Azərbaycan və İran XİN başçıları görüş keçiribAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb.

Avrasiya.net xəbər verir ki, görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub.

Görüşdə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
"ABŞ-ın ən önəmli simalarından birinin Laçın yoluna görə narahatlığı maraq doğurur"ABŞ dövlət katibi Antoni Blinken ötən gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub və onunla Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı söhbət edib. ABŞ-ın ən önəmli simalarından birinin Laçın yoluna görə narahatlığı maraq doğurur. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron da İlham Əliyevə zəng vurub Azərbaycan-Ermənistan münasibətləri barədə, Laçın yolundakı ekoaksiya haqda söhbət etmişdi. Ümumiyyətlə, sözügedən aksiya ilə bağlı bu aralar Azərbaycan Prezidentinə müraciət edən xarici dövlət və hökumət rəsmiləri çox olub.

Maraqlıdır ki, Ermənistan dövləti və Xankəndidəki separatçılar Laçın yolundan qanunsuz olaraq minalar daşıyanda, Qızılbulaq və Dəmirli yataqları barbarcasına istismar ediləndə, ABŞ-ın və digər Qərb ölkələrinin çoxsaylı sanksiyalar tətbiq etdiyi İrandan Xankəndinə qanunsuz yüklər daşınanda Laçın yolunun bağlanmasının vaciblliyi bu gün Azərbaycan Prezidentinə müraciət edən xarici liderlərin və diplomatların heç birinin yadına düşmürdü. Ancaq ermənilər uydurma "blokada" ittihamını ortaya kimi onlar dərhal hərəkətə keçdilər.

Lakin bu zənglər, müraciətlər və yaxud, Avropa Parlamentinin şər, böhtan dolu məlum qətnaməsi Azərbaycanı öz haqlı mövqeyindən daşındıra billməz. Prezident İlham Əliyev də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı tamamilə haqlı olaraq vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir.

Eyni zamanda Ermənistan istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək Xankəndi istiqamətində daşınmasına da dünya birliyi tərəfindən lazımi hüquqi-siyasi qiymət verilməlidir. Qərb ölkələri və Avropa Parlamenti kimi beynəlxalq qurumlar Ermənistandan 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsini tələb etmək əvəzinə, Qarabağda separatçılığı körükləmək yolunu tutmamalıdırlar.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Ukrayna NATO-ya daxil olmalıdır - ConsonUkrayna NATO-ya daxil olmalıdır.

Avrasiya.net xəbər verir ki, bunu Betitaniyanın keçmiş baş naziri Boris Conson deyib.

“Uzun illər vədimizi yerinə yetirə bilməməyimizin və ukraynalıları NATO-nun müdafiəsinə qəbul etməməyimizin nəticəsi nədir? Aydınlıq, sabitlik və uzunmüddətli sülh naminə Ukrayna NATO-ya qoşulmalıdır”, - Conson bildirib.
QHT-in etiraz aksiyayası  yümşaq güc və dünya təcürbəsi konteksindəSəməd Vəkilov: “Azərbaycan QHT-nin başladığı bu aksiyanın nəticəsində Azərbaycan xalqı və dövləti faydalanacaq”.

Qarabağ İqtisadi zonasına daxil olan mineral ehtiyyatlarla zəngin olan ərazilərə-Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasına yönəlik tədbirlərin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan dövlətinin müvafiq qurumlarının sözügedən ərazidə monitorinq aparmasına şərait yaradılması məqsədi ilə 12 dekabr 2022-ci il tarixində Laçın-Xankəndi dəhlizinin Şuşa ərazisində Azərbaycan QHT-nin başladığı aksiya uğurla davam etməkdədir.

Lakin bu aksiyaya kölgə salmaq cəhdləri getdikcə intensivləşməkdə davam edir. Aksiyanın məqsədini daha yaxşı dərk etmək üçün dünyada qəbul edilmiş müqaisəli təhlil metodu konteksində hadislərə qiymət versək daha səmərəli olar. Cənubi Qafqazın ən iri tarnsmilli layihəsi olan Bakı-Tbilisi Ceyhan boru kəmərinin çəkilməsi ilə bağlı Gürcüstan ekoloji fəallarının 2000-ci illərin əvvələrində həyata keçirdiyi etiraz aksiyalarına nəzər salaq.

2003-cü ilin əvvəlində Beynəlxalq Neft Konsorisumunun dəstəklədiyi Bakı-Tbilisi Ceyhan neft kəmərinin tikintisinə başlanmalı idi. 2002-ci ilin noyabr-dekabr aylarında Gürcüstanda ekloji fəallar bu layihənin ekoloji zərələrinə etiraz edərək etiraz aksiyalarına başladılar.

Jurnalist Gennadi Abamroviç həmin vaxtda hazırladığı məqalədə yazır: “Keçən həftə yaşıl qeyri-hökumət təşkilatlarının 11 saatlıq etirazı nəticəsiz qaldı - Azərbaycandan Türkiyəyə neftin Gürcüstan vasitəsilə nəqlini nəzərdə tutan nəhəng neft kəməri layihəsinin arxasında duran beynəlxalq konsorsium 2003-cü ilin əvvəlində işə başlamaq üçün yaşıl işıq yandırdı.

Dekabrın 2-də səhər saatlarında ekspert komissiyasının 35 saat davam edən iclasından sonra Gürcüstanın ətraf mühitin mühafizəsi naziri Nino Çxobadze jurnalistlərə açıqlamasında Bakı-Ceyhan neft kəmərinin tikintisi layihəsinin sponsor qrupunun rəhbəri kimi BP-yə belə icazə verildiyini açıqlayıb”.

Hansı ki, ağır iqtisadi vəziyyətdə olan Gürcüstan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin öz ərazisindən keçməsi ilə ölkənin bir çox iqtisadi və enerji problemlərini həll etməyə planlaşdırırdı.

Ekoloji ekspertlər və bu sahədə fəaliyyət göstərən QHT-lər öz hökümətlərinin bu layihə ilə bağlı siyasətini tənqid edir hökumətlərini neft şirkətlərinin təzyiqlərinə çox asanlıqla boyun əyməkdə ittiham edirdilər. Neft kəmərinin Gürcüstan ərazisindən keçməsi ilə bağlı ekoloji ekspertlərə öz narahatlıqlarını ifadə etmək, etirazlarını çatdırmaq üçün onlara çox az vaxt verilməsini də tənqid edirdilər.

Bu layihə ilə bağlı BP tərəfindən hazırlanmış “Neft kəmərinin ətraf mühitə və sosial mühitə təsiri haqqında” sənəd Gürcüstan hökuməti, investorlar və ətraf mühit mütəxəssisləri arasında fəal danışıqların mövzusu oldu. Gürcüstan ictimaiyyətini həyəcanlandıran əsas problem investorların mineral su mənbələri ilə məşhur olan Borjomi dərəsinin Gürcüstanın əsas ixrac məhsullarından biri olan unikal kurort zonasından neft kəməri çəkmək niyyəti idi.
Nazir bildirib ki, Gürcüstan tərəfi tikintiyə başlamaq icazəsini layihənin ekoloji təhlükəsizliyini təmin etmək üçün 16 vərəq əlavə tələblərlə müşayiət edib və onlardan ən azı birinə əməl olunmazsa, Gürcüstanın sənədi ləğv etmək hüququ var.

Bununla belə, irəli sürülən şərtlərin mahiyyətini daha sonra şərh edən Çxobadze etiraf edib: “Tələblər daha sərt olmalı idi, lakin biz başqa cür layihədən tamamilə imtina etməklə hədələyən investorların təzyiqi altında təslim olduq”.

Bu arada Gürcüstanın qeyri-hökumət təşkilatları mübarizəni davam etdirmək niyyətində olduqlarını bəyan edirlər.

“Yaşıl Alternativ” QHT-nin rəhbəri Manana Kochladze deyib: “Biz gələcəkdə beynəlxalq maliyyə institutları ilə danışıqlarda investorlar üçün çox böyük problemlər yarada bilərik”.

Gürcüstan QHT-in etirazı fonunda ilk baxışda QHT-lə Gürcüstan dövləti arsında fikir ayrılığının mövcud olması kimi görsənir. Lakin Gürcüstan dövləti yumşaq gücdən səmərəli şəkildə istifadə etdi. Nəticədə Gürcüstandakı eko fəalların etiraz aksiyalarında Gürcüstan dövləti yararlandı. Layihə çərçivəsində Gürcüstana ödəniləcək məbləğ bir neçə dəfə artmış oldu. Şübhəsiz ki, Azərbaycan QHT-nin başladığı bu aksiyanın nəticəsində Azərbaycan xalqı və dövləti faydalanacaq.

Müvəkkil Hüquq Mərkəzinin sədri,
Hüquq müdafiəçisi Səməd Vəkilov
Bərdədə qadın doğuşdan sonra öldü, həkim saxlanıldıBərdədə qadının doğuşdan sonra ölməsinə görə həkim barəsində qətimkan tədbiri seçilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bəzi sosial şəbəkə və media səhifələrində Tərtər rayon sakini Sahilə Əsədovanın doğuşdan sonra ölməsinə dair Bərdə Rayon Prokurorluğunda qeyri-obyektiv araşdırma aparılması, zəruri istintaq hərəkətlərinin yerinə yetirilməməsi və digər həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

"Qeyd edilən faktla bağlı Bərdə Rayon Prokurorluğunda 02.08.2022-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanaraq istintaq aparılıb. İbtidai İstintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında xəstəxanada həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzov Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir".

"Baş Prokurorluğun Mətbuat Xidməti sosial şəbəkə və media səhifələrində yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş yalan və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır", - Xidmətdən bildirilib.
Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırıldıAzərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prossesi gedir.

Hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb. Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın imzalanacağı gözlənilir.

Məsələ ilə bağlı Azərbaycan Hava Yolları QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət etdik. Qurumun sözçüsü bu barədə məlumatının olmadığını bildirdi və rəsmi sorğu göndərməyimizi istədi.
Gerasimov bu generalı vəzifəsindən qovduRusiyanın Ukraynadakı əsas əməliyyat komandirlərindən olan general-polkovnik Mixail Teplinski vəzifəsindən qovulub.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

“Teplinski 2022-ci ilin noyabrında rus qoşunlarının Dnepr çayının qərb bölgələrindən nisbətən uğurla çıxarılmasına cavabdeh olan zabit olub və o, Rusiyada bacarıqlı və praqmatik komandir kimi tanınır. Teplinskini çıxarmaqla Baş Qərargah rəisi Valeri Gerasimov bu kampaniyada öz şəxsi nüfuzunu göstərməyə çalışır”, - məlumatda qeyd olunub.
İranda iki polis zabiti qətlə yetirildiYanvarın 24-ü səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Bəmpur bölgəsində Muxtar Mömini və Abuzər Ümidvar adlı iki polis zabiti öldürülüb.

Bu barədə əyalətin Polis İdarəsinin rəisi Məhəmməd Qənbəri açıqlama verib.

O, hücumçuların quldur olduqlarını iddia edib və axtarış əməliyyatlarına başlanıldığını deyib.
Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edir? – FANTASTİK QİYMƏTLƏRTeleviziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Ancaq təəssüf ki, son vaxtlar yerli telekanallarda maarifləndirmə ilə ucuz reklamın sərhədləri qarışıb.

Avrasiya.net Medicina.az -a istinadən xəbər verir ki, müəllif proqramlarında əhalini maarifləndirmək adı altında hansısa "ekspert" və "mütəxəssislər" reklam edilir. Manipulyativ xarakterli bu özfəaliyyət tamaşaçıya "tibbi maarifləndirmə proqramı" tipli verilişlərdə daha qabarıq şəkildə diqqəti çəkir.

Əgər əvvəllər telekanallar müxtəlif xəstəliklər, tibbi məsələlər, səhiyyə sahəsində mövcud olan problemlərlə bağlı az-çox sanballı verilişlər hazırlayırdısa, son dövrlər tamamilə başqa tendensiya diqqəti çəkir: hansısa həkimlər canlı yayıma və ya tibbi məzmunlu verilişlərə çağırılır, aparıcı isə qonaqla ciddi mövzuda söhbət etməkdənsə, daha çox onun ünvanına "bəy tərifi" yağdırmaqla məşğul olur. Vəziyyət o həddə çatıb ki, artıq həkimlər ölkənin çox izlənilən tok-şou və populyar şou verilişlərinə belə ayaq açıblar.

Məsələn, teleaparıcılardan Əkbərin, Elgizin, Tarix Əliyev (Tolikin) səhər verilişlərində, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin tok-şoularında həkimlər ekspert kimi saatlarla otururlar. Əsl şou da elə bu dəvətlər dəb halını alandan sonra başlayıb.

Aparıcılar bu verilişlərdə həkimləri "ölkənin nömrə 1 həkimi", "ən yaxşı cərrah", "ən yaxşı travmatoloq", "ən bacarıqlı ginekoloq" və s. kimi təqdim edirlər. Belə proqramlarda peşə etikası, hətta reklam haqqında qanunun tələbləri ciddi şəkildə pozulur, aparıcılar hansısa "mütəxəssis" barədə şəxsi, subyektiv fikirlərini tamaşaçılara həqiqət, real informasiya kimi sırımağa çalışırlar... Sirr deyil ki, bütün bunların arxasında ciddi maliyyə dəstəyi dayanır.

Vəziyyət o həddə çatıb ki, ölkədə həkimlər qeyri-rəsmi olaraq, 2 kateqoriyaya bölünüb: reklamı güclü olanlar, başını aşağı salıb işini görənlər.

Təbii ki, şou və əyləncəli proqramlarda reklam olunan həkimlərin pasiyentlərinin də sayı artır. Qabiliyyəti, savadı üstün olan həkimlər isə bu reklam şoularına qatılmır və daha az pasiyentlə kifayətlənməyə məcbur olurlar. Məsələnin ziyanlı tərəfi həm də ondan ibarətdir ki, teleaparıcıların sayəsində tamaşaçı pulu olan, ancaq yetərincə bacarığı olmayan belə "həkim"lərin toruna düşür. Pasiyentlər kifayət qədər pul sərf etsələr də, həmin həkimlərin apardığı müalicə və əməliyyatlar çox zaman nəinki uğurlu olmur, hətta bir çoxlarına sağlamlıqlarını itirmək bahasına başa gəlir.

Bakupost.az bildirir ki, medicina.az saytı populyar televiziya proqamlarında həkimlərin reklam olunmasının qiymətləri barədə araşdırma aparıb.

Məlum olub ki, telekanalların reklam paketlərindən əlavə teleaparıcılardan Zaur, Xoşqədəm və Elgizin proqramında qonaq kimi iştirak edən həkimlər aparıcıların xüsusi təqdimatı üçün əlavə ödənişlər edirlər.

Belə ki, əgər sponsor paketi 10 min manatdırsa, həkim canlı verilişdə oturmaq və çıxış, xüsusi təriflənmək üçün əlavə 3-5 min manat arası pul ödəyir.

Telekanallarda Xüsusi sponsor qiymətləri aşağıdakı kimidir.

ATV telekanalında Zaur Baxşəliyevin "Bizimləsən" proqramında müvafiq xidmətin qiyməti ƏDV-siz 16-18 min manatdır. Zaur Baxşəliyevin verilişinə şəxsən çıxmaq üçün əlavə ödəniş tələb oluna bilər. Yeri gəlmişkən, aparıcı bu yaxınlarda həyat yoldaşı və özünü "Azərbaycanda ən bahalı reklam edən aparıcısı" elan etmişdi.

ATV-nin "Nanəli" proqramında həkimlərin reklamı ƏDV xaric 9-12 min manata başa gəlir.

ARB kanalında Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində sponsor qiyməti 17-20 min manatdır. Verilişin xüsusi sponsoru olmayan (yəni 17 min manatı ödəməyən) həkimi ayrıca verilişə çıxarıb reklam etmirlər. Xoşqədəm Hidayətqızının həkimi şəxsən təqdimatı üçün nə qədər ödəməli olduğu sirr saxlanılır, bunu yalnız aparıcı özü təyin edir.

"Elgizlə İzlə" verilişində reklam paketi 8-9 min AZN-ə başa gəlir. Həkimin verilişdə qonaq kimi təqdimatı, əyləşməsi, ekspert kimi çıxışı 5-6 min manatdır. Bu məbləği Elgiz özü təyin edir və aparıcının özünə aiddir.

Tarix Əliyevin "Ümid ilə gəl" verilişində sponsor paketləri 5 min manatdan başlayır. O verilişinin sponsor, reklam qiymətlərini şəxsən özü təyin edir.

Sponsor paketində həkim və ya klinikanın reklamı rolik şəklində göstərilir və aparıcı tərəfindən səsləndirilir.

Həkimin birbaşa həmin verilişə qatılması, tanıdılması və aparıcı tərəfindən şəxsən təqdimatı ayrıca hesablanır.

Bir neçə il əvvəl Xoşqədəm Hidayətqızının verilişinə qatılan həkimlərdən biri hər ay üçün əlavə pul ödədiyini bildirib:

“Kanala ayrıca reklam paketi ödənişi etdim. Xoşqədəm xanımın verilişində təqdimatı üçün ayrıca pul verdim. Həmin vaxt xəstə çox oldu, otağımın qarşısı dolu idi. Özəl klinika rəhbərliyi bunu görüb, mənə ayrıca mərtəbə ayırdı, otaqları çoxaltdı. Klinika bizə reklam üçün pul vermir. Həmin il mən telekanallarda müxtəlif proqramlara 35 min pul xərclədim. Bu məbləği ikiqat çıxardım. Amma sonra pandemiya oldu. Daha sonra icbari tibbi sığortaya görə xəstələr mənim etdiyim əməliyyatı sığorta ilə etdirməyə başladılar. Ona görə xəstə sayı çox düşdü. İndi həmin verilişlərdə reklam qiymətləri qalxıb”.

Adı çəkilən verilişlərdə aylarla "ən yaxşılar" kimi təqdim olunan göz həkimi, ginekoloq, cərrah, travmatoloq, pediatr, kök hüceyrə mütəxəssisləri, eləcə də uroloq və böyrək həkimlərinin reklamdan sonra qəbul qiymətlərinin artdığı da bildirilir.

Xüsusən bölgələrdən həmin həkimlərin qəbuluna xəstə axını müşahidə olunur. Xüsusən yaşlı nəslin nümayəndələri yaxınlarından onları Zaur, Xoşqədəm və Elgizin reklam etdiyi həkimə aparmağı tələb edirlər.

Beləcə, aparıcıların reklam etdiyi həkimlər peşəkar həmkarlarını üstələyir, onların kabinetlərinin qarşısında pasiyent növbəsi yaranır. Bəzi həkimlər bir gündə 50 xəstə qəbul edir və təbii ki, gəliri artır. Daha sonra onlar bu gəliri növbəti, daha yüksək məbləğli reklam dövriyyəsinə buraxır.

Bir maraqlı nüansı da qeyd edək ki, tanınmış göz həkimi, professor Rasim Hacıyevlə müsahibə zamanı həmin aparıcılardan birini öz uşağını müalicə üçün onun qəbuluna gətirdiyinin şahidi olduq. Hətta həkimdən yarızarafat, yarıciddi "aparıcı niyə övladını reklam etdiyi "bir nömrəli göz həkimi"nə deyil, sizin yanınıza getirir" sualını verdik. Belə aydın olur ki, teleaparıcılar öz və ailə üzvlərinin sağlamlığını reklam etdikləri və xalqa məsləhət gördükləri həkimlərə etibar etmirlər.

Həkimlərin reklam olunmasının qanunvericiliyə və tibbi etikaya nə qədər uyğun olub-olmadığınına gəlincə, bu barədə elə tanınmış həkimlərin rəyini soruşduq.

Adil Qeybulla professor, tibbi ekspert:

“Azərbaycanda həkimlərin reklam olunma forması dünyada analoqu olmayan biabırçılıqdır. Bu qədər pulu verib efirə çıxırlar, aparıcılar da onları "1 nömrəli həkim", "ən yaxşı həkim" adlandırırlar. Hansısa həkimin bu təqdimata razı olması, onun öz peşəsinə və həmkarlarına qarşı həqarətdir. O aparıcılar pul üçün hər şeyə gedirlər. Onlar üçün "ayıbdır" sözü yoxdur.

TƏBİB, Səhiyyə Nazirliyi, hətta İcbari Tibbi Sığorta, Teleradio Şurası hara baxır? Həkim yalnız və yalnız tibbi profilli mətbuat vasitəsində öz sahəsi üzrə yeni müalicələr barədə informasiya verməlidir. Amma televiziyada “yalnız bu həkimə gedin, başqa yerə getməyin, bu, ən yaxşısıdır” kimi çağırışlar yolverilməzdir. Bu, başqa həkimlərin hüquqlarının tapdanması və icbari tibbi sığorta sisteminə keçən ölkəyə zərbədir. Mən belə şeylərin əleyhinəyəm. Mən özüm reklamdan, televiziyalara pulla çıxmaqdan uzağam. Fərdi, korporativ maraqlara keçmək yolverilnməzdir. Bu, həm mənəvi, həm də hüquqi məsuliyyət yaradır”.

Aydın Əliyev, həkim radioloq, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini:

“Birmənalı olaraq, həkimlərin pul, xüsusən də bu qədər yüksək məbləğ qarşılığında efirdə reklam olunması yanlışdır. Həkimin yüngülvari təqdimatı gedə bilər. Saytlarda, sosial şəbəkəsində özü barədə konkret məlumat, gördüyü işlər və s. barədə məlumatlar yayıla bilər. Xüsusən də yeni başlayan həkimlərin bunu etməsi qismən başadüşüləndir. Yaxşı həkimlərin isə buna heç vaxtı yoxdur. İnsanlar tanımalıdır həkimi. Məşhur verilişlərdə aparıcıların bu məsələni şouya çevirməsi, kimisə "nömrə 1" adlandırması, həkimin də bunun qarşılığında pul ödəməsi biabırçılıqdır. Dünyada "1 nömrəli həkim" anlayışı yoxdur. Aparıcıların ucuz şou xarakterli "Xəstə ölürdü, bir iynə vurdu dirildi, "Filankəsin əlacı tapılmırdı, bu həkim tapdı" kimi fikirləri insanları aldatmağa xidmət edir. Bu, eyni zamanda həkimin savadsızlığından xəbər verir.

Mən 20 ildən yuxarıdır bu sahədəyəm, bu illər ərzində otağını kral otağı kimi bəzəyən, divarına getdiyi bütün kursların sertifikatlarını düzən, bütün günü salonlarda, çəkilişlərdə olan kişili-qadınlı həkimlərin, şan-şöhrəti sevənlərin həmişə savadsız, yarımçıq insanlar olduğunu görmüşəm. Yaxşı həkimlər oxuyur, xəstəylə məşğul olur, onun heç bəzənməyə, reklama, salonlara getməyə vaxtı belə olmur. Həkimin göstərişə ehtiyacı yoxdur. Təəssüf ki, bizdə cəmiyyətdə problem var, insanlar belə şeylərə önəm verir, bahalı həkimə, reklama inanır. İnəyini, qoyununu satıb rayondan həmin həkimin yanına gəlir və möcüzə gözləyir. Pullarını sağa-sola xərclədirlər, amma nə müalicə alır, nə düzəlirlər. Ümumiyyətlə, ucuz, şou xarakterli həkim, səhiyyə reklamlarını ləğv etmək lazımdır. İnsanları aldatmaq cinayətdir. Mən bir həkim kimi heç vaxt belə reklamlara getməmişəm. Heç o verilişlərə də baxmıram. Tibb xidmət sahəsidir, insanların sağlamlığının keşiyində durmalıdır. Milyonçu, məşhur olmaq istəyənlər gedib şou bizneslə məşğul ola bilərlər”.

Fuad İslamzadə, "Tibb" jurnalının baş redaktorunun müavini:

İqtisadi rəqabət və bazar münaibətlərində reklam verən və o reklamı əhali arasında yayan şəxslər ədalətsiz rəqabətə yol verməməli, digər şəxslərin mənafeyinə zərər verəcək addımlar atmamalıdırlar. "Reklam haqqında" qanuna görə, heç bir məhsul və ya xidmət növünü "ən yaxşı", "ölkədə bir nömrə", "ən yüksək keyfiyyətli" kimi sözlərlə təqdim etmək olmaz. Təəssüf ki, ölkəmizdə bu məsələyə kifayət qədər diqqət yetirilmir və biz belə reklamlarla tez-tez rastlaşırıq. Bu cür qüsurlu reklamlar ən çox həkim fəaliyyəti ilə bağlı reklamlarda müşahidə edilir.

Tibbi fəaliyyət 2 cür reklam edilə bilər: 1) tibb mərkəzlərinin fəaliyyət dairəsinin reklam edilməsi ilə. Yəni, tibb müəssisəsində hansı tibbi yardım növlərinin olduğu haqda reklam məlumatı verilir. 2) həkim kütləvi informasiya vasitələrində müəyyən bir tibbi problem haqqında danışır, dinləyənlər də həmin həkimin bu problemlə məşğul olduğunu anlayıb, ona müraciət edirlər.

Azərbaycanda isə özəl telekanallar müxtəlif həkimlərin fərdi reklamlarını verir və ya onları efirə çıxarıb ağızdolusu tərifləyirlər. Çox qəribədir ki, özünü bu cür reklam etdirən həkimlər haqqında tez-tez "ölkənin nömrə bir həkimi", "Azərbaycanın ən yaxşı həkimi", "ölkədə tayı-bərabəri olmayan həkim" kimi ifadələr eşidirik. Belə sözləri güləşçiyə, boksçuya, şahmatçıya aid etmək olar. Televiziya aparıcıları həkimlər arasında çempionat keçiriblər ki, nömrə bir həkimdən danışırlar? Hələ onu da deyim ki, bəzi həkimlərimiz də televiziya efirinə çıxıb, orada özlərini malik olmadıqları titullarla təqdim edirlər. Məsələn, professor, akademik və s. Şübhə etmirəm ki, bizim praktik həkimlər arasında peşəkarlıq baxımından professorlardan yüksəkdə duranlar ola bilər və hətta var. Lakin hər hansı bir adamın özünü xalqa malik olmadığı titullarla tanıtması riyakarlıqdan başqa bir şey deyil. Mənim yaxından tanıdığım, tibb təhsilini bütünlüklə Türkiyədə alan çox qabiliyyətli bir həkim var. Bir dəfə zarafatla ona dedim ki, "nə əcəb, televiziyaya çıxıb uzman olduğunu demirsən?" O mənə cavab verdi ki, özünü uzman kimi təqdim edənlər arasında elələri var, onlara baxıb, uzman olduğunu dilimə gətirməyə utanıram”.
“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin nəticələri açıqlanıb
Yanvarın 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova, “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri, layihə rəhbərləri, media nümayəndələri və blogerlər iştirak ediblər.

Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Agentliyin icraçı direktoru Aygün Əliyeva mətbuat konfransının məqsədi haqqında məlumat verib və bildirib ki, Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamından irəli gələrək ötən il Agentlik “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsini elan edib. Qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatı tərəfindən layihə təqdim olunub, onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib. Qalib gələn layihələrin əsas qayəsində Şuşanın tədqiqinə həsr olunmuş layihələr, eyni zamanda, blogerlərin, müxtəlif beynəlxalq tədbirlərin iştirakçılarının Şuşa şəhərinə səfərlərinin təşkili, orada düşərgələrin keçirilməsi olub. Həmçinin xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş müxtəlif formatlı tədbirlərin, elmi konfransların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əks olunub. Bu gün təşkil edilən mətbuat konfransının əsas məqsədi həmin layihələr çərçivəsində görülən işləri medianın diqqətinə çatdırmaqdır.

Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova deyib: “Şuşa İli”nə həsr olunmuş layihələrin miqyası sosial media seqmenti üzrə də monitorinq edilmiş və layihələr barədə məlumatlar, paylaşımlar, Qarabağ - Şuşa məkanının sosial medianın müxtəlif platformalarda dünya trendinə çıxdığı xüsusi proqramlar vasitəsilə təsdiqlənib. Layihələrin nəticələri müsbət qiymətləndirilib.

Daha sonra “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələri haqqında film təqdim olunub.

Təqdimatdan sonra “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri, layihə rəhbərləri icra olunmuş layihələrlə bağlı jurnalistlərin suallarını cavablandırıblar.

Suallardan sonra Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova layihə qaliblərinin Qarabağ Dirçəliş Fonduna ianə etmələrini müsbət hal kimi qiymətləndirərək bildirib ki, bu təşəbbüsün dəstəklənməsi, həyata keçirilməsi doğma Qarabağımızın yenidən bərpasına xidmət edəcək. "İnanıram ki, vətəndaş cəmiyyətinin nümayəndələri bu prosesdə yaxından iştirak etməklə Qarabağımızın bərpası prosesinə öz töhfələrini verəcək", - deyə Pərvin Məmmədova vurğulayıb.

Daha sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinə Qarabağ Dirçəliş Fondu tərəfindən ianə sertifikatı təqdim olunub.

Mətbuat konfransına şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” kompozisiyası ilə yekun vurulub.