Ağdamda “N” saylı hərbi hissədə konsert proqramı təşkil edilibBərdə Regional Mədəniyyət İdarəsinin və Müdafiə nazirliyinin birgə təşkilatçılığı ilə “N” saylı hərbi hissədə konsert proqramı təşkil edilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə Azərbaycan ordusunun şəxsi heyəti qarşısında konsert proqramı təşkil edilib.

Tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu vurğulamışdır. Qeyd edib ki, 30 ildən sonra işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qəhrəmanlığı sayəsində mənfur düşməndən azad edilmişdir. Bugün düşməndən azad edilmiş torpaqlarda hərbiçilərlə görüşlər keçirmək və onlara mədəni xidmət göstərmək bizlər üçün çox qürurverici bir hisdir. Müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri zənginləşmiş və çoxşaxəli olmuşdur.

Belə ki, son illərdə mədəniyyətimizdə həm milli irsin qorunub saxlanılması, həm də onun dünya mədəniyyətinə inteqrasiya edilməsində böyük işlər görülmüş, bu sahədə respublikamızda bir çox dövlət proqramları hazırlanmış və çoxsaylı tədbirlər həyata keçirilmişdir. O, vurğulayıb ki, hərbiçilərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin mədəni irsimizin təbliğ edilməsi, tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə mütəmadi olaraq regional idarənin tabeliyində olan mədəniyyət müəssisələri tərəfindən hərbi hissələrdə tədbir və konsert proqamları təşkil edilir.

Hərbi vətənpərvərlik ab-havasının hakim kəsildiyi tədbirdə əsgərlərimizin və qonaqlarımızın zövqünü oxşayan rəngarəng musiqi nömrələri alqışlarla qarşılanıb.

Tədbirin sonunda hərbi qulluqçulara müxtəlif hədiyyələr təqdim olunub.




Ukrayna ordusu Rusiya sərhədinə irəliləyirXarkov istiqamətində rus qoşunları Ukrayna bölmələrinin sərhədə doğru irəliləməsini dayandırmağa və ərazini minalamağa çalışır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının məlumatında bildirilib.

“Seversk istiqamətində, Bryansk və Kursk vilayətlərinin sərhədyanı ərazilərində düşmən Qərb Hərbi Dairəsinin 20-ci Əlahiddə Ümumqoşun Ordusunun ayrı-ayrı hissələrini saxlayır. Həmçinin Bryansk vilayətində dövlətimizlə dövlət sərhədinə yaxın ərazidə düşmənin artilleriya bölmələri var”, - Qərargahın məlumatında qeyd olunub.

Bundan əlavə, Slobojanski istiqamətində Rusiya Xarkov şəhərinin şimalındakı sərhəd rayonlarında döyüş əməliyyatlarını davam etdirir.
Federasiyanın sabiq vitse-prezidenti həbs edildiAzərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti həbs edilib.

Peşəkar idmançı Səbuhi Vaqif oğlunun (Səbuhi Rəcəb) 341 min manatlıq dələduzluqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirlilən şəxs ittiham aktı ilə tanış olmadığı üçün cinayət işinin baxışa təyin olunmamasını istəyib. Bu səbəbdən hazırlıq iclası iyunun 13-nə təxirə salınıb.

Məlumata görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat dələduzluqa təqsirli bilinir. İdmançı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanaraq məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub. 2018-ci ildə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.
Polisin qucaqladığı qazimizə əlillik təyin edildiBir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən aksiyada iştirak edən qazi Elçin Verdiyevə əlillik dərəcəsi təyin edilib.

Bununla bağlı qazi Elçin Verdiyev Axar.az-a açıqlamasında deyib.

“O hadisədən bir neçə gün sonra mənə III qrup əlillik təyin edilməsi haqda mesaj gəldi. Baxmayaraq ki, çoxdan müraciət etmişdik, lakin bir cavab yox idi. Biz sadəcə haqqımızı tələb etmişik”, - E. Verdiyev bildirib.

Qeyd edək ki, iyunun 2-də Vətən müharibəsi qazilərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən aksiya zamanı binanın mühafizəsində iştirak edən polis qapını sındıraraq içəri daxil olan Elçin Verdiyevi qucaqlamışdı. Polisin bu jesti sosial şəbəklərdə kifayət qədər rəğbətlə qarşılanmışdı.
Bərdədə “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı konfrans keçirilibKonfrans Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunub.

