Araz Zeynalov dünyasını dəyişdiTanınmış jurnalist Araz Zeynalov vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

A.Zeynalov "Azərbaycan gəncləri" qəzetində müxbir, şöbə müdiri, baş redaktorun müavini işləyib. Daha sonra "Panorama" qəzetinin baş redaktoru olub. O, rusdilli "Vesti.az" saytına rəhbərlik edib.

Ötən ildən onun ürəyində ciddi problemlər yaranmışdı.
MN: Ermənilər dezinformasiya əməllərindən əl çəkmirAzərbaycan Ordusunun itkisi barədə rəsmi məlumat verilməsinə baxmayaraq, ermənilər sosial şəbəkələrdə çirkin dezinformasiya əməllərindən əl çəkmir, feyk məlumatlar yayırlar.

Avrasiya.net xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.

"Bildiririk ki, bütün bunlar onların daxili auditoriyasına hesablanmış addımlardır. Erməni sosial şəbəkələrində yayılan bu tipli xəbərləri qəti şəkildə təkzib edirik", - MN rəsmisi əlavə edib.
"Ərazilərimizin terorrçulardan təmizləmək niyyətimizə heç bir qüvvə mane ola bilməz"Hər kəsə məlumdur ki, 10 noyabr tarixli üçtərəfli razılaşmanın müddəalarına zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu regionda sülh və sabitliyin bərqərar olmasını ləngidir və ciddi təhlükə mənbəyinə çevrilir.

Sözügedən qeyri-qanuni erməni silahlı dəstələri Laçın rayonundakı mövqelərimizi intensiv atəşə tutaraq bir əsgərimizi şəhid etməklə yanaşı, həm də Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Lakin Azərbaycan Ordusunun keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər tərəfimizdən nəzarətə götürülüb.

Hazırda Ordumuz sözügedən yüksəkliklərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işlərini həyata keçirir. Bu da bir daha onu göstərir ki, biz Rusiya sülhməramlılarının bəslədiyi və təhrik etdiyi erməni terorrçu çətələri ilə məhz onların başa düşdükləri yeganə dildə - güc dilində danışmalıyıq. Azərbaycanın antiterror əməliyyatı keçirməsinin zamanı çatıb və sülhməramlıların nəzarət etdiyi ərazilərimizin terorrçulardan təmizləmək niyyətimizə heç bir qüvvə mane ola bilməz.

Müdafiə Nazirliyimizin də qeyd etdiyi kimi həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Ermənistan güc yoluyla sülhə məcbur edilməlidir. Rəsmi İrəvanın 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirməkdən başqa bir yolu yoxdur.

Biz hər zaman müzəffər Azərbaycan Ordusunun yanındayıq! “Qisas” cavab əməliyyatı keçirən Ordumuza eşq olsun!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
“Qarabağ” heç-heçə etdiUEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Ferentsvaroş” matçı başa çatıb.

Avrasiya.net xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Matçda hesabı Macarıstan çempionu açıb. Belə ki, oyunun 17-ci dəqiqəsində Frank Boli fərqlənib. Matçın 34-cü dəqiqəsində “Qarabağ”ın qanalı hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib - 1:1.

Görüşdə əlavə qol vurulmayıb. “Qarabağ” doğma meydanda heç-heçə ilə kifayətlənib.

Ermənistanın növbəti terror aktı ilə bağlı müraciətAzərbaycan Ombudsmanı Ermənistanın insan tələfatı ilə nəticələnən növbəti terror aktı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Avrasiya.net xəbər verir ki, müraciətdə qeyd olunur:

3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Nəticədə Azərbaycan əsgəri Anar Rüstəm oğlu Kazımov şəhid olub.

Bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalandığı vaxtdan bu günədək Ermənistan davamlı olaraq terror təxribat əməlləri törədərək günahsız insanların həyatlarını itirməsinə, münaqişənin yenidən alovlanmasına səbəb olurlar.

Regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinin davam etdirildiyi bir zamanda Ermənistan tərəfinin sülh yaratma prosesinə ciddi təhlükə yaradan bu kimi əməlləri bizi olduqca narahat edir.

Qanunsuz erməni silahlı qüvvələri tərəfindən törədilmiş növbəti terror aktı ilə Ermənistan üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda regionda sülhə və sabitliyə xələl gətirdiyini, iki dövlət arasında münasibətlərin normallaşmasını istəmədiyini, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini bir daha nümayiş etdirir.

İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara müraciət edərək günahsız insanların həlak olması ilə nəticələnən və regionda sülhün təmininə ciddi təhdid olan Ermənistanın davamlı terror təxribat əməllərini pisləyir, bu kimi cinayətkar əməllərə son qoyulması, beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün Ermənistana hüquqi təsir tədbirləri göstərməyə dəvət edirik.
Ermənilər itkilərinin bir qismini elan etdilərOrdumuzun həyata keçirdiyi “Qisas” əməliyyatı nəticəsində ölən və yaralanan qanunsuz erməni silahlılarının sayı qismən açıqlanıb.

Axar.az xəbər verir ki, erməni mediası 2 erməni silahlısının öldüyünü, 14-nün isə yaralandığını rəsmi mənbələrə istinadla təsdiqləyib. Yaralılardan biri ağır vəziyyətdədir, digərləri orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məhv edilən qanunsuz silahlı dəstə üzvlərinin sayını açıqlamasa da, onların ermənilərin etiraf etdiyi rəqəmdən çox olduğu şübhəsizdir.

Yalnız MN-in yaydığı görüntülər əsasında qanunsuz erməni silahlılarının itkisini təxmin etmək münkündür.

Xatırladaq ki, Azərbaycan MN əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyinin dağıdıldığı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildiyi, nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsinin məhv edildiyi və yaralandığı, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatının məhv edildiyini açıqlayıb.
İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün avqustun 3-də keçirilmiş müsahibənin nəticələri açıqlanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.Məscidlərə dini rəhbər təyin edildi
Cavab sarsıdıcı olacaq - Müdafiə Nazirliyindən XƏBƏRDARLIQAzərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq, əks cavab tədbirləri daha da sarsıdıcı olacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib.



Ordumuz bu yüksəklikləri nəzarətə GÖTÜRDÜAzərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür", - nazirlik bəyan edib.

Qeyd edək ki, bu gün Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib.
Qisas əməliyyatının DETALLARI - Müdafiə Nazirliyi yeni görüntülər YAYDIRusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq.