Sizin Reklam Burada

Yeni Zelandiyanın Baş nazirini kafeyə buraxmadılar

Yeni Zelandiyanın Baş nazirini kafeyə buraxmadılarYeni Zelandiyanın Baş naziri Casindu Ardern və həyat yoldaşı Klark Qeyford koronavirus epidemiyası ilə əlaqədar tətbiq olunan yeni qaydalar səbəbindən kafeyə buraxılmayıblar.

Bu barədə “New Zealand Herald” xəbər yayır.

Vellinqton şəhərində “Olive” kafesinin işçiləri cütlüyü qəbuldan imtina ediblər.

Çünki yeni iş cədvəlinə görə, müəssisə artıq mümkün qədər izdihamlı olub.

Hökumət başçısının əri yeri əvvəldən bron etmədiyi üçün özünü günahkar sayıb. Buna baxmayaraq, yer qısa müddətdə boşalıb və bundan sonra cütlüyə kafeyə qayıtmaq təklif edilib.

“Ardern bütün işçilərə yaxşı münasibət bəsləyirdi və adi bir müştəri kimi davranırdı”, - deyə şahidlərdən biri bildirib.

Ölkədə yeni qaydalara əsasən, restorandakı qonaqlar sosial məsafəni qorumalı və barda oturmamalıdırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər