İş adamı “Viagra”dan ölüb? - DİN iddialara cavab verdiŞəmkir rayonunda iş adamı Arzu Cabbarovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilib. Belə ki, mərhumun ailəsi Arzu Cabbarovun polis tərəfindən təşkil edilmiş ssenariyə uyğun saxlanıldığını və Şəmkir Rayon Polis Şöbəsində döyülməsi nəticəsində öldüyünü iddia ediblər.

Avrasiya.net xəbər verir ki, Daxili İşlər Nazirliyi iddialara cavab verib. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Qafqazinfo-ya açıqlamasında bildirib ki, bütün iddialar əsassızdır və böhtan xarakterlidir:

“Bu iddiaların kökündə o dayanır ki, ailə üzvləri A.Cabbarovun ölümünün təşkil olunmasını bildirməklə, Yeganə Yusifovanın evində olması, həmin qadının polisə döyülməsi və təhqir olunması barədə şikayətinin mahiyyətini dəyişdirmək istəyir.

Çünki ailə istəyir ki, Şəmkir rayonunda mərhum barədə yayılan qeyri-etik məzmunlu faktları ört-basdır etsin, ölümün səbəbkarı kimi Şəmkir RPŞ-nin əməkdaşlarını göstərsin. Ancaq bu uydurma iddialar həqiqətin üstündən xətt çəkmək gücündə deyil, istintaqda əsaslı sübutlar var".

DİN rəsmisi deyib ki, Yeganə Yusifovanın evində baş verən münaqişədə qapı şüşəsinin sınmasından xəsarət alan şəxsin həmin gecə qadın tərəfindən hansı məqsədlə evə çağırılması faktı, eləcə də, mərhumun “Viagra” dərmanından istifadə etməsi bütün suallara cavabdır:

"Yeganə Yusifovanın ona təzyiq olunması və cinayət işi açılması ilə bağlı iddialarına gəlincə, onun dələduzluq əməlləri ilə bağlı 5-dən artıq epizod üzrə cinayət faktı var və istintaq gedir. Bütün iddialar faktsız olmaqla subyektiv mülahizələrə əsaslanır və digər xüsusatlar da istintaqla araşdırılır”.
Cəhənnəm qapımızdadır – BMT-dən şok xəbərdarlıqOnlarla ölkədə etirazlar, qeyri-sabitlik və aclıq başlaya bilər.

Bu sözləri BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Besli deyib.

O bildirib ki, buna səbəb bütün dünyada ərzağın sürətlə bahalaşmasıdır.

Ədis-Əbəbədə çıxışında Besli qeyd edib ki, dünya qorxuducu qıtlıqla üzləşib. O, xüsusilə Rusiya və Ukrayna taxılından asılı olan ölkələrdə vəziyyətin pisləşəcəyindən narahatlığını ifadə edib.

“Hələ Ukrayna krizisindən öncə biz COVİD-19 pandemiyası və yanacağın qiymətinin qalxması ilə üz-üzə qaldıq. O zaman düşünürdük ki, bundan pis ola bilməz. Ancaq Ukraynada başlayan müharibə daha pisi olduğunu üzə çıxardı”, - o deyib.

“Quardian”ın məlumatına görə, Ukrayna hər il 400 milyon insanı təmin edən ərzaq məhsulları ixrac edir. Ukrayna dünyadakı günəbaxan yağı istehlakının 42%-ni, qarğıdalının 16%-ni, buğdanın 9%-ni verir.

Beslinin sözlərinə görə, koronavirus, iqlim dəyişikliyi və Ukrayna müharibəsi səbəbindən dünyada aclıq çəkən insanların sayı 650 milyondan 810 milyona qalxıb.
Hindistanlı turisti tapana 25 min manat veriləcəkZaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin tapılması üçün təyin olunan mükafatın məbləği artırılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə APA-ya Manikanth Kondaveetinin ailəsindən bildirilib.

Diqqətə çatdırılıb ki, Manikanth Kondaveetini tapan şəxsə 25 000 manat pul mükafatı veriləcək.

Qeyd edək ki, daha əvvəl Hindistan vətəndaşını tapan şəxsə 10 000 manat pul mükafatı veriləcəyi bildirilib.

Manikanth Kondaveetinin qardaşı deyib ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək. Onun sözlərinə görə, pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək, itkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq:

“Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək. Biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq. Biz bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq”.

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.
Süleymanini buna görə öldürdük – Pompeodan şokSEPAH-ın Qüds briqadasının komandanı, general Qasim Süleymani 500 amerikalının öldürülməsini planlaşdıranlar arasında idi.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo “Əl Ərəbiyə” telekanalına açıqlamasında deyib.

“ABŞ-ın o dövrdəki rəhbərliyi də bu sui-qəsdi aradan qaldırmaq üçün Süleymanini öldürdü”, - Pompeo bildirib.

Sabiq dövlət katibi həmçinin qeyd edib ki, ABŞ rəhbərliyi Süleymanini öldürəcəkləri təqdirdə, bu vəziyyətin müharibəyə səbəb olacağı barədə də xəbərdarlıqlar alırdı:

“ABŞ İraqdakı varlığını və Suriyadakı vətəndaşlarını qorumaq üçün uzun müddət çalışıb. Biz SEPAH-ın Qüds briqadasının hərəkətlərini hər daim izləmişik. ABŞ-a məxsus obyektlərə, eyni zamanda vətəndaşlara qarşı qaçılmaz hücumu dayandırmaq imkanı əldə edənə qədər Süleymaninin öldürülməsi layihəsi üzərində daim çalışmışıq. Bu səbəblə də ABŞ rəhbəri Süleymaninin öldürülməsinin əmrini verdi”.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayında Bağdadda ABŞ-ın atdığı raket zərbələri nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandanı, general Qasim Süleymani öldürülmüşdü.
İyunun 17-si saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş 32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsinə çıxaraq oradan özünü atmağa cəhd göstərib.

Avrasiya.net xəbər verir ki, hadisə yerinə gəlmiş Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı İ.Cavayev aşağı mərtəbədəki pəncərənin şüşəsinin yumruqla qıraraq E.Allahverdiyevin ayağından tutub və digər polis əməkdaşlarının köməyi ilə cəhdin qarşısını alaraq onun həyatını xilas edib.

Sağ bilək və baş nahiyəsindən kəsik xəsarətləri almış polis əməkdaşı DİN-in hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Ukrayna qoşunları Xersona irəliləyirUkrayna qoşunları işğal altında olan Xersona doğru irəliləyir.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müavini Aleksey Arestoviç deyib.

“Xerson istiqamətində də, İzyum istiqamətində olduğu kimi, fəal hərəkət edirik. Xersonu əks etdirən fotoşəkilləri də yaydıq. Təxminən 15-18 km-dir. Artıq təpələrdən də görmək olar”, - Arestoviç vurğulayıb.

O əlavə edib ki, Baş Qərargahın məlumatına görə, ötən gün Blaqodatnıya, Soldatskiyə, Pokrovskiyə zərbələr endirilib.

Qeyd edək ki, bir neçə gün öncə Xerson vilayət administrasiyasının rəhbəri Sergey Xlanya şəhərə 20 km məsafə qaldığını bildirmişdi.
İmişlidə ər əvvəlcə arvadını, sonra özünü öldürdüİmişli Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Avrasiya.net məlumatın mətnini təqdim edir:

"İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranan münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
Ukrayna əlavə hərbi texnika alıbUkrayna Sloveniyadan hərbi texnika və piyada döyüş maşınları alıb.

"Report" “Balkan Observer”ə istinadən xəbər verir ki, bu barədə Sloveniyanın müdafiə naziri Marjan Sarec bildirib.

Onun sözlərinə görə, Sloveniya Ukraynaya Kalaşnikov avtomatları, zirehlər və 35 piyada döyüş maşını tədarük edib.

Nazir əlavə edib ki, bu günlərdə silah tədarükü hələ də davam edir.

Sarec deyib ki, gələcəkdə Sloveniya Ukraynaya minaların təmizlənməsi ilə bağlı yardım təklif edə bilər.

Daha əvvəl Sloveniyanın çoxlu sayda T-72 əsas döyüş tanklarını Ukraynaya təhvil verəcəyi, bunun müqabilində Almaniyadan "Marder" piyada döyüş maşınları və “Fuchs” təkərli zirehli maşınları alacağı məlum olub.
ABŞ-da kilsəyə silahlı hücum zamanı ölənlərin sayı artıbABŞ-ın Alabama ştatında kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Vestavia Hills Polis İdarəsindən verilən məlumatda bildirilir ki, Müqəddəs Stefan yepiskop kilsəsində güllə xəsarəti alan 3-cü yaralı ölüb.

Kilsədəki silahlı hücumda yaralanan və xəstəxanada müalicəsi davam etdirilən yaşlı qadının ölüm xəbəri yayılarkən, polis hadisənin araşdırıldığını və şübhəlinin adının açıqlanacağını bildirib. Cinayət işi prokurorlar tərəfindən hazırlanana qədər gizli saxlanılacaq.

Qeyd edək ki, şəxsiyyəti açıqlanmayan 71 yaşlı kişi kilsə üzvlərinin qatıldığı şam yeməyində ətrafdakılara atəş açıb, nəticədə 3 nəfər xəsarət alıb.

Bildirilib ki, şam yeməyinə qatılanlardan biri cinayətkarın daha çox adama atəş açmasının qarşısını alıb və onu polisə təhvil verib.

Daha əvvəl hadisə zamanı 2 nəfərin həlak olduğu, 1 nəfərin ağır yaralandığı xəbər verilib.