"Revanşistlər zamanın Ermənistanın əleyhinə işlədiyini dərk edə bilmirlər"Laçın rayonunun işğalı dönəmində Zabux kəndində qeyri-qanuni məskunlaşan Suriya, Livan erməniləri dünən gecə kəndi tamamilə tərk ediblər. Laçının mərkəzində və Sus kəndində məskunlaşan ermənilər də köçürlər. Hazırda Laçında 4 erməni ailəsinin qaldığı bildirilir ki, onlar da sabah, uzağı birisi gün ərazini tərk edib gedəcəklər. Çünki avqustun 25-də Zabux və Sus kəndləri, eləcə də Laçın şəhəri tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Ona görə də nə həmin mülki ermənilərin, nədəki oralarda dolaşan separatçı-terrorçu erməni silahlılarının Azərbaycanın qanuni tələbinə qarşı silahlı etiraz formasında çıxış etməyə, bu və ya digər təxribatlar törətməyə imkanları və ixtiyarı yoxdur.

Silaha əl atacaqlarsa, təxribat törədəcəklərsə 44 günlük müharibədə və ya sonuncu “Qisas” əməliyyatında olduğu kimi Azərbaycan Ordusunun dəmir yumruğu yenə də düşmənin başını əzəcək. Ermənilər belə bir aqibətlə üzləşmək istəmirlərsə, torpaqlarımızı sakitcə tərk edib getməlidirlər. Xocalı qatili Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” parlament fraksiyasının tərəfdarlarının İrəvanda etiraz aksiyaları təşkil edib Ermənistan hökumətini Laçındakı mülki və silahlı ermənilərin çıxarılmasının qarşısını almaq üçün Azərbaycana qarşı təcili cavab tədbirlərinin görülməsinə təhrik etməsi isə ağılsızlıqdan və realism hissini itirməkdən başqa bir şey deyil.

Həmin revanşistlərin İrəvanın mərkəzi küçələrində üzərinə “Krım – Rusiyadır, Donetsk – Rusiyadır, Luqansk – Rusiyadır, Mariupol – Rusiyadır, Zaporojye – Rusiyadır, Xerson – Rusiyadır, Tiraspol – Rusiyadır, Tsxinvali – Rusiyadır, Şimali Qazaxıstan – Rusiya olacaq, “Artsax” (Qarabağ) qoy Rusiya olsun” şüarlarının yazıldığı vərəqələr yapışdırması da erməni acizliyinin və çarəsizliyinin bariz nümunəsidir. Əlləri hər yerdən üzülən revanşist erməni müxalifəti indi də bu cür sərsəm üsullarla bir tərəfdən Rusiyaya yarınmağa çalışır, digər tərəfdən isə Rusiya ilə Azərbaycanı üz-üzə qoymağa, bu iki ölkə arasında münasibətləri korlamağa çalışır.

Ancaq rəsmi Moskva isə Ermənistan müxalifətinin bu cür provokativ addımlarına soyuq münasibət sərgiləyir və eyni zamanda Azərbaycanın 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsi isə bağlı haqlı tələblərinə anlayışla yanaşır. Robert Köçəryan, Serj Sərkisyan kimi siyasi “meyit”lər, xəyalpərvər revanşistlər zamanın Ermənistanın əleyhinə işlədiyini dərk edə bilmirlər. Ancaq indi bütün ermənilərin qəflətdən ayılmaq, miflərlə yaşamağa son vermək vaxtıdır. Ermənilər yeni reallıqlarla barışmağa məhkumdurlar. Laçının mərkəzində dalğalanan üçrəngli bayrağımız bundan sonra bütün revanşistlərə gözdağı olacaq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
İrəvan yenidən çalxalanırHazırda İrəvandakı Respublika meydanında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti mitinq keçirilir.

Ermənistan KİV-i xəbər verir ki, mitinqi “Müstəqillik Hərəkatı” təşkil edib.
Aksiyaya Polşadakı keçmiş səfir, eks-qubernator Vayots Dzora və Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri Edqar Kazaryan rəhbərlik edir.

Mitinq avqustun 23-də qeyd olunan Ermənistanın Müstəqillik Bəyannaməsi gününə həsr olunub.

Jurnalistlərlə söhbətində Edqar Kazaryan istefa tələbini özünə çatdırmaq üçün baş nazirlə görüşə çalışacağını bildirib.

O, Paşinyan üçün zirehli xidməti maşınların alınması üçün büdcədən 2 milyon dollar xərcləndiyini dövlətin talanması adlandırıb. Kazaryanın fikrincə, Paşinyan meydana toplaşanların yanına gəlib açıqlama verməlidir

Bundan əvvəl Kazarian da bəyan etmişdi ki, o və tərəfdarları 21 sentyabr - Müstəqillik Gününə qədər hökumət başçısının istefasına nail olmaq niyyətindədirlər.
Zelenski Putinlə görüş üçün ŞƏRT QOYDUUkrayna Prezidenti Volodimir Zelenski İndoneziyada keçiriləcək G-20 sammitində iştirakının döyüş meydanındakı vəziyyətdən asılı olacağını bildirib.

Zelenski bu barədə Kiyevdə Polşa Prezidenti Anjey Duda ilə birgə mətbuat konfransında deyib.

Ukrayna lideri G-20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüş ehtimalından da söz açıb. O, bəyan edib ki, "Azovstal"da əsir götürülən ukraynalılar qanunsuz məhkəmələrdə mühakimə olacağı təqdirdə danışıqlar heç yerdə olmayacaq.

"O cümlədən G-20 də bura daxildir" , - Zelenski Rusiyaya xəbərdarlıq mesajında vurğulayıb.

Qeyd edək ki, bu ilin noyabr ayında İndoneziyada keçiriləcək G-20 sammitində Rusiya prezidentinin də iştirakı nəzərdə tutulur.
ABŞ Ukraynaya yeni tip silahlar göndərirABŞ Ukraynaya yaxın məsafələrdə döyüş aparamaq üçün yeni silahlar göndərəcək.

Bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, yardım paketinə bir neçə yüz metr məsafəyə atəş aça bilən geri təpməyən artilleriya qurğuları və vurma məsafəsi 5 km-dən az olan reaktiv yaylım atəş sistemləri daxildir.
Koronaya yoluxanların sayı kəskin artdıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 622 yeni yoluxma faktı qeydə alınıb, 678 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 809 335 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 795 900 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 640 aktiv xəstə var. Bu günə qədər 9 795 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 442, bu günə qədər isə ümumilikdə 7 127 158 test icra olunub.
Sadiq Qurbanovun elmi məqaləsi dünyanın nüfuzlu jurnalındaAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun elmi təşkilatçılığı ilə Türkiyə və Rusiyanın nüfuzlu universitetlərinin tədqiqatçıları ilə birgə dünyanın ən nüfuzlu beynəlxalq indeksləşdirmə sistemləri olaraq qəbul edilən “Scopus”, “Web of Science” bazalarına daxil olan və mühəndislik elmi istiqaməti üzrə reytinqi - CiteScore - Q1 olan “Energies” jurnalında (Energies 2022, 15, 6010. https://doi.org/10.3390/en15166010) “Tailored Blockchain Applications for the Natural Gas Industry: The Case Study of SOCAR (“Təbii qaz sənayesi üçün xüsusi uyğunlaşdırılmış blokçeynin tətbiqi: SOCAR-ın nümunəsi əsasında”) məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, təqdim olunan məqalə təbii qaz sektorunda blokçeyn texnologiyasının tətbiqini tədqiq edən ilk sistemli və ətraflı elmi-tədqiqat işidir.
Məqalədə - blokçeyn texnologiyasının iqtisadiyyatın müxtəlif sektorlarında tətbiqi və blokçeyn sisteminin qaz sənayesində istifadəsinin faydalılığı təhlil olunur və qiymətləndirilir. Tədqiqat işində blokçeyn texnologiyasının tətbiqinin məlumatların idarə edilməsinin optimallaşdırılması, əməliyyat xərclərini minimallaşdıracağı, yanlış qərar və fırıldaqçılığın qarşısını alacağı və texniki xidmət üzrə monitorinq işinin keyfiyyətini artıracağı elmi əsaslarla isbat olunur. Blokçeynə əsaslanan sistemin tətbiqi qaz sənayesində qazda sızmanın aşkarlanmasından tutmuş təbii qazın daşınmasına qədər prosesi izləmək imkanı verir.

Tədqiqat işində - SOCAR-da blokçeynə əsaslanan sistemin tətbiqinin nəticələrinin geniş təhlili verilir. Araşdırma zamanı müsahibə (müsahibələrdə SOCAR strukturuna daxil olan bir neçə rəhbər əməkdaş iştirak edib) və sorğu vasitəsilə təbii qaz sahəsində lider şirkətlərdən biri olan SOCAR-da blokçeynin tətbiqinin üstünlükləri, riskləri tədqiq olunub.

Məqalənin hazırlanmasında SOCAR rəhbərliyi tərəfindən verilən anlayışlar, təcrübələr və gözləntilərə dair materiallardan istifadə olunub. Müəyyən edilib ki, təbii qaz sənayesində blokçeyn tətbiqi barədə fikirlər qaz sənaye mütəxəssisləri tərəfindən birmənalı olaraq qarşılanmır, yanaşmalar və fikirlər xeyli fərqlənir.

Tədqiqat işində - blokçeyn tətbiqi yüksək təminatlı izlənəbilirliyin şəffaflığına, yüksək audit keyfiyyətinə, təbii qazda sızmanın avtomatik aşkarlanmasına, öhdəliklərini yerinə yetirməyən tərəflərin izlənməsi haqqında, ticarət müqavilələrinin icrası ilə bağlı uyğunluq dərəcəsinin dəqiqliyinə yol acacağı isbat olunub.

Həmçinin tədqiqat işində SOCAR-ın blokçeyndən istifadəsinin potensial sahələri müəyyən edilib, blokçeynin tətbiqinin problemləri, riskləri və onların həlli yolları göstərilib.

Xatırladaq ki, “Energies” - enerji siyasəti, texnologiya, mühəndislik və idarəetmə mövzularında aparılan elmi-tədqiqat işlərin yayımlayan beynəlxalq nüfuzlu elmi nəşrdir. “Energies” dünyanın ən nüfuzlu beynəlxalq indeksləşdirmə sistemləri olaraq qəbul edilən “Scopus”, “Web of Science” bazasındadır və elmi nəşr CiteScore - Q1 (mühəndislik) reytinqinə malikdir.
Sərhədlərin delimitasiyası: növbəti görüşün vaxtı açıqlandıErmənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşməsi üzrə delimitasiya komissiyasının nümayəndələrinin görüşü avqustun sonunda Moskvada keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib.

Məlumata görə iclasın gündəliyi hələ ki, məlum deyil.

Xatırladaq ki, sərhədlərin müəyyənləşməsi çərçivəsində Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ilk görüşü mayın 24-də baş tutub.
Serjin kağız parçası...Ermənistanın sabiq prezidenti və baş naziri, müharibə canisi Serj Sarkisyan cəhənnəmə vasil edilmiş “münaqişə”nin tənzimlənməsinin birinci mərhələsi ilə bağlı mənşəyi bəlli olmayan kağız parçasını “ictimailəşdirib”.

Kağız parçasının yuxarı hissəsində, təkcə “paket variantı” ifadəsinin qeyd olunması sübuta yetirir ki, söhbət çoxsaylı təkliflərin, yaxud təşəbbüslərin birindən gedir. Dövlətlərarası sənədləşmələrdən hətta hər hansı bir anlayışı olmayan istənilən şəxs Serj Sarkisyanın “ictimailəşdirdiyi” söz yığınına nəzər salmaqla, bu söz yığınının yer aldığı kağız parçasının sənəd olmadığını başa düşə bilər.

Serjin kağız parçasındakı mətndə qeyd olunur ki, “Biz, Azərbaycan və Ermənistan prezidentləri, regionun təhlükəsizliyi və çiçəklənməsi üçün “dağlıq qarabağ münaqişəsi”nin tez bir zamanda həllinin zəruriliyi ilə razıyıq. Biz, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, həmçinin BMT və ATƏT-in digər təməl sənədləri, eləcə də “ATƏT-in Minsk qrupunun həmsədr ölkələri”nin cəhdləri kontekstində “dağlıq qarabağ münaqişəsi”nin tənzimlənməsi ilə bağlı qəbul edilmiş sənədlərə sadiqliyimizi təsdiqləyirik. Bu bəyannamə paket razılaşması prinsipinə əsaslanır. Burada yer alan müddəalar vahiddir (tam, bütöv bir yanaşmanın tərkib hissəsidir). Onlar ayrı-ayrılıqda reallaşdırıla bilməzlər və (bu müddəaların gerçəkləşdirilməsi) “həmsədr ölkələr” də daxil olmaqla etibarlı beynəlxalq nəzarət tələb edir”.

Vəssalam... Bu Serj Azatoviçin “ictimailəşdirdiyi” “məxfi sənəd”in tərcüməsidir. Təsdiqlənməmiş, hətta müzakirəyə təqdim olunan layihə olduğu belə sübuta yetirilməmiş kağız parçası...

Amma məsələnin başqa bir tərəfi də var və Sarkisyanın kağız parçasına diqqət yetirməyimin əsas səbəbi də məhz bu “başqa tərəf”lə bağlıdır. Hazırda Ermənistanın siyasi qüvvələrinin gündəmini məğlubiyyətin səbəbkarlarının “axtarışı” təşkil edir. Hər kəs günahı başqasında axtarmağa, özünü təmizə çıxarmağa çalışır. Biz illər öncə bu mərhələni yaşamışıq. Amma maraqlıdır ki, bəzi qruplar Azərbaycanda da “köhnə palan içi sökməkdə” maraqlı görünür, keçmişin qalıqlarını yenidən dövriyyəyə buraxmaqla Ermənistandakı siyasi vəziyyətin “surətini” ölkəmizin gündəminə daşımağa çalışırlar. Halbuki qalib ölkə kimi hədəfimiz Ermənistanın siyasi gündəmini daim təzyiq altında saxlamaqdan ibarət olmalıdır.

Təfərrüatına varmayacağam, bu gün diqqətimizin milli hədəflərdən yayındırılamasına, Ermənistanın siyasi qüvvələrinin depressiyadan çıxmasına, kütləvi psixozdan ayılmasına xidmət edən istənilən yanaşma yanlışdır, qüsurludur və “üçüncü qüvvə”lərin əlinə işləyir.

Elçin Mirzəbəyli
Məktəblini döyən müavindən xəbər varLənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Arifqızı barəsində açılmış cinayət işi məhkəməyə göndərilib

Bu barədə Avrasiya.net-ə Lənkəran Rayon Prokurorluğundan bildirilib.

Belə ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Rusiyanın paytaxtı Moskvada avtomobilinə qoyulan bombanın partlaması nəticəsində həyatını itirən jurnalist Darya Duqina dəfn olunub.

Dəfndən öncə onunla vida mərasimi keçirilib.

Mərasimdə çıxış edən politoloq Aleksandr Duqin qızı ilə son söhbəti haqda danışıb.

"Onunla festivalda sonuncu dəfə danışdıq. Mənə dedi ki, ata, özümü döyüşçü və qəhrəman kimi hiss edirəm. Xalqımın və ölkəmin yanında ol. Bu fikir onun üçün çox önəmli idi”, - Duqin bildirib.

Mərasimdə Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski, Dövlət Dumasının sədr müavini Sergey Neverov, rusiyalı senator Yelena Mizulina, Rusiya parlamentinin deputatları, Duqinanın ailəsi və dostları iştirak ediblər. Mərasimə Rusiya prezidenti Vladimir Putin, Rusiya hökumətinin nümayəndələri və bir çox vəzifəli şəxslər çələnglər göndərib.

Xatırladaq ki, avqustun 21-də Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub.

Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən ötən Darya Duqinanın qatilinin kimliyi açıqlanıb. Rəsmi məlumatda cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirildiyi bildirilib. İddia olunur ki, sui-qəsdi 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Pavel Vovk törədib.