Qahirə Universitetində Azərbaycan dili dərsləri davam edir

Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisi yeni semestrdə də davam etdirilir.

Qeyd edək ki, ana dilimiz 10 ildir bu təhsil ocağında tədris olunur. Azərbaycan dilini tələbələrə Misirdə Azərbaycan diasporu və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov tədris edir.

Həmçinin gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir.

S.Nəsirov dilimizi öyrənməyə böyük maraq göstərən gənclər üçün yaxın günlərdə Qahirədəki diaspor mərkəzində əlavə kursların təşkil ediləcəyini bildirib. O əlavə edib ki, indiyədək 1700 çox tələbəyə Azərbaycan dili öyrədilib. Onların arasında Azərbaycan dili və ədəbiyyatı üzrə təhsilini magistraturada davam etdirənlər də var.

Qeyd edək ki, diaspor mərkəzində Misirin müxtəlif universitetlərində təhsil alan tələbələr Azərbaycan dili dərslərində iştirak edirlər. Onların arasında məqalələri Azərbaycan dilindən ərəb dilinə tərcümə etmək səviyyəsində olanlar da var. Eyni zamanda, hazırda diaspor mərkəzində dünyanın 59 ölkəsindən 650-dən çox tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər