Cəlilabadda 60 yaşlı kişi yaşadığı evdə intihar etdi
Dərc olunub:
2-08-2020, 11:01
Cəlilabadda intihar hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, 1960-cı il təvəllüdlü şəhər sakini Bəşirov Ehtiram Tahir oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.