Sizin Reklam Burada

Ermənistanda hərbi qiyam? Ordu Nikolun istefasını tələb etdi

Ermənistanda hərbi qiyam? Ordu Nikolun istefasını tələb etdiErmənistan ordusunun Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Axar.az xəbər verir ki, bu barədə “Sрutnik Ermənistan” məlumat yayıb.

Bəyanatı Baş Qərargahın rəisi Onik Qasparyan, onun bütün müavinləri, idarə rəisləri, o cümlədən iri hərbi birliklərin komandirləri imzalayıb.

Bəyanatda qeyd edilir ki, Baş Qərargah əsassız və hədəfi olmayan qərarlara, o cümlədən Baş Qərargah rəisinin müavininin işdən azad edilməsinə etiraz edir.

Hərbçilər bildirib ki, Tiran Xaçatryanın vəzifədən azad edilməsi milli və dövlət maraqlarına görə deyil, sırf şəxsi ambisiyalarla əlaqədardır.

“Bu qərar antidövlət və məsuliyyətsiz addımdır”, - bəyanatda bildirilib.

Bəyanat müəllifləri baş nazirin və hökumətin mövcud krizis vəziyyətində adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını elan edib:

“Silahlı Qüvvələr uzun müddət hazırkı hakimiyyətin orduya qarşı fəaliyyətinə dözümlü yanaşdı, ancaq hər şeyin həddi var. SQ öz borcunu ləyaqətlə yerinə yetirib, xalqla birgə düşmənlə üzbəüz vuruşub. Hazırkı hakimiyyətin effektsiz idarəetməsi və xarici siyasətdə uğursuzluğu ölkəni məhvə aparır”.

Bəyanatı ordunun 40-dan çox yüksək çinli zabiti imzalayıb.

Qeyd edək ki, Nikol Paşinyanın müharibə vaxtı "İsgəndər"lərdən atılan raketlərin 90 faizinin partlamadığını bildirməsi rezonansa səbəb olub. Baş Qərargah rəisinin müavini Xaçatryan isə Paşinyanın bu sözlərini qeyri-ciddi adlandırmışdı.

Xaçatryanın bu cür cavabından qəzəblənən N.Paşinyan ötən gün onu vəzifəsindən azad etmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər