Sizin Reklam Burada

Bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır

Bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdırXalqın ictimai siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır.
XXI əsrin astanasında Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoyması ölkəmizin gələcək sosial - iqtisadi təkamülündə dönüş nöqtəsi oldu. Bu təkamül prosesində taleyüklü dəyişikliklərin meydana gəlməsi üçün zəmin yaratdı.Tarixi təcrübə göstərir ki, zəngin təbii sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir..

Müstəqilliyimiz düşmən dövlətlər tərəfindən hərbi təcavüz və siyasi təzyiqlərə məruz qalmışdı.Xalq iqtisadi sarsıntılar girdabına düşmüşdü. Ölkəni bu vəziyyətdən 1993 cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Belə çətin bir anda, çətin bir dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi ilə tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı ,,xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişafı başladı. Sabitlik ,ictimai asayiş bərqərar olundu,qeyri qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə Azərbaycan inkişaf yoluna qədəm qoydu.".

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi ,iqtisadi ,sosial və psixoloji böhran sarsıntılarından çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı.

Daxili çəkişmələrə son qoyulması ,siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, "Əsrin müqaviləsi"nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmiş vulkana bənzəyən daxili sosial - qtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar. Ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit ,büdcə ,vergi, gömrük siyasətinin aparılması , qiymətlərin ,xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə görkəmli yer tutur ,beynəlxalq təşkilatların üzvüdür,onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınırıq. Artıq regionda Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layıhə keçirilə bilməz. Azərbaycan region üçün mərkəzə çevrilmişdir. Bizim nüfuzumuz artır,gücümüz artır. Biz qalib ,böyük Zəfərin əldə olunduğu dövlətik.Biz torpaqlarımızı öz gücümüzlə, birlik və vəhdətimizlə əldə edən bir xalqıq. Bütün bunlar Heydər Əliyevin xidmətlərinin nəticəsidir.
Yaradılmış möhkəm iqtisadi təməl siyasi və sosial - mədəni proseslərə də dinamizm verir, Azərbaycan "mənliyinin dünya miqyasında təsdiq edilməsinə imkan yaradır".

Rəşad Rəhmanov
Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər