Sizin Reklam Burada

4 ölkə İrandan tələb etdi: Kompensasiya ödə!

4 ölkə İrandan tələb etdi: Kompensasiya ödə!Kanada, İsveç, Ukrayna və Böyük Britaniya sərnişin təyyarəsinin vurulması ilə bağlı İrandan öhdəliklərini yerinə yetirməyi tələb edir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bir sıra tələblər irəli sürdük: təyyarənin vurulmasına səbəb olan halların tam bildirilməsi, açıq şəkildə üzr istənilməsi, təyyarənin geri qaytarılması və s. Həmçinin gələcəkdə analoji halların yaşanmaması üçün zəmanət verilməsini, qurbanların yaxınlarına milliyyətindən asılı olmaraq kompensasiya ödənilməsini istədik", - XİN-dən verilən açıqlamada bildirilib.

Qeyd edək ki, Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus Boinq 737-800 təyyarəsi 8 yanvar 2020-ci il tarixində Tehran hava limanından qalxdıqdan bir müddət sonra vurulub. Nəticədə təyyarədə olan İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları - ümumilikdə 176 nəfər ölüb.

İran hərbçiləri Ukraynaya məxsus “Boinq”in təsadüfən vurulduğunu açıqlayıb.

axar.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər