"Sabah azarkeşləri sevindirmək istəyirik"

Sabah böyük komandaya qarşı oynayacağıq.

Avrasiya.net xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda İngiltərənin “Çelsi” klubu ilə keçiriləcək IV tur matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.

O, bu cür komanda ilə qarşılaşmağın Azərbaycan futboluna böyük fayda verəcəyini bildirib: “Sabah yaxşı oyun göstərmək, azarkeşləri sevindirmək istəyirik. “Çelsi”nin Bakıya səfəri futbolumuzun inkişafı üçün önəmlidir”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər