21 fev 18:05aktual

Xocalını 1,5 milyona satan zabit burada yaşayır - Tixanski

Xocalını 1,5 milyona satan zabit burada yaşayır - Tixanski
366-cı motoatıcı alayın Xocalıya hücumda iştirakı haqda həddən artıq əsassız məlumat var. 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin gizir və zabitlərinin milli tərkibə görə aktiv rotasiyası başladılıb. Azərbaycanda yerləşən hərbi hissələrə azərbaycanlı zabit və gizirlər, Ermənistana isə ermənilər köçürülüblər. Faciə başlayana qədər 366-cı alayda 50 erməni əsilli zabit və gizir vardı.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski deyib. Onun sözlərinə görə, konfliktin başlanğıcında heç kim heç nəyə nəzarət və koordinasiya etməyib:

“Ermənilər sadəcə SSRİ-nin süqutundakı qarışıqlıqdan istifadə edib yeni günahkarlar təyin etmək istəyirlər. Alay tam heyətdə olmayıb. Belə ki, 1600 hərbçi yerinə alayda cəmi 630 hərbçi olub. Hələ 1991-ci ildə Ağdam və Xocalını artilleriya atəşinə məruz qoymağa cəhdə görə artilleriya divizionun komandiri həbs edilib. Bu cəhdi o, pul mükafatı aldıqdan sonra özbaşına gerçəkləşdirib. 23-cü diviziyadan ona heç bir tapşırıq verilməyib”.

O, Xocalıya hücumun 366-cı alayın 2-ci taborunun komandiri Seyran Ohanyan tərəfindən təşkil edildiyini deyib.

Tixanov Ohanyanın həmin dövrdə bir neçə tank, artilleriya sistemi və 20 PDM oğurladığını söyləyib:

“1,5 milyon dollar alan 3-cü tabor komandiri hələ də Argentinada yaşayır. O, Ohanyana dəstək verib. Nə 366-cı alayın idarəçiliyi, nə 622-ci kimyəvi hücumdan müdafiə batlayonu, nə də şəxsi heyətin böyük hissəsi burada iştirak edib. Əgər erməni hərbçilər – fərarilər və silah oğruları tərəfindən hərbi cinayətlər olubsa, o zaman bunu bütün hərbi hissəyə şamil etmək olmaz”.

Axar.az 366-cı alayda xidmət edən və Xocalı soyqırımında iştirak edən erməni zabitlərin siyahısını təqdim edir:

- II vzvod komandiri S.İ.Ohanyan;

- I tabor qərargah rəisi mayor V.İ.Çitçiyan;

- Alayın kəşfiyyat rəisi mayor V.Q.Ayriyan;

- Bölük komandiri baş leytenant N.T.Akopyan;

- Batareya komandiri baş leytenant V.A.Azarov.

Bundan başqa soyqırıma aşağı rütbəli daha 41 zabit qatılıb. Soyqırımda həmçinin erməni pilotlar və muzdlular da iştirak ediblər. Bu pilotlar 366-cı alaya daxil olan eskadrilyanın hərbçiləri olublar.

Xocalını bombardman edən vertolyotların və onların şəxsi heyətinin siyahısı:

- Vertolyot N:39, pilot Romb Qalakçiyan – Livan ermənisi, peşəsi – mühəndis;

- Vertolyot N:40, pilot Razdan Minoyan – Suriya ermənisi, mühəndis;

- Vertolyot N:17, pilot Ararat Saracyan – İrəvandan olan hərbçi;

- Vertolyot N:45, pilot Suren Pirimyan – İrəvan milisinin əməkdaşı.
XƏBƏR LENTİ
Dünən, 08:58
SORĞU