Sizin Reklam Burada

Moskvada xəstəxanalar doldu: Təcili yardım maşınları saatlarla növbə gözləyir - FOTO

Moskvada xəstəxanalar doldu: Təcili yardım maşınları saatlarla növbə gözləyir - FOTO
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya paytaxtında artıq xəstəxanalar koronavirusa yoluxan xəstələri qəbul edə bilmir.

Bu gün sosial şəbəkə istifadəçilərinin yaydığı fotolardan görünür ki, Moskva vilayətindəki bir neçə xəstəxana yaxınlığında onlarla təcili yardım maşını gətirdikləri xəstənin qəbulu üçün növbə gözləyir.

Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, təcili yardım avtomobillərinin növbəsi daha çox Moskva yaxınlığındakı 3, 52, 68 və 119 saylı xəstəxanaların qarşısında müşahidə edilib.

Rusiyanın rəsmi mənbələri təcili yardım avtomobillərinin tıxacının şəhərdəki çətin epidemioloji vəziyyətlə bağlı olduğunu "RİA Novosti"yə təsdiqləyiblər.

Qeyd edək ki, Rusiyada koronavirus virusuna yoluxanların ümumi sayı 13 584 nəfərə çatıb. Onlardan 8552 nəfəri Moskvada yaşayır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər