Nəriman ABŞ klubunda 1 milyon dollar maaş alacaq

Nəriman ABŞ klubunda 1 milyon dollar maaş alacaq"Qarabağ"ın hücumçusu Nəriman Axundzadənin ABŞ-ın MLS liqasında çıxış edən "Kolumbus Kryu"ya transferi rəsmiləşib. Ohayo təmsilçisi 22 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Nəriman ilk mövsümdə 1 milyon dollar maaş alacaq. Növbəti mövsümlərdə isə bu rəqəm bir qədər də artacaq.

Müqayisə üçün deyək ki, bu, onun "Qarabağ"da aldığı əməkhaqqıdan kifayət qədər çoxdur. Nərimanın burada aylıq 12 min manat maaş alırdı.

Məşhur "Transfermarkt" saytı ABŞ klubunun Axundzadəyə görə "Qarabağ"a 2,5 milyon avro ödədiyini açıqlayıb. Digər məlumata görə isə "Kolumbus Kryu" “Qarabağ”a 1,25 milyon avro – 2.5 milyon manat ödəyib.

Qeyd edək ki, Nəriman Axundzadə ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. O, beynəlxalq transfer sertifikatı və viza aldıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq (Sportinfo).

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər