Sizin Reklam Burada

Sərxoş sürücü avtomobili ağaca çırpdı: 3 ölü, 2 yaralı

Sərxoş sürücü avtomobili ağaca çırpdı: 3 ölü, 2 yaralıAğdaş rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu “VAZ 2106” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çinar ağacına çırpılıb. Qəza zamanı avtomobildə olan 3 sərnişin - Kotanarx kənd sakinləri, 1994-cü il təvəllüdlü Əliyarov Nəsir Ənvər oğlu, 1998-ci il təvəllüdlü Əliyarov Nəsib Mahmud oğlu və 1998-ci il təvəllüdlü Qəribov Şəmistan Bəhlul oğlu hadisə yerində dünyasını dəyişib. Sərxoş olan sürücü, Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu və həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayılov Səlim Şavəddin oğlu ağır bədən xəsarətləri aldığı üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər