Daha bir qadın özünü binadan atdı - FOTO
Dərc olunub:
22-02-2021, 19:08
Bu gün Bakı şəhərində daha bir qadın özünü binadan ataraq intihar edib.
Avrasiya.net xəbər verir ki, hadisə saat 16:30 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində əlillər binası adlanan binada baş verib. Orta yaşlı qadın özünü binadan atıb və yerindəcə keçinib.
Faktla bağlı araşdırmalara başlanılıb, əraziyə polis və prokurorluq əməkdaşları gəlib.