"Qarabağ"da şəhidlərimiz anılıb - Fotolar

"Qarabağ"da şəhidlərimiz anılıb - FotolarNiderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlılarının Konqresi, şəhidlərimizin anım gününə həsr edilmiş mərasim keçirmişdir.

Mərasim, Rotterdam şəhərində yerləşən “Qarabağ” idman klubunun ofisində baş tutmuşdur.

Mərasim, öz işini şəhidlərin ruhunun bir dəqiqəlik sükutu edilməsi ilə başladı.


Sonra, Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

44 günlük müharibəyə həsr edilən filmin nümayişindən sonra, iştirakçıların çıxışları səsləndi.

Hər bir iştirakçını qəhərləndirən şəhidlərimizin şücaəti anıldı, ruhlarına dualar oxundu.

Məclisə, bu ölkədə yaşayan Azərbaycan və türk icma və dərnəklərinin nümayəndələri qatılmışdılar.

Azərbaycan Niderland “Odlar Yurdu” Cəmiyuətinin üzvləri, Hollanda Batı Trakya Türk Kültür ve Dayanışma derneğinin başkanı İbrahim Paşalı və üzvləri, Hollanda Azərbaycan Türk Kültür dərnəyinin nümayəndələri və digərləri qatılmışdılar.



Çixişlardan sonra iştirakçılar ehsan süfrəsinə dəvət olundular.

Allah bütün şəhidlərimizə rəhmət etsin!
Şəhidlərimizin ruhları şad olsun, məkanları cənnət olsun!
Şəhidlər ölməz,
Vətən bölünməz!