Sizin Reklam Burada

Estoniya Prezidenti Pekin Qış Olimpiya Oyunlarına qatılmaqdan imtina edib

Estoniya Prezidenti Pekin Qış Olimpiya Oyunlarına qatılmaqdan imtina edibEstoniya Prezidenti Alar Karis gələn ilin fevralında Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına getməkdən imtina edib.

“Report”un xəbərinə görə, bu barədə yerli ERR portalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, dövlət başçısı bu qərarı siyasi səbəblərlə əlaqədar qəbul edib.

Alar Karis özü də “Kanal2” televiziyasına müsahibəsində bildirib ki, siyasi səbəblərdən Çində keçiriləcək Qış Olimpiya Oyunlarına getməyi planlaşdırmır.

Telekanalın məlumatına görə, Estoniya lideri bu qərarın qonşu ölkələrin liderləri ilə birlikdə qəbul edildiyini vurğulayıb.

Estoniya hökumətinin sözçüsü isə portala bildirib ki, ölkə rəhbərliyindən kiminsə Pekində keçiriləcək Olimpiya Oyunlarına gedəcəyi ilə bağlı məsələ hələ Nazirlər Kabinetində müzakirə olunmayıb. Oxşar bəyanat respublikanın Xarici İşlər Nazirliyi tərəfindən də verilib.

Eyni zamanda, Estoniya Mədəniyyət Nazirliyinin mətbuat xidməti oyunlara dəvət aldıqlarını təsdiqləsə də, nazir Tiyt Terik və vitse-kansler Tarvi Pyurnun Çinə səfərlə bağlı hələ qərar vermədiyini bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər