədələyiblər. Parlament binasından ən az 300 metrə geriyə toplanan etirazçılar barikadalar quraraq polisə dirənc nümayiş etdiriblər. Polis güc tətbiq etdikcə etirazçılar geri çəkilib.

Aksiya boyunca hüquq-mühafizə orqanları əməkdaşları su şırnağı və xüsusi vasitələrdən istifadə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər