"Kimsə Prezident sərəncamını müzakirə edib ki, mən də edəm?"“Azərbaycanda vəzifədən gedən kimsə Prezident sərəncamını müzakirə edib ki, mən də edəm? Cənab Prezident belə məsləhət görübsə, nəsə demək yersizdir”.

Avrasiya.net xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Prezidentin Gömrük Komitəsinin sədri vəzifəsindən azad etdiyi Səfər Mehdiyev deyib.

Həbs olunması ehtimalı barədə iddialara gəlincə, Mehdiyev belə deyib:

”Kimsə yuxuda nəsə görürsə, ağlına gələni danışırsa mən ona fikir bildirməli deyiləm. Hazırda evimdəyəm”.

“Gömrük Komitəsinin həbs edilən yüksək vəzifəli şəxslərini günahkar hesab edirsinizmi” sualına isə Səfər Mehdiyev cavab verməkdən yayınıb.

”Oldu, təşəkkür edirəm, sağolun” deyən Mehdiyev telefonun dəstəyini asıb
Mingəçevirdə İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirildi və…- FOTOLARİyulun 16-da Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib. Səhər saat 10.15-də başlayan və 12.15-dək davam edən seçkilərdə 9 yer uğrunda 13 namizəd mübarizə aparıb. Onlara 138 nəfər səs verib.

Seçki komissiyasının sədri, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov bildirib ki, bütün proses vətəndaş cəmiyyəti nümayəndələrinin gözü qarşısında şəffaf şəraitdə keçirilib: “Hətta səssayma prosesini də namizədlərin iştirakilə apardıq. Düşünürəm ki, şuraya seçkilər Vətəndaş cəmiyyəti nümayəndələri cəmiyyətdəki mövqelərini ortaya qoydu”.

Sonda Seçki Komissiyasının sədri elan edib ki, Babayev Əbülfət Musa oğlu (“Qarabağ Qaziləri” İB-nın şəhər filialının sədr müavini), Nəbiyev Fərman Bəhram oğlu (“Mingəçevir işıqları” qəzetinin baş redaktoru), Nəbiyeva Yeganə Əkrəm qızı(“Mingəçevir Valideynlər Assosiasiyası” IB-nın İdarə Heyətinin üzvü), Şirinov İnqilab Xosrov oğlu(“Kanal32” Media Şəbəkəsinin baş direktoru), Həsənov Vaqif Yaqub oğlu (“Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək” İB-nın sədri), Bəndəliyev Əliağa Bəndalı oğlu (“QMVƏŞA” İB-nin Mingəçevir şəhər şöbəsinin sədri), Mikayıllı Rizvan Aslan oğlu(“Şəhər Veteranları Şurası”nın sədr müavini), Qasımlı Zahid Allahveren oğlu (“Iqtisadi Sosial Maarifləndirmə Mərkəzi” İB-nın sədr müavini) və Tağıyeva Vüsalə Vahid qızı (“Şəhid Ailələrinin Müdafiə Cəmiyyəti” İB-nın üzvü) Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya üzv seçiliblər.

“Dühaların divanı” bizi yaxşı eşidən düşmənə də divan tutdu” - Cəlal Qurbanov“Şuşa Qafqazın konservatoriyası adını geri qaytarır. Yeni "məclisi-üns"lərini yaşayır. Həsrətini çəkdiyi incəsənət, ədəbiyyat gecələrini, musiqi ilə açılan sabahlarını bərpa edir. Şuşaya sənət ruhu çox yaraşır”.

Bu sözləri AYB - nin üzvü, Fire Land productionun rəhbəri Cəlal Qurbanov rəsmi instaqram səhifəsində yazıb.

C. Qurbanov sözlərinə belə davam edib:

“Heydər Əliyev Fondu hər zamankı qayğıkeşliyi ilə Şuşanın da ruhuna sığal çəkir, onu konsertlər, tamaşalarla əzizləyir.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə keçirdiyi Vaqif Poeziya Günləri çərçivəsində iyulun 14-də Cıdır düzündə seyr etməkdən doymadığım bu konsert-tamaşa üçün ilk növbədə Heydər Əliyev Fonduna, təşkilatçılığa rəhbərlik edən Anar Ələkbərova tamaşaçı təşəkkürlərini çatdırmaq istəyirəm.

Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar birliyinin də bu təşəbbüsdə iştirakı nəticəsində ərsəyə gələn möhtəşəm əsərdən peşəkarlıq yağırdı. Rejissor Nicat Kazımov səhnələşdirdiyi konsert-tamaşada Respublikamızın ən istedadlı və sənətinin zirvəsini yaşayan incəsənət nümayəndələri birləşmişdilər.

Hər kəsin çıxışında özünü tamaşaçılardan daha çox Şuşaya bəyəndirmək həvəsini sezmək olurdu. Çünki, uzun illər boyu ən gözəl məclislərə şahidlik və ev sahibliyi etmiş Şuşa əslində ən yaşlı və təcrübəli tamaşaçı idi. Məncə Şuşa öz doğmalarının ona olan münasibətini və sənətkarların verdiyi dəyəri çox bəyəndi!

Sanki, Qədim Azərbaycan torpaqlarının dörd bir yanından Şuşaya çağrılan ədəbiyyatımızın, incəsənətimizin müqəddəs ruhları Cıdır düzünə yığışmışdılar. Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Xurşudbanu Natavan, Qasım Bəy Zakir, Mir Möhsün Nəvvab canlanmış kimi qarşımızda idilər. "Dühaların divanı" bizi yaxşı eşidən düşmənə də divan tutdu. Qəhrəman Şəhidlərimizin ruhları şad olsun! Allah Ali Baş Komandanımızı qorusun!

Hələ də, təəssüratından ayrıla bilmədiyim bu musiqili tamaşanı dünya səhnələrində də görməyi arzu edirəm”
Həbs olunan generalın müavini ölkədən getdiXəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları həbs olunub.

Onlar xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə şübhəli bilinirlər.

Həbs olunanlardan DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, DTX-nin keçirdiyi əməliyyatdan sonra DGK zabitlərindən biri ölkəni tərk edib.

Həmin şəxsin ötən gün həbs edilən rəis Məsum Rəsulovun müavini Fikrət Ələsgərli olduğu da gələn xəbərlər sırasındadır.

Onun hansı səbəbdən ölkə xaricində olduğu barədə məlumat yoxdur.

DGK məmurlarının həbs olunduğu bir vaxtda polkovnik Fikrət Ələsgərlinin ölkənin hüdudlarından kənarda olması onun qaçdığı barədə ehtimalların gündəmə gəlməsinə səbəb olub.

Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxladıq,

DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərlinin işdə olduğu və ya ölkəni tərk etdiyini dəqiqləşdirməyə çalışsaq da, cavab vermədilər.
İsrail HƏMAS-ın raket zavodunu bombaladı - Fotoİsrail qırıcıları Qəzzanın cənub-qərbində yerləşən HƏMAS-a aid 2 mövqeyi bombalayıb.

Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“İsrail qırıcıları yerin altında yerləşən HƏMAS-a aid raket zavodunu və silahların istehsal olunduğu iki ayrı nöqtəni hədəf alıb. Əməliyyat gecə saatlarında Qəzzadan İsrailə göndərilən raketlərə cavab olaraq həyata keçirilib. Vurulan raket zavodu isə Qəzzada yerləşən raket istehsalı məntəqələrinin ən böyüyü olub”, - məlumatda bildirilib
Üç istirahət mərkəzinin rəhbəri cərimələndiDaxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, iyulun 13-də keçirilən növbəti belə tədbir zamanı Sumqayıt şəhərində dəniz sahilində yerləşən 3 istirahət mərkəzində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacasına təmizləyici qurğuların quraşdırılmaması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsinin tələbini pozduqlarına görə həmin istirahət mərkəzlərinin vəzifəli şəxsləri V.Rüstəmli, K.Camalov və R.Tapdıqov barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.

İyulun 14-də keçirilən tədbir zamanı isə Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin yaxınlığından keçən Hövsan su kanalına “QAZ-52” markalı nəqliyyat vasitəsindən çirkab sularının boşaldılması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 266.1-ci (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsinin tələbini pozduğuna görə həmin nəqliyyat vasitəsinin sürücüsü N.Xudiyev barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
Bakıda kişi keçmiş arvadını öldürdüİyulun 15-i saat 20 Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Vüsalə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arzuman Fazilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
İlham Əliyev yeni əməliyyatın anonsunu verdiPrezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Ermənistanla bağlı çıxışından məlum olur ki, Moskva Qarabağdakı erməni ordusunun qalıqlarının iyun ayına qədər çıxarılacağına dair Bakıya söz veribmiş.

Mart ayında Bakıda Baş Qərargah rəisi Kərim Vəliyevlə Rusiya Silahlı Qüvvələrinin sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kimin görüşü keçirilmişdi: əsas müzakirə mövzusu 10 noyabr bəyanatının 4-cü bəndinin icrası idi.

Həmin vaxt Bakının 4-cü bəndin icrasında israr etdiyini və Moskvanın bu israr qarşısında geri çəkilə biləcəyini yazmışdıq. Əliyevin indi verdiyi açıqlamadan da bəlli olur ki, Moskva məsələnin hərbi müstəvidə yox, masada həlli üçün Bakıdan konkret vaxt istəyib.

Lakin iyul ayı olmasına baxmayaraq, erməni qoşunlarının çıxarılması ilə bağlı heç bir addım atılmır.

Və Prezidentin çıxışından belə nəticə ortaya çıxır ki, Bakı mart ayında başlamadığı anti-terror əməliyyatını artıq təxirə salmaya bilər.

“Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”, - deyən Əliyev cavabın nə olacağını açıqlamasa da, əslində atılacaq addımlara da işarə vurur.

Hansı addımların atılacağı da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu gün Tiflisdə keçiriləcək görüşünün nəticəsindən asılı olacaq: Əliyevin sözlərindən razılaşmaların icrası üçün “məcburetmə əməliyyatı”nın masada olduğu aydın olur.

Asif Nərimanlı
Ruslar bu istiqamətlərdə geri çəkilməyə məcbur olduRusiya qoşunları Uqleqorsk İES-ə yenidən hücum edib, hazırda döyüşlər davam edir. Bir çox istiqamətlərdən rusların hücumu dəf edilərək, geri çəkilməyə məcbur edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, ukraynalı müdafiəçilər rusların Donetsk istiqamətində Zaketnı, Seversk, Qriqorovka, Tatyanovka, Donetsk və Rayqorodok rayonlarına, Baxmut istiqamətində isə bir neçə yaşayış məntəqəsi yaxınlığına hücum cəhdlərinin qarşısı alınıb.