Azərbaycanlı aktyorun evində partlayış - Vəziyyəti ağırdır
Dərc olunub:
22-02-2021, 13:35
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman xəstəxanaya yerləşdirilib.
Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, aktyorun yaşadığı mənzildə partlayış olub.
Aldığımız məlumata görə, Cavid Telmanın vəziyyəti ağırdır. O, 5 saylı Şəhər Klinik Xəstəxanasnın yanıq şöbəsində müalicə alır.