Şuşada hərbçilər qəzaya düşdü: 1-i öldü, 2-si yaralandı
Dərc olunub:
14-01-2021, 12:12
qŞuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.
Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Həsən Hüseyn oğlu Yaqubov həlak olub, iki hərbçi isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.