Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin uğurlu inkişafı Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin 18 iyul tarixli birgə bəyanatı bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyırİmzalanan iri ticarət, neft-qaz, nəqliyyat-logistika müqavilələri ilə dövlət büdcəsinə milyonlarla dollar gəlir gətirilmiş və bu gəlir xalqın rifah halının yüksəlməsinə, qeyri-neft sektorlarının inkişafına və gələcək vəd edən sahələrə yönəldilmişdir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. İkitərəfli əlaqələrin inkişafında bu sənədlər mühüm rol oynayıb.

Öncə neft hasilatı sonra, qaz hasilatı baş verdi. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur.
Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb.

Qeyd edək ki, Anlaşma Memorandumunun imzalanmasından sonra liderlər mətbuata birgə bəyanatla çıxış etdilər. Bəyanatlarda Azərbaycanın Avropaya qaz ixracının növbəti illərdə ikiqat artırılacağı, bərpaolunan enerjiyə Avropanın marağı, Azərbaycan ilə Aİ arasında imzalanması nəzərdə tutulan yeni sazişin bitmə astanasında olduğu kimi bir çox məsələlər səsləndirildi. Bununla yanaşı, ölkə başçımız tərəfindən nəqliyyat şəbəkələrin qurulmasının vacibliyi də vurğulandı. Sitat: “Münasibətlərimizdə şəbəkənin enerji qədər vacib olmasına yönələn birgə səylərə böyük ehtiyac duyulur”. Beləliklə, hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Avropa ilə əlaqələrimiz günü-gündən inkişaf etməkdə və ən əsası sağlam təməllər üzərində qurulmaqdadır.Planlaşdırılmış bütün məsələlər icra olunub.

Şəbəkələrin qurulması əsas məsələlərdən biridir. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularla birləşdirən dəmir yolları var.
Bu, çox önəmli məsələdir. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində də ciddi iş aparılır. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır.

Ticari dövriyyənin artırılması xalqlarımızın rifahı naminədir. Bu gün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti ölkəmizi xarici investorlar üçün çox cəlbedici edir. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verə bilər".

Aygün Əhmədli
287 saylı Zəkalar liseyinin direktoru

"Əsl həqiqətə qalsa, Zəngəzur da, Urmu da, Təbriz də bizim "qırmızı xəttlərimizdir, cənablar, sizin yox!"İsrailin və İranın Azərbaycandakı səfirlərinin "tvit" qalmaqalında mənim diqqətimi bir məqam xüsusilə cəlb etdi.

Belə ki, İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz Tvitter hesabında Azərbaycan xalqının tarixi paytaxtlarından biri olan Təbriz şəhərinin tarixindən, incəsənətindən bəhs edən “Təbrizin sehirli nağılları” kitabı barədə paylaşım etməsinə qıcıq olan və buna çox kobud tərzdə cavab verən İranın Azərbaycandakı səfiri Abbas Musavi cavab paylaşımında İsrail səfirini ölümlə təhdid edib və Təbrizi özlərinin "qırmızı xətti" adlandırıb.

Bundan əvvəl isə İranın ali dini lideri Əli Xamenei başda olmaqla molla rejiminin müxtəlif rəhbər şəxsləri Ermənistan sərhədlərinin dəyişilməzliyinin İranın "qırmızı xətti" olduğunu dəfələrlə bəyan ediblər və Zəngəzur dəhlizinin açılmasına qarşı çıxıblar.

Əli Xamenei bugünlərdə Tehranda keçirilən Astana sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra hətta öz Tvitter hesabında “İranla Ermənistan arasında sərhədin bağlanması siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir kommunikasiya yoludur”, deyə bir tvit də paylaşmışdı. Bu da cənab Xameneinin ya tarix sahəsindəki biliklərinin yetərli olmamasından irəli gəlir, yadaki o, tarixi həqiqətləri qəsdən təhrif edir.

30 il ərzində müsəlman torpağının - Qarabağ və Şərqi Zəngəzurun təcavüzkar Ermənistanın işğalı altında qalmasına göz yuman, bunu İran dövlətinin, müsəlman farsların "qırmızı xətti" adlandırmayan ayətullah Xameneinin, indi birdən-birə xristian (qriqoryan) məzhəbli təcavüzkar, quldur dövlətin - Ermənistanın sərhədlərinin toxunulmazlığını özlərinin "qırmızı xətti" elan etməsi həqiqətən də heyrət doğurur.

