Prezidentdən siyasi partiyalarla bağlı qadağaAzərbaycanda siyasi partiyaların fəaliyyətinin qadağan olunduğu hallar müəyyən edilir.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Yeni qanuna əsasən, siyasi partiyaların aşağıdakı məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir:

- Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi;

- terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği;

- irqi, dini və ya etnik düşmənçiliyin salınması.

- Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir.

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır.

- Siyasi partiyaların fəaliyyəti onların üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələ bilməz.

- Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.

- Siyasi partiyanın qərargahı Azərbaycan Respublikasında yerləşməlidir. Siyasi partiya fəaliyyətini Azərbaycan Respublikasının bütün ərazisində həyata keçirə bilər.

- Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ yoxdur.

- Siyasi partiyalar öz hüquqlarından sui-istifadə etməməlidirlər.

- Siyasi partiyaya üzv olmaq kişi və qadınlar üçün eyni şərtlərlə mümkün olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.

- Siyasi partiyanın nizamnaməsi həmin partiyanın fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.

- Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə (siyasi partiya tərəfindən məcburi dövlət ödənişlərinin, cərimələrin, mövcud mülki-hüquqi və əmək müqavilələri üzrə ödənişlərin, fəaliyyəti nəticəsində dəymiş ziyanın ödənilməsi, həmçinin bu Qanunun 8.2-ci maddəsində və 8.7-ci maddəsinin birinci cümləsində müəyyən edilmiş hərəkətlər istisna olmaqla) və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsi, o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak qadağandır. Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsi, o cümlədən qərarların qəbul edilməsi və ya sənədlərin imzalanması qadağandır.
“Sığınacaqda məskunlaşmış uşaqlar üçün art terapiya” seanslarının təşkili layihəsi başa çatıbAzərbaycan Menecment və İnvestisiya Korporasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Mübariz Quliyevin verdiyi məlumata görə, şirkət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Sosial Dəstək Mərkəzi” publik hüquqi şəxsinin elan etdiyi tender layihəsini uğurla yekunlaşdırıb.

“Sığınacaqda məskunlaşmış uşaqlar üçün art terapiya” seanslarının təşkili layihəsi üzrə 3 yaş qrupları üzrə (3-6, 7-10 və 11-16 yaş qrupları) art terapiya təlimlərinin keçirilib.

Qeyd edək ki, layihə 3 yaş qrupu üzrə aşağıdakı mövzuları əhatə edib:

1) 3-6 yaş qrupu üzrə
• Hazır modellə kiçik motorikanın təyini və davamlı fəaliyyətə cəlb etmə;
• Sərbəst fiqurlarin çəkilməsi ilə kiçik motorikanın təyini;
• Sərbəst çəkmək və oyuna qoşulma;
• Hazır modellə kiçik motorikanın təyini, davamlı fəaliyyətə cəlb etmə və biliklərin yoxlanılması;
• Yarım çəkilmış obrazların tamamlanması və oyuna qoşulma;
• Peşələrlə tanışlıq, hekayə qurma;
• Boş üzlərin mimikalarla ifadə olunması və şəkli tamamlama.
2) 7-10 yaş qrupu üzrə
• Yeni həyata uyğunlaşma bacarıqlarının təhlili;
• Özünəmünasibət, şəxsiyyətin identikliyinin təhlili;
• Ailədaxili münasibətlərin obrazlara köçürülmə yolu ilə ifadə olunması;
• Daxili mənin tamlığının, daxili konfliktlərin təyini;
• Motiv və stimulun təyini;
• Psixososial inkişafın təyini;
• Ailə üzvləri, yaxın insanlara münasibət tərzinin təhlili;
• Özünüifadə, emosionallığın,koqnitiv bazanın təyini.
3) 11-16 yaş qrupu üzrə
• Fərdi Xarakterin xüsusiyyətlərinin aşkarlanması;
• Özünəmünasibət, şəxsiyyətin idendikliyinin təhlili;
• Məqsədlilik və həyata yanaşma;
• Motiv və stimulun təyini;
• Sosial mənşəli travmanın aşkarlanması, psixososial inkişafın təyini;
• Özünəmünasibət və özünəinam;
• Daxili mənin tamlığı,daxili konfliktlərin təyini;
• Ailə üzvləri yaxın insanlara münasibət tərzinin təyini kimi mövzuları əhatə edib.

Prezident elan etdi: İcra hakimiyyətləri ləğv olunur!Bir müddətdir ki, Azərbaycanda yeni idarəetmə modelinə keçiləcəyi və rayon icra hakimiyyətlərinin ləğv ediləcəyi barədə səslənən ehtimallar və proqnozları Prezident İlham Əliyev təsdiqləyib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ötən gün yerli televiziyalara müsahibəsində deyib.

Prezident bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq, o cümlədən idarəetmə mexanizmi:

“İndi biz yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni, bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik”.

İşğaldan azad edilmiş torpaqlarda Prezidentin xüsusi nümayəndələri fəaliyyət göstərir. Belə ki, Prezidentin Qarabağ (Şuşa istisna olmaqla) və Şərqi Zəngəzura aid rayonlarda xüsusi nümayəndələri var. Bu praktika daha sonra Naxçıvan Muxtar Respublikasına tətbiq edildi və ilk dəfə olaraq Naxçıvana Prezidentin xüsusi nümayəndəsi təyin edildi.

Beləliklə, Azərbaycanın idarəetmə modelində tədrici dəyişiklik gedəcəyi və rayon icra hakimiyyəti institutunun iqtisadi rayonlar üzrə Prezidentin xüsusi nümayəndəlik institutuna transfer olunacağı gözlənilir.

Azərbaycanda 14 iqtisadi rayonun olduğunu nəzərə alsaq, onda onlarla rayonun idarəetməsinin 14 iqtisadi rayonda birləşdirilməsi və beləliklə, iderəetmə strukturunun çevikləşməsi gündəmdədir. Bu struktur inzibati aparatın ixtisarı ilə bürokratiyanın aradan qaldırılmasına, eyni zamanda büdcə yükünün azaldılmasına ciddi töhfə verə bilər.

Xatırladaq ki, icra hakimiyyətləri sovet idarəetmə sistemində rayon partiya komitələrinin adı dəyişən şəklidir. MDB ölkələrinin əksəriyyətində bu modeldən imtina edilib, hətta Ermənistan ərazi baxımından Azərbaycandan qat-qat kiçik olmasına baxmayaraq, quberniyalar modelindən istifadə edir.

Prezidentin də qeyd etdiyi kimi, bu modelə keçid tədricən aparılır və Qarabağda sınaqdan keçirilir. Əsas diqqət isə tamamilə yeni modelin tətbiqidir.

Prezidentin anonsundan onu anlamaq mümkündür ki, yeni model MDB ölkələrində tətbiq edilən formalara bənzəməyəcək. Prezident burada da “Azərbaycan modeli” formalaşdırmağı hədəfləyib – eynilə ASAN Xidmət kimi.

Əsas məqamın isə kadrlarla bağlı olmasını Prezidentin bildirməsi xüsusi haldır.

Prezident bu strukturlara korrupsiyadan kənar, yeni təfəkkürlü kadrların gəlməsində maraqlı olduğuna eyham vurdu. Bu isə o deməkdir ki, Prezident yeni modeldə gənclərə üstünlük vermək niyyətindədir.

Sadəcə, gənclərin təcrübəsizliyi faktını da unutmaq olmaz və bəzi rayonlara rəhbər təyin edilən gənclərin təcrübəsizlikdən doğan yanlışlıqları, hətta töhmət almaları faktı da məlumdur. Demək, təcrübə ilə yeni təfəkkür birləşdirilməlidir.

Bu isə kifayət qədər zaman alır.

Ümumdünya Hind Dili Günü qeyd edilibHindistanın Bakıdakı Səfirliyi 10 yanvar 2023-cü il tarixində Ümumdünya Hind Dili Gününü qeyd edib.

Tədbirdə hind dilinin həvəskarları, bu dili öyrənən tələbələr və onu tədris edən müəllimlər, Azərbaycan universitetlərinin nümayəndələri, Hindistan tarixi və mədəniyyətini sevənlər, Hindistan diasporunun üzvləri və Azərbaycanda təhsil alan hindistanlı tələbələr, eləcə də Azərbaycanın tanınmış mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.

Tədbirdə salamlama nitqi ilə çıxış edən Hindistanın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar bildirib ki, “Vişva Hindi Divas” adı ilə tanınan Ümumdünya Hind Dili Günü 1949-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında hind dilindən ilk dəfə istifadə olunması münasibətilə hər il yanvarın 10-da qeyd olunur. O xatırladıb ki, ilk Ümumdünya Hind Dili Konfransı 1975-ci il yanvarın 10-da açıq elan edilib. Mavriki, Böyük Britaniya, Trinidad və Tobaqo və Amerika Birləşmiş Ştatları kimi müxtəlif ölkələr 1975-ci ildən Ümumdünya Hind Dili Konfransına ev sahibliyi ediblər. 12-ci Ümumdünya Hind Dili Konfransı 2023-cü ilin fevralında Ficidə təşkil olunacaq.

Ümumdünya Hind Dili Günü (“Vişva Hindi Divas”) ilk dəfə 10 yanvar 2006-cı ildə qeyd olunub. Hindistan Xarici İşlər Nazirliyi o vaxtdan bəri hər il hind dili haqqında məlumatlılığı artırmaq və onu qlobal dil kimi təbliğ etmək üçün tədbirlər təşkil etməklə bu günü qeyd edir. Müvəqqəti işlər vəkili bildirib ki, “Vişva Hindi Divas” hind dilinin dünyanın ən qədim dillərindən biri olduğunu xatırlatmaqda mühüm rol oynayır.

Tədbir zamanı cənab Kumar Hindistanın Baş nazirinin “Vişva Hindi Divas” günü ilə bağlı məktubunu oxuyub. O əlavə edib ki, Hindistan dünyanın ən müxtəlif mədəniyyətlərindən birinə sahibdir və burada müxtəlif dinlərə, adət-ənənələrə və dillərə malik insanlar birlik içində yaşamağa meyllidirlər. Vinay Kumar qeyd edib ki, hind dili dünyada dördüncü ən çox danışılan dildir, belə ki, bu dildə 26 milyondan çox insan danışır.

Tədbirdə hindistanlı və azərbaycanlı iştirakçılar hind dili barədə çıxışlar ediblər, eləcə də hind dilində şeirlər söyləyiblər. Həmçinin hind musiqisinin müşayiəti ilə hind mahnıları və rəqsləri ifa olunub.

Daha sonra cənab Kumar rəqs və mahnı ifaları, eləcə də hind dilində çıxışlara və şeirlərin oxunmasına görə təşəkkürnamələri müvafiq iştirakçılara təqdim edib, eləcə də “Təmiz Hindistan Kampaniyası 2023” münasibətilə keçirilmiş hind dilində inşa və rəsm müsabiqələrinin qaliblərini sertifikatlarla mükafatlandırıb.

Tədbirin qonaqları həmçinin tədbirin keçirildiyi məkanın foyesində Səfirlik tərəfindən təşkil olunmuş müxtəlif darı məmulatlarının, o cümlədən darıdan hazırlanmış yeməyə hazır və bişirməyə hazır məhsulların nümayiş etdirildiyi kiçik sərgiyə baxmaq imkanı əldə ediblər. Onlara həmçinin Hindistan hökumətinin təklifi ilə BMT tərəfindən elan edilmiş Beynəlxalq Darı İli haqqında məlumat verilib və müxtəlif darıların faydaları haqqında məlumatların yer aldığı vərəqələr təqdim olunub.




Molla rejimi azərbaycanlılardan çəkinir – Qaradağlıİran Avropa Birliyi və BMT-nin edamlarla bağlı etiazlarına heç bir məhəl qoymur və öz yöntəmini tutaraq gedir. Bu isə rejimi dünyadan təcrid halına salıb.

Bu sözləri Axar.az-a siyasi fəal Eldar Qaradağlı İrandakı mövcud vəziyyətdən danışarkən deyib.

O bildirib ki, etirazların qismən səngiməsi inqilabın olmayacağı anlamına gəlməməlidir:

“Bu rejimin altında sanki vulkan yatıb və hər an püskürə bilər. İran bu gün dünyanın ən geridə qalan və ideoloji siyasət yürüdən ölkəsi halındadır. Etirazlar qismən səngiyib, amma bu o demək deyil ki, orada inqilab olmayacaq. Rejim öz ömrünü uzada bilməyəcək. Ailələrdə qorxu yaratmağa çalışır. Bu edamların heç biri ədalətli deyil. Formal olaraq məhkəmələr keçirir, bütün dünyanın etirazına baxmayaraq, edamları davam etdirir. Hökumət bütün sahələrdə çökmüş durumdadır. Bir dollar 42-43 min tüməndir. Yoxsulluq yüksək həddə çatıb. İndiyə kimi bu ölkənin müxalifəti yoxdur. Xalq özü ayağa qalxıb və rejimin qarşısına çıxıb. Etnik millətlər ən kiçik haqdan belə məhrumdur. Digər xalqlara nisbətən orada yaşayan azərbaycanlılardan çəkinirlər. Onları meydanlarda açıq şəkildə edam etmirlər. Farslarla azərbaycanlıları bağlayan bircə əlaqə var - o da şiə məzhəbindən olması. Amma rejim Güneyin müstəqil olması ilə bağlı etirazların gücləndiyini görərsə, heç nəyə baxmayaraq, bu edamları da artıracaq”, - Eldar Qaradağlı bildirib.
2023-cü ili hərbi proqnozu: İran-İsrail savaşı olacaq?Vaşinqton bu il ərzində Rusiya ilə savaşı davam etdirən Ukraynaya maliyyə və hərbi dəstəyini bir neçə dəfə artıracaq. Vaşintonda beynəlxalq aləmdə başqa problemlərin yaranacağı barədə də müxtəlif proqnozlar səslənir və yazılır.

Avrasiya.net xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

O, ABŞ-ın məşhur “Hill” nəşrinin 2023-cü ildə Amerika ilə Rusiya və Çin arasındakı münasibətlərdə gərginliyin bir neçə dəfə artacağı, hətta toqquşma həddinə yaxınlaşacağını proqnozlaşdırdığını yazıb:

“Məqalənin müəllifi Pol Starsın fikrincə, ABŞ bu il Rusiya və Çinlə hərbi qarşıdurma həddinə çata bilər. Onun sözlərinə görə, vəziyyət Amerikanın həm Rusiya, həm də Çinlə toqquşma səviyyəsinə qədər gərginləşə bilər.

Pol Starsın analizində ABŞ-ın il ərzində üzləşə biləcəyi 5 təhlükə bu şəkildə sıralanıb:

1. Koreya yarımadasında vəziyyət gərgiləşəcək;

2. İsraillə İran arasında toqquşma ehtimalı artacaq;

3. Hindistanla Pakistan arasında müharibə başlaya bilər;

4. Çinlə Hindistan arasındakı sərhəddə yeni gərginlik olacaq;

5. Tayvan adası ətrafında gərginlik növbəti mərhələyə daxil olacaq.

Analitik həmçinin, məqalədə nüvə silahının yayılmasının və iqlim dəyişikliyinin də Amerika üçün ciddi təhdid olduğu yazıb.

“Deyli Meyl” nəşrində yayımlanan digər məqalədə Amerikada 2023-cü ildə inflyasiyanın və artan qiymətlərin də Vaşinqtona ciddi problemlər yaradacağı bildirilib. Keçirilən sorğular da göstərir ki, 10 amerikalıdan 8-i 2023-cü ildə qiymət artımı, büdcə kəsiri və vergi artımı ilə üzləşəcəyini proqnozlaşdırıb. Bundan başqa pandemiya yenidən qayıdıb, Çində və Amerikada yeni virus növləri aşkarlanıb. 2023-cü ildə buna görə də mübarizə aparılmalıdır.

Beləliklə, 2023-cü ilin Amerika üçün ağır olacağı barədə proqnozların sayı artıb. Ancaq sadalanan problemlər yalnız Amerika üçün deyil, müxtəlif müharibə ehtimalları bölgə ölkələri üçün də ciddi təhdiddir. Misal üçün İranın nüvə silahı əldə etməsi və ya İsraillə toqquşma ehtimalı Avrasiya bölgəsini qarışdıracaq. Və ya iki nüvə dövləti olan Hindistanla Pakistan arasındakı qarşıdurma yalnız Amerikanın problemi olmayacaq”.
ABŞ körfəzdə İrana məxsus silahları ələ keçirdiOman körfəzində İran tərəfindən Yəmən husilərinə göndərilən 2100 ədəd avtomat silahın olduğu gəmi ələ keçirilib.

Bunu Yaxın Şərq sularında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının sözçüsü Timoti Hokins deyib.

O bildirib ki, silahlar “Kalaşnikov” avtomatlarına bənzəyir və ayrı-ayrılıqda yaşıl brezentlərə bükülü olub:

“Keçmişdə bölgə sularında ələ keçirilən oxşar avtomatlar İran tərəfindən Yəməndə husi üsyançılarına göndərilən silahların oxşarıdır və bu, Tehranın husilərə davamlı silah yardımının bir hissəsidir”.
"Ələkrəm Hümbətov kimi satqının miskin aqibəti sevinc osmanqızılara görk olmalıdır"Xaricdə ləyaqətlə yaşamaq və azərbaycanlı adını göz bəbəyi kimi qorumaq zənnimcə, həddindən artıq məsuliyyətli işdir. Lakin əfsuslar olsun ki, bu məsuliyyətin yükünü daşımaq heç də hər bir soydaşımıza müyəssər olmur. Bəzi soydaşlarımız yerləşdikləri ölkələrin xüsusi xidmət orqanlarının və ya xaricdəki erməni lobbilərinin “tələ”sinə düşür, onların maraqlarına xidmət etməyə başlayırlar. Sevinc Osmanqızı adlı yutuber də həmin dırnaqarası “azərbaycanlı”lardan biridir. Onun srağa gün növbəti dəfə Youtube kanalında səsləndirdiyi sərsəm fikirlər, qarayaxmalar, təhriflər də bu fikrimizi təsdiqləyir.

S.Osmanqızının xüsusi əhəmiyyəti hesab edərək toxunduğu məsələlər Laçın yolunda davam edən ekoloji aksiya, 12-13 sentyabr döyüşlərinin nəticələri, BMT Təhlükəsizlik Şurasında baş tutmuş anti-Azərbaycan xarakterli dinləmələr, Zəngəzur dəhlizi, Qərbi Azərbaycana Qayıdış kimi bir sıra aktual məsələləri əhatə edirdi. Görünən budur ki, bu məsələlərin hər biri S.Osmanqızını çox ciddi surətdə narahat edir. Ancaq bu narahatlıq bir gerçək azərbaycanlının, bir həqiqi vətənpərvərin, bir Vətən təəssübkeşinin keçirdiyi narahatlıqlar sırasından deyil. Sevinc Osmanqızı bu məsələləri Azərbaycanın haqlı mövqeyini müdafiə etmək üçün gündəmə gətirmədi. O, sadəcə, Azərbaycana qarşı sifariş yerinə yetirirdi.

Bəli, onun səsləndirdiyi qərəzli fikirlər açıq-aydın sifariş xarakterli idi. Laçın yolundakı ekoaksiya, 12-13 sentyabr sərhəd döyüşləri, BMT Təhlükəsizlik Şurasında Fransa və Ermənistan “cütlüyü”nün Azərbaycana qarşı qətnamə qəbul etdirmək cəhdləri, Laçın dəhlizindən fərqli olaraq Zəngəzur dəhlizinin indiyə qədər açılmamasının səbəbləri, Qərbi Azərbaycana Qayıdışın dövlət başçısı səviyyəsində anonsunun verilməsi ilə bağlı Sevinc Osmanqızının səsləndirdiyi rabitəsiz, məntiqsiz, ehtimallardan və əsassız iddialardan ibarət fikirləri Azərbaycana qarşı kin, nifrət püskürən erməni blogerlərinin, yutuberlərinin, ekspertlərinin düşmən mövqeyindən heçnə ilə fərqlənmirdi.

Bu qadın xaricdəki “söyüş blogerləri”ndən fərqli olaraq öz verilişini analitik təhlil, ekspert müzakirələri formatında qursa da, lakin onun özünün siyasi savadsızlığı, geosiyasi proseslərdən baş çıxarmaması srağa gün canlı yayımda səsləndirdiyi fikirlərin “həftəbecər”dən başqa bir şey olmadığını ortaya qoydu. Onun Sentyabr döyüşləri, Zəngəzur dəhlizi və Qərbi Azərbaycana qayıdışla bağlı çılğın və nifrət dolu fikirləri məndə dərin təəssüf hissi doğurdu. Onun “məntiq”indən belə çıxdı ki, 12-13 sentyabrda Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan sərhədində bəzi strateji yüksəkliklərə nəzarət etmək imkanını qazanması Ermənistana qarşı “təcavüzkarlıq”dır.

Bu qadın həmçinin 10 noyabr üçtərəfli Bəyanatında Laçın dəhlizinin adının qeyd olunmasını, Zəngəzur dəhlizinin isə adının çəkilməməsini bizim “məğlubiyyət”imiz kimi qələmə verməyə çalışdı. Sevinc Osmanqızı eyni zamanda hər vəchlə çalışdı ki, Xankəndi ermənilərinə Ermənistanla əlaqə saxlamaq üçün Laçın rayonu üzərindən dəhliz verilməsinin günahını da hazırkı hakimiyyətin ayağına yazsın. Ona görə də konfliktologiya üzrə ekspert Arif Yunusdan xüsusi çılğınlıqla dünyadakı digər münaqişələrin heç birində tərəflərdən birinə dəhliz verilməsi hadisəsinə rast gəlinmədiyi halda, ermənilər üçün Laçın dəhlizinin açılmasının memarının kim olduğunu soruşdu. Lakin A.Yunus faktları danmağın mümkün olmadığını görərək bildirdi ki, Laçın dəhlizinin açılması 90-cı illərin əvvəllərinə aiddir və “dəhliz” ideyasını ilk dəfə rəsmi olaraq gündəmə gətirən də məhz 90-cı illərdə amerikalı ekspert Pol Qobl olub. Bu cür danılmaz faktların ortaya qoyulması Sevinc Osmanqızını bu mövzunun üzərindən tələm-tələsik ötüb keçməyə məcbur etdi.

Gələk Qərbi Azərbaycana Qayıdış məsələsinə. Osmanın qızının xüsusi təlaş və həyəcanla toxunduğu məsələlərdən biri də məhz bu məsələ idi. Maraqlıdır ki, xaricdə yaşayan az qala hər bir erməni Şuşanın, Hadrutun və digər ərazilərimizin yenidən işğalına çağırış etdiyi və revanşizmə can atdığı bir halda, ancaq bizim ultra-humanist, ifrat beynəlmiləlçi “soydaşımız” Sevinc Osmanqızı isə Qərbi azərbaycanlıların öz tarixi yurd yerlərinə qayıdışı məsələsinin gündəmə gətirilməsini isə “təcavüzkarlıq”, “işğalçılıq” cəhdi kimi qiymətləndirir. Onun xəstə “məntiq”inə görə bizim bu məsələni gündəmə gətirməyimizi dünya birliyi suveren Ermənistan ərazilərinə təcavüz kimi qiymətləndirə bilər. Bu cür cılız arqument Sevinc Osmanqızının həm də beynəlxalq hüquqdan, konvensiyalardan xəbərsizliyini göstərir.

Sonuncu dəfə 1988-ci ildə Qərbi Azərbaycandan (indiki Ermənistandan) kütləvi şəkildə deportasiya olunmuş, 30 ildən çoxdur qaçqınlıq həyatı yaşayan azərbaycanlıların Qərbi Zəngəzura, Göyçəyə, Zəngibasara, İrəvana qayıtmaq təşəbbüsü onların beynəlxalq hüquqda təsbit olunan halal haqqıdır. Sevinc Osmanqızı da əlində olan efir imkanlarından istifadə edərək məhz bu məsələni gündəmə daşımalı, müzakirə predmetinə çevirməli, ictimailəşdirməli idi. Lakin əfsuslar olsun ki, Sevinc Osmanqızı ermənilərdən artıq ermənilik etmək mövqeyindən çıxış edir.

Sözügedən verilişdən sonra ermənilər Sevinc Osmanqızını mükafatlandırsalar, mən buna əsla təəccüblənmərəm. Çünki bir “azərbaycanlı”nın bu qədər qatı anti-Azərbaycan mövqeyindən çıxış etməsi ermənilər üçün həqiqətən də göydəndüşmədir. Ancaq bu da danılmaz bir həqiqətdir ki, bu cür milli satqınlar günün birində hətta düşmənə də lazım olmurlar. Belələrinin “istifadə müddəti” tez ya gec bitir. Ələkrəm Hümbətov kimi satqının, separatçının miskin aqibəti sevinc osmanqızılara görk olmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri,
Birinci Qarabağ müharibəsinin iştirakçısı
Ermənistan 44 günlük müharibədə itkin düşən 200 hərbçini TAPA BİLMİRErmənistanın baş naziri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransında 44 günlük müharibədə itkin düşənlərlə bağlı açıqlaması tənqidlərlə qarşılanıb.

Paşinyan bildirib ki, 2022-ci il tarixli sentyabr döyüşlərində və 2020-ci ilin 44 günlük müharibəsi nəticəsində itkin düşmüş hesab edilən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ermənistan parlamentinin İnsan hüquqlarının müdafiəsi daimi komissiyasının sədri, bitərəf deputat Taquhi Tovmasyandan baş naziri məsələylə bağlı məsuliyyətsiz açıqlama verməkdə qınayıb.

Tovmasyan “Joğovurd” qəzetinə açıqlamasında deyib: “Ölkənin baş nazirinin belə vacib məsələylə bağlı məlumatlara malik olmaması və ya problemlə guya, məşğul olduğunu iddia etməsinə təəssüflənirəm”.

Deputatın sözlərinə görə, faktiki olaraq 44 günlük müharibə nəticəsində itkin düşmüş hesab edilən 200-ə yaxın şəxsin axtarışları 2022-ci ilin yanvarından dayandırılıb.

“Mən bu məsələni Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrilə dəfələrlə müzakirə etmişəm, həmçinin dünyanın insan haqları məsələləri ilə məşğul olan müxtəlif strukturlarına və mərkəzlərinə onlarla müraciət göndərmişəm. Hələlik heç bir müsbət dəyişiklik yoxdur. Yaxşı olardı ki, ölkənin bir nömrəli rəsmisi mətbuat konfransına hazırlaşmazdan əvvəl müvafiq məlumatları dəqiqləşdirsin, qeyri-ciddi açıqlama verməsin”, - Taquhi Tovmasyan deyib.
İranda ölən etirazçıların sayı 520-yə çatıbİranda etirazlarda 520 nəfər həlak olub.

Avrasiya.net-in məlumatına görə, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 70-nin yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 19 396 nəfər həbs olunub. Onlardan 4 888 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 708 nəfər tələbədir. Nümayişlərə 144 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 163 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.