Bərdə Regional Mədəniyyət İdarəsinin Mədəniyyət Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Agentliyin məsul əməkdaşları, Yevlax, Tərtər, Xocalı, Ağdam, Ağcabədi və Laçın rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında məlumat verib.
Tədbirdə dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışılıb, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil olunmasının zəruriliyindən söz açılıb. Bildirilib ki, “Bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb və bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşiblər”.

Çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova bildirib ki, “Ölkəmizdə qeyri-hökumət təşkilatları bir neçə mərhələdə inkişaf yolu keçib, QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırılıb. QHT-lərə maliyyə, metodiki, konsultativ, təşkilati dəstəyin göstərilməsi və sair bunun bariz nümunəsidir. Regionda mədəniyyət siyasətinin daha da uğurla həyata keçirilməsi üçün regional idarə ilə QHT-lər arasında münasibətlər daha da gücləndirilir və bu istiqamətdə müvafiq layihələr üzərində işlər aparılır.

Konfransda çıxış edən digər natiqlər bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhvə verəcək.
Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.
Tədbirdən sonra qonaqlar çay süfrəsi ətrafında fikir mübadiləsi aparıblar.
Bakıda gənc qadın sevgilisi ilə dalaşdı, özünü yandırdıBakıda qadın özünü yandırıb.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, iyunun 4-də gecə saatlarında Əsmər Xəlilova qeyri-rəsmi nikahda yaşadığı, əvvəllər məhkum olunmuş Vüsal Muxtarov ilə küçədə mübahisə edib.

Onlar asayişi pozduqları üçün polis əməkdaşları tərəfindən saxlanılıb və bölməyə gətirilib.

Bir müddət sonra polislər Əsmər Xəlilovanın küçədə üzərinə benzin tökərək yandırmasını görüb və müdaxilə ediblər.

Ə.Xəlilova 5 saylı Kliniki Xəstəxanasına çatdırılıb. O, bu gün səhər saatlarında orada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Vüsal Muxtarov barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və 8 sutka həbs olunub
DTX və DSX-dən birgə əməliyyat: saxlanılanlar varDövlət Təhlükəsizliyi (DTX) və Dövlət Sərhəd xidmətləri tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində birgə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Avrasiya.net xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.

İran İslam Respublikasının vətəndaşlarının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlar əsasında Azərbaycan vətəndaşı 1987-ci il təvəllüdlü Sabirabad rayon sakini Rahim Hacı oğlu Ataşov külli miqdarda narkotik vasitə olan 37 kiloqram 550 qram qurudulmuş marixuananı idarə etdiyi avtomobilin yük yerində daşıyarkən tutulub.

Aparılan araşdırmalarla dövlət sərhədini qanunsuz yolla keçərək külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikası ərazisinə keçirib İmişli rayonunda Rahim Ataşova təhvil verdiyi müəyyən edilən, üzərilərində şəxsiyyəti təsdiq edən sənədləri olmayan İran İslam Respublikası vətəndaşları 1966-cı il təvəllüdlü Mehriban Latif Mohsen və 1980-ci il təvəllüdlü Parsa Jaffarlou Amrrza Ramazan dövlət sərhədində saxlanılıblar.

Məlum olubr ki, Latif Mehriban daha əvvəl də eyni əməllərə görə 2008-ci ildə Azərbaycan Respublikasında saxlanılaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2014-cü ildə cəzasının qalan hissəsini çəkməsi üçün vətəndaşı olduğu ölkəyə təhvil verilib, İran İslam Respublikasında cəzadan vaxtından əvvəl azad edildikdən sonra da eyni cinayət əməllərini davam etdirib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rahim Ataşov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri, Latif Mehriban və Amrrza Parsa Jaffarlou isə Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə yanaşı 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam etdirilir.
Xaricdə təhsillə bağlı sənəd qəbulu başlayıbNazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq seçim meyarları və prosedurlar nəzərə alınmaqla, 2022-2023-cü tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçimi üçün sənəd qəbulu açıq elan edilir.

Sənəd qəbulu üçün son tarix iyunun 26-sı saat 23:59 müəyyən edilib.

Proqrama müraciət üçün əsas şərtlərdən biri müəyyən olunmuş universitetlərin birindən müvafiq prioritet sahə üzrə qəbul sənədinin əldə edilməsidir.

Namizədlərin seçimi iki mərhələdə aparılacaq. İlk mərhələdə namizəd tələb olunan sənədlərin skan edilmiş surətini elektron ərizə sistemində “Şəxsi kabinet” yaradaraq əlavə edib və elektron ərizəni təsdiq etməlidir. Müvafiq seçim qaydalarının tələblərinə uyğun olan namizədlərin müraciətləri dəyərləndiriləcək və müsbət qiymətləndirilən namizədlər aidiyyəti üzrə növbəti mərhələyə buraxılacaq. Müsahibə mərhələsi Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçiriləcək. Müsahibənin nəticəsinə uyğun olaraq, namizədlər haqqında yekun qərar veriləcək.

Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Sənəd qəbuluna dair müvafiq elan mətni ilə keçiddən tanış olmaq mümkündür.
Vilyam Hacıyevin səhhətində problem yarandıBakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyləri açıqlanıb.

Ekspertiza rəylərində göstərilib ki, Vilyam Hacıyevin rəhbərliyi dövründə İmişli rayonunun Səraxı Uşaq bağçasına ayrılan 5 min manatlıq avadanlıq təhvil verilməyib.

Bundan başqa, İmişli rayon Mənzil İstismar İdarəsinə, rayon Mərkəzi Xəstəxanasına, uşaq bağçaları, orta məktəblər və digər obyektlərə ayrılan vəsaitlərin bir qismi təyinatı üzrə xərclənməyib.

Prosesdə Vilyam Hacıyevin vəkili yoxlama aktına əsasən hazırlanmış ekspertiza rəylərinə etiraz edib. Vəkil məhkəməyə sənəd təqdim edərək bildirib ki, ekspertin əsaslandığı yoxlama aktı icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev tərəfindən hazırlanıb.

"Yoxlama aktında nə varsa, ekspert də onu köçürüb. Ekspertin özünün fikri olmayıb, heç nəyə də baxmayıb. Çox qəribə olsa da yoxlama aktını tərtib edən icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevdir. Həmin Cəmil Musayev ki, burda ifadə verən əksər şahidlər ona rüşvət verdiklərini deyiblər. Yoxlama aktı seçmə üsulu ilə aparılıb. Obyektin birinə baxıb digərlərini də ona uyğun tərtib ediblər.

2017-ci ildən 2020-ci ilə qədər iki ekspertiza rəyi var. Onlardan birində 5 milyon 684 min, digərində 4 milyon 786 min məbləğ göstərilib. Yoxlama seçmə üsulu ilə aparılıb, obyektlər bir-bir araşdırılmayıb", - vəkil bildirib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevin məhkəməyə çağırılmasını istəyib.

Hakim bildirib ki, ekspert rəyləri elan olunub və növbəti mərhələdə sənədlərin tədqiqinə başlanacaq.

Vəkil bildirib ki, Vilyam Hacıyevin səhhətində problemlər yaranıb: "Müvəkkilimin səhhətində ciddi problemlər yaranıb. Hazırda onun səhhəti təcridxana qalmağa imkan vermir. Xahiş edirik, onun müalicə müəssisəsinə yerləşdirilməsinə köməklik edəsiniz".

Hakim bildirib ki, bununla bağlı onlar Penitensiar Xidmətinə yazılı müraciət olunmalıdır.

Vəkil bildirib ki, Bakıda keçirilən beynəlxalq tədbirlə bağlı yollarda problem yaranır:

"Məhkəməyə gəlib getmək olmur. Buna görə də məhkəmə prosesi tədbir başa çatana qədər təxirə salınsın".

Növbəti məhkəmə prosesi iyunun 10-na təyin edilib.
"Azərsu" ASC-nin rəhbəri Oğuzda vətəndaşları qəbul edəcəkMərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov iyunun 14-də Oğuz şəhərində Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Avrasiya.net-ə ASC-dən istinadən xəbər verilib.

Qəbul saat 10:00-dan başlayaraq Oğuz Olimpiya İdman Kompleksində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Oğuz və Qəbələ Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.