Urmu gölünə qarşı illərdir ki, ekoloji terror siyasəti həyata keçirən, Təbrizdəki tarixi Ərk qalasının yavaş-yavaş məhv edilməsinə laqeydlik göstərən molla rejiminin diplomatının indi qəfildən Təbrizi özlərinin "qırmızı xətti" elan etməsi isə ümumiyyətlə, heç bir sağlam məntiqə sığmır.

Əsl həqiqətə qalsa, Zəngəzur da, Urmu da, Təbriz də bizim "qırmızı xəttlərimizdir, cənablar, sizin yox! "Min illərdir kommunikasiya yoludur” deyilən hazırkı Ermənistanın sərhəd əraziləri Azərbaycan türklərinin dədə-baba torpaqlarıdır. O yerlərin nə farslara, nədəki ermənilərə heç bir aidiyyatı yoxdur. Gedin öz "qırmızı xətt"lərinizi ayrı yerdə axtarın!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Kremlin son çabaları - Mixeyev İrana yaltaqlanır.Hər tərəfdən iqtisadi sanksiyaların ölümcül təsiri altında olan Rusiya artıq dolayısı ilə hansı vəziyyətdə olduğunu etiraf etməyə başlayıb. Moskvanın tanınmış politoloqlarından sayılan Sergey Mixeyevin son açıqlaması bunun barış nümunəsidir.

Axar.az xəbər verir ki, Rusiya telekanalının efirində Mixeyev Kremlə indiki zamanda hava və su qədər vacib olan İrana necə yaltaqlıq etməyin “dərsini keçib”, Moskvanın MDB üzrə illər boyu dəstək olduğu ölkələri isə “silib atmağı” təklif edib.

“Hadisələrin gedişatından məlum olur ki, İran heç də Qərbin illərdir dünya ictimaiyətinin şüuruna yeritdiyi aqressiv, geridə qalmış, “nüvə silahı düzəldib dünyanı məhv etmək” arzusunda olan dövlət deyil”, - deyə o, nitqinə başlayıb.

O iddia edib ki, İran hazırda “bəzi parametrlərə görə” bir çox dünya güclərindən irəlidədir:

“İranlıların hakimiyyət nümayəndələri ilə danışıqlar aparanda onların nə qədər köklü, qədim bir xalq olduqlarını hiss etmək olur. Bu dərinlik, köklülük onların artıq genindədir. Biz artıq anlamalıyıq ki, İran Rusiyanın strateji əməkdaşıdır. Bu fakt qapalı görüşlər zamanı özünü büruzə verir. Moskvaya bu qədim dövlətlə bir yerdə addımlamaq lazımdır. Biz isə yapışmışıq uydurma tarixi, uydurma respublikaları olan bəzi MDB ölkələrindən. Onlardan bizə yol yoldaşı olmaz. Prosseslər dəyişdikcə bu geydirmə dövlətlər bizə qarşı riakarlıq edəcək. Amma İrana güvənmək olar. Onların, yenə təkrar edirəm, qədim, köklü tarixi var”, - deyə o qeyd edib.

Göründüyü kimi, Mixeyev Rusların illərdir pullar tökdüyü Belarus, Ermənistan kimi dövlətlərdən qurtulmasının vacibliyini önə çəkir, iqtisadi baxımdan çökən Rusiyanın artıq “yedək ölkələri” daşımaq iqtidarında olmadığını etiraf edir və İran kimi dövlətlərə “söykənməyə” çağırış edir.
148-ci gün: Rusiya Ukraynanın itkilərini açıqlandıRusiya müharibənin 148-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 260 təyyarəsi, 144 helikopteri, 1577 PUA-sı, 356 zenit-raket kompleksi, 4135 tank və digər zirehli texnikası, 762 reaktiv yaylım atəş sistemi, 3174 artilleriya və minaatanı, 4413 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Xerson azad ediləcək, Putin etibarını itirəcək - PiontkovskiRusiyanın Ukraynadakı “qələbələr”lə bağlı bəyanatlarına baxmayaraq, yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələri əks hücuma keçəcək və tezliklə Xersonu işğalçılardan azad edəcək.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq, publisist Andrey Piontkovski deyib.

Pentaqon rəhbəri Lloyd Ostinin Ukraynadakı müharibənin həlledici mərhələyə qədəm qoyması ilə bağlı açıqlamasını şərh edən Piontkovski bildirib:

“Bu o deməkdir ki, Ukrayna ordusu əks-hücuma keçmək üçün lazım olan hər şeylə təmin olunacaq. Təxminən avqustun sonunda Xersonun azad edilməsini gözləmək olar”.

Piontkovski əmindir ki, Xersonun işğalçılar tərəfindən itirilməsi Rusiyada siyasi və psixoloji sarsıntıya səbəb olacaq.

O qeyd edib ki, Putin bundan sonra hətta ətrafı arasında da etibarını itirəcək:

"Təbliğatla zombiləşən milyonlarla rus müharibəni uduzduqlarını başa düşəcək. Bu, Rusiyada ciddi dəyişikliklərə səbəb olacaq".
Zaxarova ukraynalıları donuzlarla müqayisə etdiKiyev Qərb silah istehsalçılarını dəvət edərək, öz vətəndaşlarını Qvineya donuzuna çevirir.

Avrasiya.net xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə söyləyib.

“Onlar NATO-nun, ilk növbədə Amerika silahlarının sınaqdan keçiriləcəyi Qvineya donuzlarına çevriləcəklər. Ukrayna rejiminin nümayəndələri, siz öz xalqınızla nə etmək istəyisiniz?” - deyə Zaxarova vurğulayıb.
Moskvada rus generalın meyiti tapıldıDünən Moskvanın mərkəzində Federal Təhlükəsizlik Xidmətinin (FTX) ehtiyatda olan general-mayoru Yevgeni Lobaçevin meyiti tapılıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, 76 yaşlı general gəzməyə çıxıb və bir daha geri qayıtmayıb.

İyulun 20-də onun meyitini Kalaçinsk küçəsində pilləkəndə tapıblar. Meyitin yanında TT markalı tapança olub.

Son vaxtlar onun səhhətində ciddi problemlərin olduğu deyilir.
Azərbaycan bu ölkə üçün quru sərhədini açdıTürkiyə vətəndaşları Azərbaycanın quru sərhədlərində ölkəni tərk etmək üçün istifadə edə bilərlər.

Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Ancaq sentyabrın 1-dək Türkiyə vətəndaşları quru sərhədindən Azərbaycana daxil ola bilməzlər.

Pasportlarının müddəti bitən Türkiyə vətəndaşları isə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə də hava yolları vasitəsi ilə Azərbaycandan Türkiyəyə geri dönə bilərlər.
ABŞ HİMARS-la Rusiya sistemlərini öyrənirABŞ HIMARS-ları cəbhədə dönüş yaratmaq üçün deyil, Rusiya hava hücumundan müdafiə sistemlərinin iş prinsiplərini öyrənmək üçün Ukraynaya ötürür.

Axar.az xəbər verir ki, bunu hərbi ekspert Aleksey Leonkov söyləyib.

“HİMARS raketləri əks batareya döyüşü üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli silahlardır, lakin hazırkı münaqişədə Ukrayna hava hücumundan müdafiə vasitələrimizin yerləşdirildiyi ərazilərdə mülki hədəfləri atəşə tutmaq üçün onlardan istifadə edir. HİMARS fəaliyyət göstərən zaman biz raketləri hava hücumundan müdafiə ilə ələ keçiririk. Sistemlər, Amerika peykləri Pentaqon üçün əvəzolunmaz məlumatlar alaraq kəşfiyyat zabitlərinin fəaliyyət prinsiplərini öyrənirlər”, - ekspert bildirib.
Nazirlik teatr direktoru ilə bağlı araşdırmaya başladıMədəniyyət Nazirliyi Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyevlə bağlı araşdırmalara başlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a nazirlikdən bildirilib.

Qeyd olunub ki, E.Rəfiyevin dövlətə 150 min manatdan çox vergi borcunun olması və bu səbəbdən ölkədən çıxışına qadağa qoyulması məsələsi araşdırılır.

Xatırladaq ki, teatrın direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə məhkəmə qərar çıxarıb. Səbəb isə teatrın dövlətə 150 min manatdan çox vergi borcunun olması göstərilib.