Sizin Reklam Burada

ABŞ generalı: "Rusiya vətənimizə başlıca hərbi təhlükə mənbəyidir"

ABŞ generalı: "Rusiya vətənimizə başlıca hərbi təhlükə mənbəyidir"“Rusiya vətənimiz üçün başlıca hərbi təhlükə mənbəyidir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Şimal komandanlığının başçısı, ABŞ-Kanada Aerokosmik Müdafiə Birliyinin rəhbəri general Qlen Vanhörk “Air Force Magazine” jurnalına müsahibəsində deyib.

“Bu gün vətənimiz üçün başlıca təhlükə mənbəyi Çin deyil, Rusiyadır. Kinetik baxımından sualtı qayıqlar, bombardmançılar, qanadlı raketlər və başqaları Rusiyanın əsas hərbi təhlükə vasitələridir”, - general vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Argumentı i Faktı" qəzetinə müsahibəsində ABŞ-ın geosiyasi təcrübələri zəncirvari şəkildə Qərb bloku da daxil olmaqla böyük bölgələrdə sabitliyin pozulmasına səbəb olub. Onun fikrincə, ABŞ və müttəfiqləri suveren dövlətlərin iqtisadiyyatının dağılmasına, millətlərarası və siyasi problemlərin kəskinləşməsinə, terror, ekstremist və digər təhdidlərin güclənməsinə görə məsuliyyət daşımalıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər