Prezident Ermənistana sərt formada xəbərdarlıq etdiPrezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ermənistana ünvanladığı çox ciddi mesajları ilə təkcə yerli auditoriyanın yox, həm də dünya KİV-nin, analitik çevrələrin diqqətini cəlb etdi. Dövlət başçımızın son vaxtlar artan erməni təxribatlarının qarşısının alınması üçün qalib Ordumuz tərəfindən cəzalandırma üsulu kimi nəzərdə tutulmuş “Qisas” əməliyyatı və onun nəticələri barədə səsləndirdiyi fikirlər Ermənistanın özündə də, Xankəndidə cəmləşmiş separatçı-terrorçu dəstələri arasında da böyük rezonansa səbəb olub.

Bu müsahibədə bütün məsələlərə açıq və konkret münasibət bildirildi. İlk növbədə isə rəsmi İrəvana kifayət qədər sərt formada xəbərdarlıq edildi ki, Ermənistan bundan sonra təxribatlara son qoymalı, sülhə nail olmaq üçün real addımlar atmalı və Qarabağla bağlı məsələləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına mane olan süni əngəl vasitəsinə çevirməməlidir. Qarabağdakı bir ovuc erməni üçün “status”un tələb edilməsini, onlara hər hansı imtiyazların verilməsini reallıqdan uzaq fikirlər və təşəbbüslər kimi qiiymətləndirən Azərbaycan Prezidenti qeyd etdi ki, ermənilər heç bir status olmadan, adi Azərbaycan vətəndaşları kimi bizim ölkəmizdə yaşaya bilərlər: “Burada hər hansı bir imtiyazdan, statusdan söhbət gedə bilməz. Ermənilər Azərbaycan vətəndaşları kimi Azərbaycanın idarəçiliyi altında, Azərbaycanın rəmzlərini qəbul edərək yaşaya bilərlər”.

İlham Əliyevin bu fikri hazırda Qarabağda yaşayan mülki ermənilər arasında da, terrorçu-separatçı rejimin tör-töküntüləri arasında da ciddi ajiotaja səbəb olub. Qondarma rejimin “xarici işlər naziri” David Babayan isə Facebook səhifəsində İlham Əliyevə Qarabağdakı ermənilərin bundan sonrakı aqibəti ilə bağlı hər şeyi açıq şəkildə dilə gətirdiyinə və onlara heç bir statusun verilməyəcəyini aydın, səmimi şəkildə bəyan etdiyinə görə təşəkkür edib. Babayan qeyd edib ki, “Azərbaycanın Qarabağla bağlı planları heç vaxt dəyişməyib və ya xalqı aldatmayıblar”. Bu da o deməkdir ki, mesaj alınıb. Xankəndidə yaşayan ermənilər Azərbaycan Prezidentinin ismarıcını düzgün anlayıblar. Beləliklə, lap yaxın gələcəkdə Xankəndidə suverenliyimizin bərpa olunacağına, separatçılıq cəhdlərinin qarşısının tamamilə alınacağına artıq ermənilərdə də ciddi əminlik yaranır.

Dövlət başçısı son günlər ölkə ictimaiyyəti tərəfindən böyük dəstək qazanan “Qisas əməliyyatı”nın haqqında da ətraflı danışdı. Ali Baş Komandan qeyd etdi ki, müharibədən sonra davamlı təxribatların baş verməsi və Azərbaycan əsgərlərinin şəhid olması yolverilməzdir. Ona görə də Azərbaycan öz torpaqlarında antiterror əməliyyatları keçirib erməni təxribatlarının, revanşist cəhdlərin qarşısını almaq ixtiyarına malikdir. Bu baxımdan, İlham Əliyev birmənalı surətdə bəyan etdi ki, Azərbaycan öz ərazisində istədiyi əməliyyatı həyata keçirə bilər və buna heç kim qarışa bilməz, əgər kimsə cəhd etsə, onun da qarşısı qətiyyətlə alınacaq. Ermənistan bundan çox ciddi formada nəticə çıxartmalıdır. Əks halda, bu Ermənistan üçün həqiqətən də çox ağır nəticələrə gətirib çıxara bilər.

Hesab edirəm ki, bu ismarıc Azərbaycan Prezidenti tərəfindən Ermənistan rəhbərliyinə və revanşist müxalifətinə ünvanlanmış son dərəcə aydın və qətiyyəli xəbərdarlıq kimi başa düşülməlidir. Ermənilər yanlış yoldan çəkilməli və Azərbaycan Prezidentinin çağırışlarına konstruktiv reaksiya verməlidirlər. İstər Ermənistan, istərsə də Paşinyanın xaricdəki havadarları 44 günlük müharibədən sonrakı yeni reallıqları qəbul etməli, avantürist addımlardan əl çəkməlidirlər. Ermənistan tərəfindən dövlətimizin ərazi bütövlüyü tanınmalı və sülh sazişi imzalanmalıdır. Əks halda, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz özümüz Ermənistana qarşı ərazi iddiaları qaldıra bilərik və bunun üçün kifayət qədər tarixi, hüquqi əsaslarımız da var. Bunu rəsmi İrəvan da, Robert Köçəryan-Serj Sərkisyan cütlüyünün idarə etdiyi revanşist müxalifət də, irqçi-faşist ideyaları ilə zəhərlənmiş sıravi ermənilər də bilməlidirlər, ağıllı davranmalıdırlar.

Erməni tərəfi Zəngəzur dəhlizinin açılması məsələsində də inkarçı davranış sərgiləməməlidir. Bu dəhliz onsuz da mütləq açılacaq. Azərbaycan buna qeydsiz-şərtsiz nail olacaq. Ermənistan rəhbərliyinin bu prosesi süni surətdə əngəlləməsi isə sadəcə olaraq onların özləri üçün zərərlidir. Odur ki, İlham Əliyevin də qeyd etdiyi kimi Ermənistan tərəfi tez bir zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atmalıdır.

Ümumiyyətlə, ermənilər artıq anlamalıdırlar ki, hazırda dünyadakı geosiyasi vəziyyət kökündən dəyişib və zaman Azərbaycanın xeyrinə işləyir. Ona görə də onlar öz milli hədəflərində ciddi dəyişikliklər etməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli, türkofobiyaya son qoymalı, Cənubi Qafqaza sülhün gəlişini əngəlləmək cəhdlərinə ara verməlidirlər. Adekvat düşünən ermənilər öz hakimiyyətlərinə də, erməni ictimaiyyətinə də başa salmalıdırlar ki, indi şərtləri Ermənistan və onun havadarları yox, Azərbaycan diktə edir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Erməni generalın sanatoriyasında kütləvi dava: ölən varErmənistanın keçmiş polis rəisinin müavini, general-leytenant Ararat Maxtesyana məxsus “Arzni” kurort kompleksində kişi meyiti aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Hadisə yerinə gələn polis və müstəntiqlər mərhumun İrəvan sakini, 67 yaşlı Qaqik Arutyunyan olduğunu müəyyən ediblər.

General A.Maxtesyan polisə və müstəntiqlərə bildirib ki, həmin gün Arutyunyanın qohumlarından ibarət 4-5 nəfər sanatoriyaya gəlib və hamını nalayiq qışqırıqlarla, işçiləri və istirahət edənləri təhqir etməklə, lənətlər yağdırmaqla hədələməyə başlayıblar. Onlar kompleklsin 3-cü mərtəbəsinin qapılarını və divarlarını yumruqla döyəcləyiblər, təhqiramiz ifadələr səsləndiriblər.

Polis və müstəntiqlər həmin şəxslərdən ikisini şəxsiyyətini müəyyənləşdiriblər.

Faktla bağlı cinayət işi başlanıb.
"İrandan bu cür nankor və məkrli davranış gözlənilən idi"İranın Qafana konsul təyin etməsi strateji baxımdan çox ciddi səhv idi. Biz bunu molla rejiminin düşünülməmiş, avantürist addımı kimi dəyərləndiririk. İrandan bu cür nankor və məkrli davranış gözlənilən idi.

Rəsmi Tehranın bu addımı uzun illər ərzində Qərbin Azərbaycan üzərindən həyata keçirmək istədiyi planlarına və hərbi əməliyyatlar aparmaq niyyətlərinə bizim dövlətimizin birmənalı olaraq "yox!" deməsinə, İranla hər zaman mehriban qonşuluq, dostluq və əməkdaşlıq siyasəti yürüdülməsi prinsipinə sadiq qalmasına qarşı olduqca nankor davranışdır.

Zəngəzur dəhlizinin açılmasına bütün vasitələrlə mane olmağa çalışan və bunu ən üst səviyyədə (ali dini lider səviyyəsində) özünün "qırmızı xətt"i elan edən rəsmi Tehran son vaxtlar artıq tamamilə açıq oyun müstəvisinə keçib. Cənub qonşumuz Azərbaycana yönəlik siyasetini artıq din pərdəsi altında malalamır.

Bu ölkə indi regionun gələcəyi ilə bağlı məqsədlərini açıq şəkildə dilə gətirir, bəyan edir. Bu mənada, Qafana konsul təyin edilməsi isə İranın artıq özünü tam ifşa etməsi anlamına gəlir. Amma molla rejimi bu cür təxribatçı-avantürist addımının cavabsız qalmayacağını da bilməlidir.

Bizim də arsenalımızda kifayət qədər təsirli cavab tədbirləri var. Bundan sonra İranın qeyri-səmimi və ikibaşlı davranışlarına qarşı Azərbaycan da adekvat münasibət sərgiləyəcək. Çünki İran bizə başqa yol saxlamır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
MİT-dən əməliyyat: PKK-nın iranlı lideri məhv edildiTürkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində PKK/YPG terror təşkilatına qarşı əməliyyatı keçirib.

Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Əməliyyat çərçivəsində təşkilatının rəhbərlərindən sayılan İran əsilli Yusif Mahmud Rəbani ilə birgə "Ruhaz Amude" kod isimli terrorçu Məzlum Əsad da məhv edilib.
Fərhad Əhmədovun şirkəti xarici valyutaya görə cərimələndiTeymur Əhmədov adına "AzNar" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilib.

İXM-in 483 maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, bu Məcəllənin 483-cü maddəsində "az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

Xatırladaq ki, "AzNar” QSC-nin qanuni təmsilçisi Teymur Əhmədovdur. Fərhad Əhmədov həm də "AzNar”ın təsisçisi və mojaritar səhmdarıdır.
Bakıda fəhlə faciəvi şəkildə öldüBakıda fəhlə faciəvi şəkildə dünyasını dəyişib.

Bu barədə Modern.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 12-i saat 09 radələrində paytaxtın Nərimanov rayonu, M.Araz 92 ünvanında 1983-cü il təvəllüdlü Aqil Əliyevin fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.
Salman Rüşdini bıçaqlayan şəxsin kimliyi BİLİNDİXəbər verdiyimiz kimi, ötən gün Hindistanın məşhur yazıçısı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb.

Modern.az-ın məlumatına görə, Salman Rüşdi tədbirdə çıxış edən zaman bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona xəsarət yetirib.

Dünya şöhrətli yazıçıya 10-15 bıçaq zərbəsi vurulduğu deyilir.

Hadisəni törədən şəxsin kimliyi artıq müəyyənləşdirilib. Polisin rəsmi məlumatına görə, Salman Rüşdini Nyu-Cersi ştatının 24 yaşlı sakini Hadi Matar bıçaqlayıb.

Ehtimal olunur ki, yazıçıya bıçaqlı hücum 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabına görə olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş, hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları yer alıb. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.
İslamiada: Medal sıralamasında beşinciyikTürkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 8-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 35-ə çatıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycana məxsus medallardan 9-u qızıl, 12-si gümüş, 14-ü bürünc əyarlıdır.

Bununla da Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci yerdə qərarlaşıb. İlk 4 pillədə Türkiyə 137 (48 qızıl, 48 gümüş, 41 bürünc), İran 56 (22 qızıl, 18 gümüş, 16 bürünc), Özbəkistan 53 (18 qızıl, 14 gümüş, 21 bürünc), Qazaxıstan 36 (12 qızıl, 5 gümüş, 14 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 39-u medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (6 qızıl, 6 gümüş, 6 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.

Mehdiyev maşınlarını bu ölkədə “zirehli” etdiribBir neçə gün öncə mətbuatda Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin, eləcə də ailəsinin zirehli avtomobildən istifadə etdiyi haqda məlumat yayılmışdı.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, Səfər Mehdiyev maşınları qanunvericilikdə göstərildiyi kimi, zirehli sifariş etməyib və bunlar xidməti avtomobillər deyil. Belə ki, S.Mehdiyev bahalı maşınlar alıb, daha sonra onları Türkiyəyə göndərməklə, xüsusi zirehlə yenidən yığdırıb. Hazırda S.Mehdiyevin və ailəsinin istifadə etdiyi bütün avtomobillər zirehlidir.

Polislə insidentini əks etdirən görüntülərdə də S.Mehdiyevin idarə etdiyi “Gelandevagen”in zirehli olduğu bildirilir.

Mövzu ilə bağlı hüquqşünas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov saytımıza bildirib ki, qanunverciliyə əsasən, DGK hüquq-mühafizə orqanı sayıldığı üçün qurumun vəzifəli şəxslərinin təhlükəsizliyi “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” qanunla tənzimlənir.

Onun sözlərinə görə, müdafiə olunan şəxslərin həyatına, sağlamlığına, mənzilinə və əmlakına qarşı qəsd ediləcəyinə real əsaslar müəyyən edildikdə, həmin şəxslərin razılığı ilə təhlükəsizliyi təmin edən orqanlar tərəfindən onların şəxsi mühafizəsi, mənzilinin və əmlakının qorunması üçün təhlükəsizlik tədbirləri tətbiq edilir:

“Həmçinin sözügedən qanun müdafiə olunan şəxslərin yaxın qohumları barəsində də təhlükəsizlik tədbirləri görülməsinə təminat verir. Lakin bu, adıçəkilən qanunla tənzimləndiyi üçün heç bir vəzifəli şəxs öz istəyi ilə zirehli avtomobil sifariş edə, yaxud zirehli avtomobildə gəzə bilməz. Qanundan göründüyü kimi, bunun üçün real təhlükə olmalı və bunu dövlət rəsmilərinin təhlükəsizliyini həyata keçirən qurumlar müəyyən etməlidir”.